Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-533/2025 23.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli GTKR9476442B158 saylı kredit müqaviləsinə əsasən 5785,67 manat əsas, 125,37 manat faiz, cəmi 5911,04 manat borcu, xx.xx.2024-cü il tarixli BRCB9476443B158 saylı kredit müqaviləsinə əsasən 452,47 manat əsas, 57,50 manat faiz, cəmi 509,97 manat borcun və ödənilmiş 84,21 manat dövlət rüsumunun iddiaı İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli GTKR9476442B158 saylı Kredit müqaviləsinə əsasən 45 ay, illik 20.9 dərəcəsi ilə 6000 manat kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli BRCB9476443B158 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 460 manat onun kartına mədaxil edilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-nə xx.xx.2024-cü il tarixli GTKR9476442B158 saylı kredit müqaviləsinə əsasən 5785,67 manat əsas, 125,37 manat faiz, cəmi 5911,04 manat borcu, xx.xx.2024-cü il tarixli BRCB9476443B158 saylı kredit müqaviləsinə əsasən 452,47 manat əsas, 57,50 manat faiz, cəmi 509,97 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən cavabdeh X3 bildirdi ki, İddiaçı ASC-dən kredit götürmüşdür. Maddi imkanı olmadığı üçün banka olan borcunu ödəyə bilməmişdir. İddinın təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli GTKR9476442B158 saylı Kredit müqaviləsinə əsasən 45 ay, illik 20.9 dərəcəsi ilə 6000 manat kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli BRCB9476443B158 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 460 manat Cavabdeh kartına mədaxil edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X1 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli GTKR9476442B158 saylı kredit müqaviləsinə əsasən 5785,67 manat əsas, 125,37 manat faiz, cəmi 5911,04 manat borcu, xx.xx.2024-cü il tarixli BRCB9476443B158 saylı kredit müqaviləsinə əsasən 452,47 manat əsas, 57,50 manat faiz, cəmi 509,97 manat borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTKR9476442B158 saylı və xx.xx.2024-cü il tarixli BRCB9476443B158 saylı Kredit müqavilələri ləğv edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli GTKR9476442B158 saylı kredit müqaviləsinə əsasən 5785,67 manat əsas, 125,37 manat faiz, cəmi 5911,04 manat borcu, xx.xx.2024-cü il tarixli BRCB9476443B158 saylı kredit müqaviləsinə əsasən 452,47 manat əsas, 57,50 manat faiz, cəmi 509,97 manat borc və ödənilmiş 84,21 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTKR9476442B158 saylı və xx.xx.2024-cü il tarixli BRCB9476443B158 saylı Kredit müqavilələri ləğv edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli GTKR9476442B158 saylı kredit müqaviləsinə əsasən 5785,67 (beş min yeddi yüz səksən beş manat altımış yeddi qəpik) manat əsas, 125,37 (yüz iyirmi beş manat otuz yeddi qəpik) manat faiz, cəmi 5911,04 (beş min doqquz yüz on bir manat dörd qəpik) manat borcu, xx.xx.2024-cü il tarixli BRCB9476443B158 saylı kredit müqaviləsinə əsasən 452,47 (dörd yüz əlli iki manat qırx yeddi qəpik) manat əsas, 57,50 (əlli yeddi manat əlli qəpik) manat faiz, cəmi 509,97 (beş yüz doqquz manat doxsan yeddi qəpik) manat borc və ödənilmiş 84,21 (səksən dörd manat iyirmi bir qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(031)-533/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-533/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver