Məhkəmə qərarları › İş №e-2(031)-868/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-868/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-868/2024 19.08.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin Mirzəfərova Könül Murtuz qızı, İddiaçı "Finca Azerbaijan" X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı "kredit borcu" tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı "Finca Azerbaijan" X1-Bank Kredit Təşkilatı Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşı "kredit borcu" tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı "Finca Azerbaijan" X1-Bank Kredit Təşkilatıının Cavabdeh qarşı "kredit borcu" tələbinə dair iddia ərizəsi iddiaçı "Finca Azerbaijan" X1-Bank Kredit Təşkilatıının nümayəndəsi Nümayəndə2 tərəfindən imzalansa da, Nümayəndə2 səlahiyyətlərini təsdiq edən hər-hansı bir sənəd (etibarnamə) iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə iddiaçı "Finca Azerbaijan" X1-Bank Kredit Təşkilatıının Cavabdeh qarşı "kredit borcu" tələbinə dair iddia ərizəsi iddiaçı "Finca Azerbaijan" X1-Bank Kredit Təşkilatıının nümayəndəsi Nümayəndə2 tərəfindən imzalansa da, Nümayəndə2 səlahiyyətlərini təsdiq edən hər-hansı bir sənəd (etibarnamə) iddia ərizəsinə əlavə edilmədiyini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddiaçı "Finca Azerbaijan" X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı "kredit borcu" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddia ərizəsinin qaytarılması haqqında qərardadın buna səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması iddiaçıya izah edilməlidir və iddiaçı "Finca Azerbaijan" X1-Bank Kredit Təşkilatı tərəfindən "AsanPay" vasitəsi ilə ödənilmiş (qəbz nömrəsi: **********21) 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 114, 149, 151, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "Finca Azerbaijan" X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı "kredit borcu" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Finca Azerbaijan" X1-Bank Kredit Təşkilatına geri qaytarılsın. İddiaçı "Finca Azerbaijan" X1-Bank Kredit Təşkilatına izah edilsin ki, iddia ərizəsinin qaytarılması haqqında qərardad iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı "Finca Azerbaijan" X1-Bank Kredit Təşkilatı tərəfindən "AsanPay" vasitəsi ilə ödənilmiş (qəbz nömrəsi: **********21) 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar