Məhkəmə qərarları › İş №e-2(031)-802/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-802/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-802/2023 30.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh 13 Sentyabr 2021-ci il tarixli, XDNPU-05459 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4557,48 (dörd min beş yüz əlli yeddi manat 48 qəpik) manat, faiz borcuna görə 198,05 (bir yüz doxsan səkkizmanat 05 qəpik) manat, dəbbə borcuna görə 494,26 (dörd yüz doxsan dörd manat 26 qəpik) manat, cəmi 5249,79 (beş min iki yüz qırx doqquzmanat 79 qəpik) manat məbləğində pulun və 72,5 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddiasını onunla əsaslandırmışdır ki, İddiaçıASC-nin Qaradağ filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 13 Sentyabr 2021-ci il tarixli, XDNPU-05459 saylı kredit müqaviləsinə əsasən illik 17 % (on yeddi) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd)ay müddətinə 10000 (onmin) manat məbləğində cavabdehə kredit verilmişdir. 13 sentyabr 2021-ci il tarixli, XDNPU-05459 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 13 Sentyabr 2021-ci il tarixli, XDNPU-05459 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-dan gec olmayaraq hər ay 494,43 (dörd yüz doxsan dörd manat 43 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 13 Sentyabr 2021-ci il tarixli, XDNPU- 05459 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4557,48 (dörd min beş yüz əlli yeddi manat 48 qəpik) manat, faiz borcuna görə 198,05 (bir yüz doxsan səkkiz manat 05 qəpik) manat, dəbbə borcuna görə 494,26 (dörd yüz doxsan dörd manat 26 qəpik) manat, borcun cəmi məbləği 5249,79 (beş min iki yüz qırx doqquz manat 79 qəpik) manat təşkil edir. Xahiş edir, Cavabdeh 13 sentyabr 2021-ci il tarixli, XDNPU-05459 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4557,48 (dörd min beş yüz əlli yeddi manat 48 qəpik) manat, faiz borcuna görə 198,05 (bir yüz doxsan səkkizmanat 05 qəpik) manat, dəbbə borcuna görə 494,26 (dörd yüz doxsan dörd manat 26 qəpik) manat, cəmi 5249,79 (beş min iki yüz qırx doqquz manat 79 qəpik) manat məbləğində pulun və 72,5 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1975-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Şabran şəhəri, T.Abbasov küçəsi ev 21, mənzil 8-də qeydiyyatdadır. İddiaçı ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmış 13 Sentyabr 2021-ci il tarixli, XDNPU-05459 saylı kredit müqaviləsinə əsasən illik 17 % (on yeddi) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd)ay müddətinə 10000 (onmin) manat məbləğində cavabdehə kredit verilmişdir. İşə əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 13 sentyabr 2021-ci il tarixli, XDNPU-05459 saylı müqavilə üzrə 14 avqust 2023-cü il tarixə olan borcu aşağıdakı kimidir. Əsas borc-4557.48 manat, faiz borcu-198.05 manat, cərimə borcu – 494.26 manat, cəmi 5249.79 manat. İşə əlavə edilmiş 02 avqust və 10 avqust 2023-cü il tarixli bildiriş məktublarından görünür ki, Cavabdeh banka olan borcunun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməsini dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2. maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, XDNPU-05459 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4557 (dörd min beş yüz əlli yeddi) manat 48 (qırx səkkiz) qəpik, faiz borcuna görə 198 (bir yüz doxsan səkkiz) manat 05 (beş) qəpik, dəbbə borcuna görə 50 (əlli) manat olmaqla, ümumilikdə 4805 (dörd min səkkiz yüz beş) manat 53 (əlli üç) qəpik pul və 72 (yetmiş iki) manat 05 (beş) qəpik məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, XDNPU-05459 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4557 (dörd min beş yüz əlli yeddi) manat 48 (qırx səkkiz) qəpik, faiz borcuna görə 198 (bir yüz doxsan səkkiz) manat 05 (beş) qəpik, dəbbə borcuna görə 50 (əlli) manat olmaqla, ümumilikdə 4805 (dörd min səkkiz yüz beş) manat 53 (əlli üç) qəpik pul və 72 (yetmiş iki) manat 05 (beş) qəpik məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar