Məhkəmə qərarları › İş №e-2(031)-710/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-710/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-710/2023 21.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı "Fınca Azerbaijan" X2-Bank Kredit Təşkilatının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "Fınca Azerbaijan" X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "kredit borcu" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud Məsuliyyətli QBKT məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 11636.64 manat, faiz borcuna görə 2065.04 manat, cərimə borcuna görə 309.91 manat, cəmi 14011.59 manat məbləğində borcun və 132.04 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 Bank Kredit Təşkilatı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********1011 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 14000 (on dörd min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 736 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1011 -1257828 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh4, **********1011 -1257829 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1, **********1011 -1249005 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********1011 -1036518 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, OAmərov Zahir Vahid oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh5 oğlunun əsas borc üzrə 11636.64 manat, faiz borcuna görə 2065.04 manat,cərimə borcuna görə 309.91 manat,cəmi 14011.59 (on dörd min on bir manat əlli doqquz qəpik) manat təşkil edir. Xahiş edir, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 11636.64 manat, faiz borcuna görə 2065.04 manat, cərimə borcuna görə 309.91 manat, cəmi 14011.59 manat məbləğində borcun və 132.04 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılsın. İddiaçı "Fınca Azerbaijan" X2-Bank Kredit Təşkilatının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş İddiaçı MMM QBKT ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********1011 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 14000 (on dörd min manat) manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş **********1011 -1257828 saylı, **********1011 -1257829 saylı, **********1011 -1249005 saylı və **********1011 -1036518 saylı zaminlik müqavilələrindən görünür ki, «Borclu» Cavabdeh5 təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək «Zamin»lər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş AZE seriyalı 13002104 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.1960-cı ildə Dəvəçi şəhərində anadan olmuş, Şabran rayolnu Dəvəçi kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh5 kredit müqaviləsi üzrə borcun məbləği 11636.64 manat əsas, faiz borcu üzrə 2065.04 manat, cərimə borcuna görə 309.91 manat olmaqla, cəmi 14011.59 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 11636.64 (on bir min altı yüz otuz altı manat altımış dörd qəpik) manat, faiz borcuna görə 2065.04 (iki min altımış beş manat dörd qəpik) manat, cərimə borcuna görə 309.91 (üç yüz doqquz manat doxsan bir qəpik) manat, cəmi 14011.59 (on dörd min on bir manat əlli doqquz qəpik) manat məbləğində borc və 132.04 (yüz otuz iki manat dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "Fınca Azerbaijan" X2-Bank Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 11636.64 (on bir min altı yüz otuz altı manat altımış dörd qəpik) manat, faiz borcuna görə 2065.04 (iki min altımış beş manat dörd qəpik) manat, cərimə borcuna görə 309.91 (üç yüz doqquz manat doxsan bir qəpik) manat, cəmi 14011.59 (on dörd min on bir manat əlli doqquz qəpik) manat məbləğində borc və 132.04 (yüz otuz iki manat dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "Fınca Azerbaijan" X2-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar