Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-802/2025 28.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSCnin xeyrinə xx.xx.2024-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 24 289.22 manat məbləğində kredit bоrcu, 1 168.99 manat məbləğində faiz bоrcu və 510.88 manat məbləğində cərimə olmaqla, cəmi 26 569.09 manat, xx.xx.2023-ci il tarixli 005K**********01 kart kredit müqaviləsi üzrə 498.33 manat məbləğində kredit bоrcu, 5.10 manat məbləğində faiz bоrcu olmaqla cəmi 503.43 manat, ümumilikdə cəmi 27 072,52 manat məbləğində bоrc və ödənilmiş 171.22 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixdə bağladığı 005A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.25% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30 200 (otuz min iki yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 5 910.78 manat ödəniş etmiş və оnun iddiaçıya 24 289.22 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit Dövlət rüsumunun ödənilməsi haqqında məlumat məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 113 gün üçün hesablanmış faiz borcu 1 168.99 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 113 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 510.88 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa Cavabdeh "xxxx" QSC ilə bağladığı xx.xx.2023-ci il tarixli 005K**********01 kart kredit müqaviləsi əsasında cavabdehə “MASTER PLATİNİUM Credit Cards” növlü kart hesabı üzrə aylıq faiz dərəcəsi 2% оlmaqla 36 (otuz altı) ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. Ağayev Fikrət Mustafa oğlunun əsas borcu üzrə 498.33 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq, xx.xx.2025-ci il tarixə hesablanmış faiz borcu 5.1 manat təşkil edir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. İddiaçı QSC məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, iddiaçı AccessBank QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə baxış iclasının xx.xx.2025-ci il tarixinə saat 11:45-ə təyin edildiyini, üzrlü səbəbdən baxış iclasında iştirak edə bilmədiyini, iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə baxış iclasının iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etişmişdir. Cavabdeh məhkəmə iclasında İddiaçı QSC kredit borcunun olduğunu etiraf edərək, həmin borcu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış Cavabdeh İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixdə bağladığı 005A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.25% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30 200 (otuz min iki yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 5 910.78 manat ödəniş etmiş və оnun iddiaçıya 24 289.22 manat məbləğində kredit bоrcu qalmışdır. Bundan başqa Cavabdeh "xxxx" QSC ilə bağladığı xx.xx.2023-ci il tarixli 005K**********01 kart kredit müqaviləsi əsasında cavabdehə “MASTER PLATİNİUM Credit Cards” növlü kart hesabı üzrə aylıq faiz dərəcəsi 2% оlmaqla 36 (otuz altı) ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. Ağayev Fikrət Mustafa oğlunun əsas borcu üzrə 498.33 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq, xx.xx.2025-ci il tarixə hesablanmış faiz borcu 5.1 manat təşkil edir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən də yayınmışdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilələr üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliklərin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsaən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 005A********** saylı kredit müqaviləsi və xx.xx.2023-ci il tarixli 005K**********01 saylı kart kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2024-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 24 289.22 manat məbləğində kredit bоrcu, 1 168.99 manat məbləğində faiz bоrcu və 510.88 manat məbləğində cərimə olmaqla, cəmi 26 569.09 manat, xx.xx.2023-ci il tarixli 005K**********01 kart kredit müqaviləsi üzrə 498.33 manat məbləğində kredit bоrcu, 5.10 manat məbləğində faiz bоrcu olmaqla cəmi 503.43 manat, ümumilikdə cəmi 27 072,52 manat məbləğində bоrc və ödənilmiş 171.22 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 005A********** saylı kredit müqaviləsi və xx.xx.2023-ci il tarixli 005K**********01 saylı kart kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2024-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 24 289.22 (iyirmi dörd min iki yüz səksən doqquz manat iyirmi iki qəpik) manat məbləğində kredit bоrcu, 1 168.99 (min yüz altmış səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində faiz bоrcu və 510.88 (beş yüz on manat səksən səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 26 569.09 (iyirmi altı min beş yüz altmış doqquz manat doqquz qəpik) manat; xx.xx.2023-ci il tarixli 005K**********01 kart kredit müqaviləsi üzrə 498.33 (dörd yüz doxsan səkkiz manat otuz üç qəpik) manat məbləğində kredit bоrcu, 5.10 (beş manat on qəpik) manat məbləğində faiz bоrcu olmaqla cəmi 503.43 (beş yüz üç manat qırx üç qəpik) manat olmaqla, ümumilikdə cəmi 27 072,52 (iyirmi yeddi min yetmiş iki manat əlli iki qəpik) manat məbləğində bоrc və iddiaçı tərəfindən ödənilmiş 171.22 (yüz yetmiş bir manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində elektron qaydada Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(031)-802/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-802/2025
28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver