Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-614/2023 21.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilkin iddia və Cavabdeh İddiaçı qarşı “uşağın himayəsinə verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı 20 iyun 2023-cü il tarixdə Cavabdeh Həsənpaşa oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2007- ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şabran rayon məhkəməsinin 2(031)- 940/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün hər ay müəyyən edilmiş 140 manat sabit pul məbləğində alimentin miqdarını dəyişdirərək hər uşaq üçün hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi, 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Həsənpaşa oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən verilmiş ilkin iddianın rədd edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh himayəsinə verilməsi, X1 və zəruri xərclərinin qarşılanması üçün aylıq sabit pul məbləği şəklində 220 manat aliment məbləğinin İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən tutularaq Cavabdeh ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2007-ci il tarixdə Dəvəçi rayon İHB-nın Əmirxanlı İnzibati Ərazi Vahidliyində nigaha daxil olmuş və nikahın bağlanması haqqında akt qeydləri kitabında 030 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Cavabdehin ailələrinə laqeyd münasibəti və ona qarşı əsassız şiddəti səbəbindən Şabran rayon məhkəməsinin 2(031)-940/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 onun yanında qalması və uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdehdən hər uşaq üçün ayda 140 manat olmaqla 420 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda uşaqlar onun himayəsindədir, daimi iş yeri və stabil qazancı yoxdur. Arada fərdi əməklə məşqul olub pul qazansa da gəliri uşaqların təminatını tam ödəmir. Cavabdeh isə onlarla ümumiyyətlə maraqlanmır və alimenti də gecikdirərək ödəyir. O, dəfələrlə ona uşaqların artan maddi tələbatını ödəməsi üçün köməklik etməsini bildirsə də o kifayət qədər yüksək gəlirə malik olmasına baxmayaraq maddi yardım etməkdən boyun qaçırır. O, isə uşaqların ehtiyaclarını (geyim, ərzaq, tədris, istirahət, idman və.s) tək ödəyə bilmir. Belə olan halda, Şabran rayon məhkəməsinin 2(031)-940/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəmişdir. Məhkəmə Azərbaycan Respublikasında 2023-cü il üçün Yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üzrə müəyyən edilmiş minimum dolanışıq xərclərini və uşaqların mənafeyini nəzərə alaraq iddianı təmin edəcəkdir. Xahiş edir, Cavabdeh xx.xx.2007- ci il təvəllüdlü X7, xx.xx.2009cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şabran rayon məhkəməsinin 2(031)- 940/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün hər ay müəyyən edilmiş 140 manat sabit pul məbləğində alimentin miqdarını dəyişdirərək hər uşaq üçün hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi, 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılsın. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı tərəfindən qeyd edilən məsələlər tamamilə uydurma xarakterli məlumatlardan ibarətdir və həqiqəti əks etdirmir. Belə ki, iddia tələbində qeyd edilən kimi uşaqların hər üçü Şabran Rayon Məhkəməsinin 2(031)- 940/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə analarının himayəsinə verilmişdir. Lakin iddia tələbində qeyd edildiyi kimi onların hər üçünün anası ilə yaşaması, cavabdehin aliment məbləğini vaxtlı-vaxtında ödəməməsi və uşaqları ilə maraqlanmaması faktı həqiqəti əks etdirmir. İlk olaraq qeyd edir ki, xx.xx.2011-ci il təvəllüdlü X11 xx.xx.2023-cü il tarixdən etibarən cavabdehlə birgə yaşayır və onun bütün xərcləri cavabdeh tərəfindən qarşılanmaqla uşağa yalnız atası tərəfindən qayğı göstərilməkdədir. İddiaçı oğlu ilə maraqlanmamaqla yanaşı, hətta cavabdeh tərəfindən özünün faktiki himayə etdiyi və bütün məsrəflərini qarşıladığı X11 üçün müəyyən edilmiş 140 manat miqdarında ödənilən aliment məbləğini almağa davam etməkdədir. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Hal-hazırda məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi il azyaşlı X11 üçün aylıq müəyyən edilmiş 140 manat sabit pul məbləğində aliment cavabdeh tərəfindən ödənilir lakin, Həsən Quliyev faktiki olaraq cavabdehin himayəsindədir və ona anası tərəfindən qayğı göstərilməməklə onun heç-bir xərcinə də köməklik göstərilməməkdədir. İddiaçı haqsız gəlir əldə etməsi kifayət etməzmiş kimi, hətta bunun aylıq miqdarının qaldırılmasına dair də iddia tələbi ilə Məhkəməyə müraciət etmişdir. Digər yandan, qoşma hissədə Sizə təqdim edilən qəbzlərdən də aydın görünür ki, cavabdeh öhdəliyi olan aliment məbləğini hər ay vaxtlı-vaxtında ödəməkdədir. Hətta özü faktiki himayə etdiyi oğlu üçün də aliment məbləğini iddiaçıya ödəməyə davam edir. Eyni zamanda cavabdeh aralıqsız olaraq qızları ilə maraqlanır, onların təhsil, sağlamlıq və digər bütün xərclərini ödəyir. Uşaqları ilə mütəmadi olaraq ünsiyyətdədir və imkanı yetdiyi qədər onlardan öz qayğısını əsirgəmir. İddiaçının öz ərizəsində qeyd etdiyi məqamlar qətiyyən həqiqətə uyğun deyildir. İddiaçı rəsmi gəliri olmayan, fəhləçiliklə məşğul olan bir şəxsdir. Onun aylıq gəliri sabit olmamaqla birlikdə bəzən minimum aylıq əməkhaqqı məbləğinin belə altına düşməkdədir. Cavabdeh vergi ödəyicisi olduğundan əgər maraqlı olarsa Məhkəmə tərəfindən aidiyyəti orqana sorğu verilməklə onun rüblük mənfəəti müəyyən ediləbilər. Eyni zamanda 2022-ci il tarixdən bu günə qədər cavabdehin aylıq gəlirində hərhansı bir artım olmamışdır. Cavabdehin əlavə gəlir əldə etdiyinə dair hər-hansı bir tələb və sübutda iddia ərizəsində qeyd edilməmişdir. İddiaçı tərəfindən verilmiş iddia tələbinin heçbir qanuni dayanağı yoxdur, sadəcə mülahizələrə əsaslanılmışdır. İddia tərəfi öz tələblərini sübuta yetirəcək hər-hansı bir dəlil təqdim etməmişdirlər. Göstərilənlərə əsasən iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassız olması səbəbilə təmin edilməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Şabran rayon məhkəməsinin 2(031)-940/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 10 noyabr 2007-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Boşanmadan sonra xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X11 İddiaçı yanında saxlanılmaqla Cavabdeh 08 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəlüldlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 140 manat olmaqla, ümumilikdə 420 manat sabit pul məbləğində aliment tutularaq iddaçı İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmışdır. İddiaçı Şabran rayon məhkəməsində iddia qaldıraraq onun himayəsində olan azyaşlı övladları xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Şabran Rayon Məhkəməsinin 2(031)-940/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş ayda 140 manat sabit pul məbləğində alimentin miqdarını dəyişdirərək hər uşaq üçün hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi, 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Verilən iddia ərizəsində qeyd edilmişdir ki, hazırda uşaqlar İddiaçı himayəsindədir, daimi iş yeri və stabil qazancı yoxdur. Arada fərdi əməklə məşğul olub pul qazansa da gəliri uşaqların təminatını tam ödəmir. Cavabdeh isə iddiaçı və uşaqları ilə ümumiyyətlə maraqlanmır və alimenti də gecikdirərək ödəyir. İddiaçı dəfələrlə cavabdehə uşaqların artan maddi təlabatını ödəməsi üçün köməklik etməsini bildirsə də, o, kifayət qədər yüksək gəlirə malik olmasına baxmayaraq, maddi yardım etməkdən boyun qaçırır. İddiaçı isə uşaqların ehtiyaclarını tək ödəyə bilmir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəf olaraq bildirmək istəyir ki, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X11 xx.xx.2023-cü tarixdən etibarən faktiki olaraq atasının himayəsində olmaqla, iddiaçı ilə birgə yaşayır və onun bütün xərcləri isə iddiaçı tərəfindən qarşılanmaqla uşağa yalnız atası tərəfindən qayğı göstərilməkdədir. Cavabdeh oğlu tlə maraqlanmamaqla yanaşı, hətta iddia tərəfindən özünün faktiki himayə etdiyi və bütün məsrəflərini qarşıladığı X11 üçün müəyyən edilmiş 140 manat miqdarında ödənilən aliment məbləğini almağa davam edərək haqsız gəlir də əldə etməkdədir. Birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X11 iş üzrə iddiaçı Cavabdeh himayəsinə verilməli və yetkinlik yaşına çatanadək, X1 və zəruri xərclərin qarşılanması üçün aylıq sabit pul məbləği şəklində 220 manat aliment cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməlidir. Aliment məbləğinin ödəniş tarixi 02.2.2023-cü il tarixdən etibarən hesablanmalıdır. Cavabdehlə əvvəlki mediasiya prosesi zamanı razılaşmağa çalışsalar da, bu mümkün olmamışdır. Bu səbəblə qarşılıqlı iddia ərizəsi verilən zaman ilkin olaraq mediasiya institutuna müraciət etmək nəticəsiz qalacağından və təkrarçılıq olacağından buna zərurət olmamışdır. Xahiş edir, İddiaçı tərəfindən verilmiş ilkin iddianın rədd edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh himayəsinə verilməsi, X1 və zəruri xərclərinin qarşılanması üçün aylıq sabit pul məbləği şəklində 220 manat aliment məbləğinin İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən tutularaq Cavabdeh ödənilməsinə dair qətnamə çıxarılsın. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. Məhkəmə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2011-ci il təvəllüdlü X11 əvvəlki məhkəmə iclasında maraqlı tərəf qismində iştirak edərək bildirmişdir ki, valideynlərinin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. O, hal-hazırda atasının yanında yaşayır. Atası ona çox qayğı göstərir. Anasının yanında qalanda anasının üzünü görmürdü. Bacıları da onu veclərinə almırdılar. Atasının sevgisi və qayğısı ona daha çoxdur deyə atasının yanında qalmaq istəyir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh Şabran rayonu Baş Əmirxanlı kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)- 940/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 10 noyabr 2007-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 030 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X11 İddiaçı yanında qalmış, Cavabdeh 08 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə-420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik” üzrə Komissiyasının rəyinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X11 atası Cavabdeh Həsənpaşa oğlunun yanında qalmasını yetkinlik yaşına çatmayanların hüququ və mənafeyinə uyğun hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin bigə nikahlarından xx.xx.2007-ci ildə Nuray, xx.xx.2009-cu ildə Aynur və xx.xx.2011-ci ildə Həsən adlı övladları doğulmuşdur. Eyni zamanda, Şabran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 10.10 2022-ci il tarixli, 2(031)-940/2022 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşaq üçün ayda 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə-420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmuşdur. İddiaçı hazırda Cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşağın artan tələbatını qarşılaya bilmədiyini bildirmişdir. Eyni zamanda, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 hazırda onun yanında yaşadığını, Həsənin bütün maddi və mənəvi təlabatını özü ödədiyini bildirərək, məhkəmədən Həsənin onun himayəsinə verilərək, saxlanılması üçün İddiaçı alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidir. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi ücün şərait yaradılması) nəzərə almaqla həll edir; Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tərəflərin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onların valideynlik borcudur. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosialədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, -ilkin iddia qismən təmin edilməli, Şaban Rayon Məhkəməsinin 2(031)-940/2022 nömrəli mülki işi üzrə xx.xx.2022-ciil tarixdə qəbul edilmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdı 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir -Qarşılıqlı iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X2 Amid Həsənağa oğlunun himayəsinə verilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, qətnamə İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi hissəsində dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. Şaban Rayon Məhkəməsinin 2(031)-940/2022 nömrəli mülki işi üzrə xx.xx.2022-ciil tarixdə qəbul edilmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. Cavabdeh hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdı 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 Amid Həsənağa oğlunun himayəsinə verilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(031)-614/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-614/2023
21.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver