Məhkəmə qərarları › İş №e-2(031)-732/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-732/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-732/2024 30.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Suleyman oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Zeynalabidin oğlu və Cavabdeh2 müştərək qaydada 1971 (bir min doqquz yüz yetmiş bir) manat 58 (əlli səkkiz) qəpik məbləğində əsas kredit borcu, 01 (bir) manat 46 (qırx altı) qəpik məbləğində kreditdən istifadəyə görə faiz borcu, 20 (iyirmi ) manat 42 (qırx iki) qəpik məbləğində cərimə olmaqla, ümumilikdə 1993 (bir min doqquz yüz doxsan üç) manat 46 (qırx altı) qəpik məbləğində pulu, həmçinin 39 (otuz doqquz) manat 94 (doxsan dörd) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını və tərəflərindən ödənilmiş dövlət rüsumunun onlara geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci və 284-5.3-cü maddələrinə əsasən Şabran Rayon Məhkəməsində işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan təqdim edilmiş sənədlər əsasında 30 (otuz) iş günü ərzində baxılacağı və 10 (on) gün müddətində iddia ərizəsinə etiraz təqdim etmək hüquqlarının olması barədə bildiriş göndərilsə də, cavabdehlər iddia ərizəsinə etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia baxılmamış saxlanılmalıdır və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 114.1.5-cimaddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə cavabdehlər tərəfindən hazırki iş üzrə iddia ərizəsinə etirazın məhkəməyə təqdim edilməməsini, onların işin mahiyyəti üzrə həll olunmasını tələb etməmələri kimi qiymətləndirir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alarq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "AsanPay" elektron ödəniş sistemi vasitəsi ilə ödənilmiş ödənilmiş 39 (otuz doqquz) manat 94 (doxsan dörd) qəpik məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 259, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "AsanPay" elektron ödəniş sistemi vasitəsi ilə ödənilmiş ödənilmiş 39 (otuz doqquz) manat 94 (doxsan dörd) qəpik məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan surəti tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar