Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-816/2024 02.08.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin Mirzəfərova Könül Murtuz qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qızına qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh qızına qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh qızının fərdi məlumatlarına dair çıxarışdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. 114.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə hakim ərizəni qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə işin faktiki hallarını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, hazırki iş üzrə Cavabdeh qızı xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qızına qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 42 (qırx iki) manat 42 (qırx iki) qəpik məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qızına qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılması haqqında qərardad iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 42 (qırx iki) manat 42 (qırx iki) qəpik məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №e-2(031)-816/2024
Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-816/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver