Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-777/2023 19.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 3030 (üç min otuz) manat sığorta ödənişi məbləğinin və 50.70 (əlli, yetmiş) manat dövlət rüsumunun, cəmi 3080.70 (üç min səksən, yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbi barədə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 3030 (üç min otuz) manat sığorta ödənişi məbləğinin və 50.70 (əlli, yetmiş) manat dövlət rüsumunun, cəmi 3080.70 (üç min səksən, yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də bağlanmış xx.xx.2021-ci il tarixli, PAA********** saylı sığorta müqaviləsinə əsasən “VAZ 21074” markalı, 90HN587dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində “VAZ 21074” markalı, 90HN587dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Opel Vectra” markalı 17BC992 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 3030 (üç min otuz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Şabran RPŞ-nin DYPB-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Vaz 21074” markalı, 90HN587 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. Xahiş edir, 3030 (üç min otuz) manat sığorta ödənişi məbləğinin və 50.70 (əlli, yetmiş) manat dövlət rüsumunun, cəmi 3080.70 (üç min səksən, yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, o, xx.xx.2022-ci il tarixində “VAZ 21074” markalı, 90HN587 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Opel Vectra” markalı 17BC992 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. "xxxx" ASC əvvəl dəymiş zərəri 700 manat müəyyən etmişdir, lakin sonradan maşının sahibi razı olmadığından "xxxx" ASC tərəfindən maşın təmir etdirilmiş. maşının təmirinə 3030 manat xərci çıxmışdır. O, məhkəmədə ona qarşı qaldırılan iddianı qismən qəbul edir, onun həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Həmin məbləğin yarı hissəsini, yəni 1500 manat ödəməyə etiraz etmir. Xahiş edir, iddia qismən təmin edilsin. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş12 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş "xxxx" ASC-də bağlanmış xx.xx.2021-ci il tarixli, PAA********** saylı sığorta müqaviləsinə əsasən “VAZ 21074” markalı, 90HN587dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İşə əlavə edilmiş 23 may 2022-ci il tarixli 22-02295/05/AA-1763/22 saylı Sığorta Aktından görünür ki, "xxxx" ASC tərəfindən sığortalı X1 3030 (üç min otuz) manat sığorta ödənişi həyata keçirilmişdir. İşə əlavə edilmiş Dəymiş zərərin hesablanması haqqında aktdan görünür ki, X1 məxsus «Opel Vectra» markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün cəmi 3030 manat pul hesablanmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (…nəqliyyat vasitələrindən istifadə edilməsi…) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla (…nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində qeyd olunub ki, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.2. maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq məlak sığortası üzrə sığorta ödənişini vermiş sığotaçıya subqorasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2. maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərərin vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin, o cümlədən də nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə qarşı, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (subroqasiya) hüququ vardır. Məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3030 (üç min otuz) manat sığorta ödənişi məbləği və 50.70 (əlli manat yetmiş qəpik) manat dövlət rüsumu, cəmi 3080.70 (üç min səksən manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3030 (üç min otuz) manat sığorta ödənişi məbləği və 50.70 (əlli manat yetmiş qəpik) manat dövlət rüsumu, cəmi 3080.70 (üç min səksən manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(031)-777/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-777/2023
19.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver