Məhkəmə qərarları › İş №e-2(031)-525/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-525/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-525/2023 02.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Dəmir Bank ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Dəmir Bank ASC xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cəmi borc 8481 (səkkiz min dörd yüz səksən bir) manat 41 (qırx bir) qəpik - bundan 2770 (iki min yeddi yüz yetmiş) manat 15 (on beş) qəpik əsas, 2273 (iki min iki yüz yetmiş üç) manat 34 (otuz dörd) qəpik faiz, 3044 (üç min qırx dörd) manat 62 (altmış iki) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 393 (üç yüz doxsan üç) manat 30 (otuz) qəpik faiz borcu və iş üzrə ödənilmiş 104 (bir yüz dörd) manat 82 (səksə iki) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dəmir Bank ASCnin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyimi dörd) ay müddətinə illik 25.5 faiz dərəcəsi ilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Dəmir Bank ASC arasında 110011388/ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 1 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı 3143 (üç min yüz qırx üç) ABŞ dolları 50 (əlli) sent məbləğində cəmi kredit öhdəliyinin 2161 (iki min yüz altmış bir) ABŞ dolları 95 (doxsan beş) sent məbləğində əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 1 USD = 1.60 AZN məzənnəyə uyğun konvertasiya edilməklə həmin sazişin qüvvəyə mindiyi tarixə 3459 (üç min dörd yüz əlli doqquz) manat 12 (on iki) qəpik təşkil etmişdir. Kreditin müddəti həmin əlavə sazişi imzalandığı tarixdən xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən həmin əlavə saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) faiz ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan həmin müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********709 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Dəmir Bank ASC tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Dəmir Bank ASC-nin lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Dəmir Bank ASC öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 8481 (səkkiz min dörd yüz səksən bir) manat 41 (qırx bir) qəpik təşkil edir. Bundan bundan 2770 (iki min yeddi yüz yetmiş) manat 15 (on beş) qəpik əsas, 2273 (iki min iki yüz yetmiş üç) manat 34 (otuz dörd) qəpik faiz, 3044 (üç min qırx dörd) manat 62 (altmış iki) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 393 (üç yüz doxsan üç) manat 30 (otuz) qəpik faiz borcu təşkil edir. Bu səbəblərdən də iddiaçı Dəmir Bank ASC Azərbaycana Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 445.7, 445.2.1, 445.2.2, 445.3, 448.1, 449.1, 449.4, 470.1, 472.2, 474.2, 465, 739.1 və Azərbaycana Respublikasının Mülki Prosessual Məcəlləsinin 149,150 və 216-220-ci maddələrinə istinad edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edib cəmi borc 8481 (səkkiz min dörd yüz səksən bir) manat 41 (qırx bir) qəpik - bundan 2770 (iki min yeddi yüz yetmiş) manat 15 (on beş) qəpik əsas, 2273 (iki min iki yüz yetmiş üç) manat 34 (otuz dörd) qəpik faiz, 3044 (üç min qırx dörd) manat 62 (altmış iki) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 393 (üç yüz doxsan üç) manat 30 (otuz) qəpik faiz borcu və iş üzrə ödənilmiş 104 (bir yüz dörd) manat 82 (səksə iki) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı Dəmir Bank ASC-nin nümayəndəsi Tağızadə X1 Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ərizə vasitəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, hazır ki iş üzrə xx.xx.2023cü il tarixə, sat 11:45-ə təyin edilmiş məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddialarının tam təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə iddiaçı Dəmir Bank ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmişlər, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər və onlardan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Məhkəməsinin e-2(031)-525/2023 nömrəli mülki iş üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərardadına əsasən həmin mülki iş üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə, saat 11:45-ə təyin edilmişdir. - Şabran Rayon Məhkəməsinin e-2(031)-525/2023 nömrəli mülki iş üzrə xx.xx.2023cü il tarixli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mülki iş üzrə xx.xx.2023-cü il tarixə, saat 11:45-ə təyin edilmiş məhkəmə baxışı iclası barədə məlumatlandırılmışlar. - Şabran Rayon Məhkəməsinin e-2(031)-525/2023 nömrəli mülki iş üzrə SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, Cavabdeh1 istifadəsində olan 077 *** ** ** nömrəsinə xx.xx.2023-cü il tarixə, saat 11:45-ə təyin edilmiş məhkəmə baxışı iclası barədə xx.xx.2023-cü il tarixdə, saat 10:51-də SMS xəbərdarlıq göndərilmişdir. - Şabran Rayon Məhkəməsinin e-2(031)-525/2023 nömrəli mülki iş üzrə SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, Cavabdeh2 istifadəsində olan 051 *** ** ** nömrəsinə xx.xx.2023-cü il tarixə, saat 11:45-ə təyin edilmiş məhkəmə baxışı iclası barədəxx.xx.2023-cü il tarixdə, saat 10:50-də SMS xəbərdarlıq göndərilmişdir. - Şabran Rayon Məhkəməsinin e-2(031)-525/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli müşayiət məktubundan görünür ki, həmin iş üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş iş üzrə icraatın təzələnməsi haqqında qərardadın surəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçı Dəmir Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Dəmir Bank ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 (iyimi dörd) ay müddətinə illik 25.5 faiz dərəcəsi ilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. - Cavabdeh2 ilə Dəmir Bank ASC arasında bağlanmış 110011388/ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Dəmir Bank ASCnin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə zaminlik öhdəliklərini öz üzərinə götürmüşdür. - Dəmir Bank ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 1 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, Cavabdeh1 Dəmir Bank ASC qarşısında 3143 (üç min yüz qırx üç) ABŞ dolları 50 (əlli) sent məbləğində cəmi kredit öhdəliyinin 2161 (iki min yüz altmış bir) ABŞ dolları 95 (doxsan beş) sent məbləğində əsas borc üzrə qalığı 1 USD = 1.60 AZN məzənnəyə uyğun konvertasiya edilməklə həmin sazişin qüvvəyə mindiyi tarixə 3459 (üç min dörd yüz əlli doqquz) manat 12 (on iki) qəpik təşkil etmişdir. - Cavabdeh2 ilə Dəmir Bank ASC arasında bağlanmış 110011388/ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə 1 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, Cavabdeh2 Dəmir Bank ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 1 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə zaminlik öhdəliklərini öz üzərinə götürmüşdür. - Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-3194/17 nömrəli işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qərarına əsasən Dəmir Bank ASC müflis elan edilmiş, iflas prosedurana başlanılmış və Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu Dəmir Bank ASC-nin ləğvedicisi təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişdə görünür ki, cavabdehlərə Dəmir Bank ASC-yə olan borcları barədə xəbərdarlıq edilmişdir. - Şabran Rayon Məhkəməsinin e-2(031)-525/2023 nömrəli mülki iş üzrə Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/6087 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Dəmir Bank ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 1 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh1 Dəmir Bank ASC-yə olan borcu xx.xx.2023-cü il tarixinə: əsas borc üzrə - 2770 (iki min yeddi yüz yetmiş) manat 15 (on beş) qəpik; faiz borcu üzrə - 1411 (bir min dörd yüz on bir) manat 74 (yetmiş dörd) qəpik; xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən 05 (beş) faiz borcu üzrə - 392,44 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2-ci paraqrafının (Kredit müqaviləsi) müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 745.4-cü maddəsinə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 745.5-ci maddəsində müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Beləliklə məhkəmə Dəmir Bank ASC-nin Cavabdeh1 ilə aralarında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 1 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə saziş və Cavabdeh2 ilə bağlanmış 110011388/ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi və həmin müqaviləyə 1 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə cəmi borc 8481 (səkkiz min dörd yüz səksən bir) manat 41 (qırx bir) qəpik - bundan 2770 (iki min yeddi yüz yetmiş) manat 15 (on beş) qəpik əsas, 2273 (iki min iki yüz yetmiş üç) manat 34 (otuz dörd) qəpik faiz, 3044 (üç min qırx dörd) manat 62 (altmış iki) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 393 (üç yüz doxsan üç) manat 30 (otuz) qəpik faiz borcu və iş üzrə ödənilmiş 104 (bir yüz dörd) manat 82 (səksə iki) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını tələb etdiyini, iş üzrə məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiq barədə ərizə verilməməsini, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/6087 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyini və Cavabdeh2 110011388/ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi və həmin müqaviləyə 1 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə zaminlik öhdəliyinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən xitam verilməli olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı Dəmir Bank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddiası qismən təmin edilməli və Cavabdeh1 2770 (iki min yeddi yüz yetmiş) manat 15 (on beş) qəpik məbləğində əsas borc, 1411 (bir min dörd yüz on bir) manat 74 (yetmiş dörd) qəpik məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə və 392 (üç yüz doxsan iki) manat 44 (qırx dörd) qəpik məbləğində hesablanmış 05 faiz borcu olmaqla, ümumilikdə 4874 (dörd min səkkiz yüz yetmiş dörd) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaiti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 104 (bir yüz dörd) manat 82 (səksən iki) qəpik məbləğində dövlət rusumu tutularaq iddiaçı Dəmir Bank ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2770 (iki min yeddi yüz yetmiş) manat 15 (on beş) qəpik məbləğində əsas borc, 1411 (bir min dörd yüz on bir) manat 74 (yetmiş dörd) qəpik məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə və 392 (üç yüz doxsan iki) manat 44 (qırx dörd) qəpik məbləğində hesablanmış 05 faiz borcu olmaqla, ümumilikdə 4874 (dörd min səkkiz yüz yetmiş dörd) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaiti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 104 (bir yüz dörd) manat 82 (səksən iki) qəpik məbləğində dövlət rusumu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar