Məhkəmə qərarları › İş №e-2(031)-57/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-57/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-57/2024 12.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "xx.xx.2019-cu il tarixli **********75219 №-li Kredit müqaviləsi üzrə İddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xxxx məhkəmədə iddia qaldıraraq xx.xx.2019-cu il tarixli **********75219/SİM№-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 və Cavabdeh3 1/25 hissədə, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 6/25 hissədə, Cavabdeh4 isə 5/25 hissədə məxsus olan Siyəzən şəhəri, Babək küçəsində yerləşən, kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, və Cavabdeh3 hər birinə 1/5 hissədə məxsus olan 68 nömrəli, 94.5 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilsin, ipoteka predmeti açıq hərracda satılsın və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcalan Cavabdeh2 xx.xx.2019cu il tarixli **********75219 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 8 095,75 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 13,10 (on üç manat 10 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0.02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə hesablanmış 1,13 manat məbləğində penya, cəmi 8 109,98 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 manat məbləğində pul vəsaiti ASC "Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 101,10 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər birgə qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək İpoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********75219 №-li Kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Borcalana 60 (altmış) ay müddətinə, kreditdən istifadəyə görə illik 1 % (bir faiz) ödənilməsi şərtilə, 12445,39 manat məbləğində kredit verilmişdir. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə cavabdehlər Cavabdeh1 (bundan sonra 1-ci ipoteka qoyan adlandırılacaq), Cavabdeh5 (bundan sonra 2-ci ipoteka qoyan adlandırılacaq), Cavabdeh6 (bundan sonra 3-cü ipoteka qoyan adlandırılacaq), Cavabdeh2 (bundan sonra 4-cü ipoteka qoyan adlandırılacaq), Cavabdeh3 (bundan sonra 5-ci ipoteka qoyan adlandırılacaq) və Cavabdeh4 (bundan sonra 6-cı ipoteka qoyan adlandırılacaq) arasında 1- ci və 5-ci ipoteka qoyanlara 1/25 hissədə, 2-ci, 3-cü və 4-cü ipoteka qoyanlara 6/25 hissədə, 6-cı ipoteka qoyana isə 5/25 hissədə məxsus olan Siyəzən şəhəri, Babək küçəsində yerləşən, kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci ipoteka qoyanların hər birinə 1/5 hissədə məxsus olan 68 nömrəli, 94.5 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin (bundan sonra birlikdə «İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********75219/SİM №-li Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən, Borcalan kreditləşmə müddətinin ilk 12 (on iki) aylıq dövrünü əhatə edən güzəşt müddəti ərzində yalnız kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi, həmin müddət bitdikdən sonra isə hər ay bərabər məbləğdə ödəniş həyata keçirməklə əsas borcu hesablanmış faizlərlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit müqaviləsi üzrə Borcalan Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş, kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Borcalan tərəfindən qeyd edilən pozuntulara yol verildiyinə görə İddiaçının Kredit müqaviləsinin 3.1.2-ci yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək, habelə öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Beləliklə, xx.xx.2023-cü il tarixinə borcalan Cavabdeh2 Kreditor qarşısında ümumi borcu 8 108,85 (səkkiz min bir yüz səkkiz manat 85 qəpik) manat təşkil edir ki, bunun da 8 095,75 (səkkiz min doxsan beş manat 75 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 13,10 (on üç manat 10 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Prosesin gedişində iddiaçı MPM-nirı 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, xx.xx.2019-cu il tarixli **********75219/SİM №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 və Cavabdeh3 1/25 hisədə, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 6/25 hissədə, Cavabdeh4 isə 5/25 hissədə məxsus olan Siyəzən şəhəri, Babək küçəsində yerləşən, kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6. Cavabdeh2 və Cavabdeh3 hər birinə 1/5 hissədə məxsus olan 68 nömrəli, 94.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcalan Cavabdeh2 xx.xx.2019-cu il tarixli **********75219 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq" Bankı qarşısındakı 7860,11 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 56,29 manat məbləğində adi faizlər üzrə borc məbləği, 2 manat məbləğində cərimə faizləri üzrə borc, cəmi 7 918.40 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini, xx.xx.2019-cu il tarixli **********75219/SİM №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 və Cavabdeh3 qızma 1/25 hisədə. Cavabdeh5 qızma. Cavabdeh6 və Cavabdeh2 6/25 hissədə, Cavabdeh4 isə 5/25 hissədə məxsus olan Siyəzən şəhəri, Babək küçəsində yerləşən, kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 hər birinə 1/5 hissədə məxsus olan 68 nömrəli, 94.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcalan Cavabdeh2 xx.xx.2019-cu il tarixli **********75219 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq" Bankı qarşısındakı 7860,11 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 56,29 manat məbləğində adi faizlər üzrə borc məbləği, 2 manat məbləğində cərimə faizləri üzrə borc, cəmi 7918.40 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, may ayı ərəfəsində 1400 manat ödəniş etmişdir. O, oktayabr ayına kimi banka olan borcunu ödəyib qurtaracağını öhdəsinə götürür. Xahiş edir, iddia qismən təmin edilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472, 739-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 36 və 59-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********75219 №-li Kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Borcalana 60 (altmış) ay müddətinə, kreditdən istifadəyə görə illik 1 % (bir faiz) ödənilməsi şərtilə, 12 445,39 manat məbləğində kredit verilmişdir. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında Cavabdeh1 və Cavabdeh3 1/25 hissədə, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 6/25 hissədə, Cavabdeh4 isə 5/25 hissədə məxsus olan Siyəzən şəhəri, Babək küçəsində yerləşən, kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 hər birinə 1/5 hissədə məxsus olan 68 nömrəli, 94.5 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********75219/SİM №-li Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Hazırda iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli **********75219 saylı Kredit Müqaviləsi üzrə banka 7860,11 manat vaxtı keçmiş borc, 56,29 manat faiz borcu, 2 manat cərimə borcu olmaqla, cəmi 7918,40 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları əsasında iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/9463 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********75219 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2023cü il tarixə banka olan borcu əsas borc üzrə 8063,41 manat, faiz borcu üzrə 4,70 manat, cəmi 8.068,11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9153-9/9490 saylı ekspert rəyindən görünür ki, Siyəzən şəhəri, Babək küçəsində yerləşən evin ümumi sahəsinin 94.5 kvm, yerləşdiyi torpaq sahəsinin 0,06 ha olduğunu nəzərə alaraq, tədqiq olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 34 000 manat məbləğində təşkil edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən 7860,11 manat əsas borc, 56,29 manat faiz borcu, 2 manat cərimə borcu olmaqla, cəmi 7918,40 manat məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 101,10 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınmasına görə 40 manat pul vəsaiti tutulmalı və tutma ipoteka predmetinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti tutularaq, banka ödənilməli, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 7860,11 (yeddi min səkkiz yüz altımış manat on bir qəpik) manat əsas borc, 56,29 (əlli altı manat iyirmi doqquz qəpik) manat faiz borcu, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 7918,40 (yeddi min doqquz yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 101,10 (yüz bir manat on qəpik) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınmasına görə 40 (qırx) manat pul vəsaiti iddiaçı ASC “Xalq" Bankının xeyrinə tutulsun. Tutma xx.xx.2019-cu il tarixli **********75219/SİM №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 və Cavabdeh3 1/25 hisədə, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 6/25 hissədə, Cavabdeh4 isə 5/25 hissədə məxsus olan Siyəzən şəhəri, Babək küçəsində yerləşən, kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 hər birinə 1/5 hissədə məxsus olan 68 nömrəli, 94.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin və ipoteka predmetinin ilkin satış qiyməti 34000 (otuz dörd min) manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılsın, əldə olunan vəsait hesabına ASC “Xalq" Bankına olan borc ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ cavabdehdən tutulsun. Əmlakın satışından artıq qalan vəsait cavabdehlərə qaytarılsın. 18 dekabr 2023-cü il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat və 19 mart 2024-cü il tarixli ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində elektron qaydada Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar