Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-794/2023 30.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 iştirakı ilə, İddiaçı X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud Məsuliyyətli QBKT məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4171.00 manat, faiz borcuna görə 1518.99 manat, cərimə borcuna görə 105.97 manat, cəmi 5795.96 (beş min yeddi yüz doxsan beş manat, doxsan altı qəpik) manat məbləğində borcun və 77.96 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyyətli QBKT-nın nümayəndəsi məhkəməyə teleqramla müraciət edərək onların iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı X2 Bank Kredit Təşkilatı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0113 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 34.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4300 dröd) min üç yüz manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 251 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl ədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam lə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, X1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü ii tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 4171.00 manat, faiz borcuna görə 1518.99 manat, cərimə borcuna görə 105.97 manat, cəmi 5795.96 (beş min yeddi yüz doxsan beş manat, doxsan altı qəpik) manat təşkil edir. Xahiş edir, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4171.00 manat, faiz borcuna görə 1518.99 manat, cərimə borcuna görə 105.97 AZN, cəmi 5795.96 (beş min yeddi yüz doxsan beş manat, doxsan altı qəpik) manat məbləğində borcun və 77.96 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılsın. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, İddiaçı MMM QBKT ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0113 saylı kredit müqaviləsinə əsasən ona ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 34.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4300 dröd) min üç yüz manat) manat məbləğində kredit verilmişdir. Bankdan götürdüyü kredit məbləğindən ödənişlər etmişdir, laki naprel ayından kredit məbləğini tam ödəyə bilməmişdir. Məhkəmədə ona qarşı qaldırılan iddianı qəbul edir, banka olan kredit borcunu ödəməyə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdeh E.Məcidovu dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0113 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 34.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4300 dröd) min üç yüz manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 251 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, «Borclu» Cavabdeh1 təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək «Zamin» Cavabdeh2 birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1960-cı ildə Dəvəçi şəhərində anadan olmuş, Şabran rayolnu Dəvəçi kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1960-cı ildə Dəvəçi rayonunda anadan olmuş, Şabran rayonu Dəvəçi kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə borcun məbləği 4171.00 manat əsas, faiz borcu üzrə 1518.99 manat, cərimə borcuna görə 105.97 manat olmaqla, cəmi 5795.96 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4171.00 manat, faiz borcuna görə 1518 (min beş yüz on səkkiz) manat 99 (doxsan doqquz) qəpik, cərimə borcuna görə 105 (yüz beş) manat 97 (doxsan yeddi) qəpik olmaqla, cəmi 5795 (beş min yeddi yüz doxsan beş) manat 96 (doxsan altı) qəpik məbləğində borc və 77 (yetmiş yeddi) manat 96 (doxsan altı) qəpik məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı X2-Bank Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4171.00 manat, faiz borcuna görə 1518 (min beş yüz on səkkiz) manat 99 (doxsan doqquz) qəpik, cərimə borcuna görə 105 (yüz beş) manat 97 (doxsan yeddi) qəpik olmaqla, cəmi 5795 (beş min yeddi yüz doxsan beş) manat 96 (doxsan altı) qəpik məbləğində borc və 77 (yetmiş yeddi) manat 96 (doxsan altı) qəpik məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı X2-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(031)-794/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-794/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver