Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-901/2023 30.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış fаиz və cərimənin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq Cavabdeh- 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,263.58 (beş min iki yüz altmış üç manat əlli səkkiz qəpik) manat əsas borc, 903.43 (doqquz yüz üç manat qırx üç qəpik) manat faiz borcu, 618.66 (altı yüz on səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,785.67 (altı min yeddi yüz səksən beş manat altmış yeddi qəpik) manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5.51 (beş manat əlli bir qəpik) manat əsas borc, 0.97 (doxsan yeddi) manat cərimə borcu olmaqla, cəmi 6.48 (altı manat qırx səkkiz qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-41022İB/2022 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Qeyd edilən Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixdə 0134075AZN74035saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 22%, illik cərimə faizi 180% olmaqla, 5,500 (beş min beş yüz) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti ayrılmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0134075AZN74035saylı maliyyələşdirmə üçün ərizə üzrə 252 gün, 41010AZNFK********** saylı hesab üzrə texniki overdraft əməliyyatı üzrə isə 252 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,263.58 (beş min iki yüz altmış üç manat əlli səkkiz qəpik) manat əsas borc, 903.43 (doqquz yüz üç manat qırx üç qəpik) manat faiz borcu, 618.66 (altı yüz on səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,785.67 (altı min yeddi yüz səksən beş manat altmış yeddi qəpik) manat təşkil edir, gecikmə günün sayı – 252 - 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5.51 (beş manat əlli bir qəpik) manat əsas borc, 0.97 (doxsan yeddi) manat cərimə borcu olmaqla, cəmi 6.48 (altı manat qırx səkkiz qəpik) manat təşkil edir, gecikmə günün sayı –
252. X1 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X1 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 88 (səksən səkkiz) manat dövlət rüsumu ödəmişdir. Xahiş edir, Cavabdeh- 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,263.58 (beş min iki yüz altmış üç manat əlli səkkiz qəpik) manat əsas borc, 903.43 (doqquz yüz üç manat qırx üç qəpik) manat faiz borcu, 618.66 (altı yüz on səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,785.67 (altı min yeddi yüz səksən beş manat altmış yeddi qəpik) manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5.51 (beş manat əlli bir qəpik) manat əsas borc, 0.97 (doxsan yeddi) manat cərimə borcu olmaqla, cəmi 6.48 (altı manat qırx səkkiz qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə verərək Cavabdeh- 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,263.58 (beş min iki yüz altmış üç manat əlli səkkiz qəpik) manat əsas borc, 1.003.15 (bir min üç manat on beş qəpik) manat faiz borcu, 775.49 (yeddi yüz yetmiş beş manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 7,042.22 (yeddi min qırx iki manat iyirmi iki qəpik) manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5.51 (beş manat əlli bir qəpik) manat əsas borc, 1.10 (bir manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.61 (altı manat altımış bir qəpik) manat məbləğində tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş GTC-41022İB/2022 saylı Razılıq ərizəsindən və xx.xx.2022-ci il tarixdə 0134075AZN74035saylı Maliyyələşdirmə üçün ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-41022İB/2022 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Qeyd edilən Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixdə 0134075AZN74035saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 22%, illik cərimə faizi 180% olmaqla, 5,500 (beş min beş yüz) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti ayrılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1980-ci ildə anadan olmuş, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 102-də qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir.- 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,263.58 (beş min iki yüz altmış üç manat əlli səkkiz qəpik) manat əsas borc, 903.43 (doqquz yüz üç manat qırx üç qəpik) manat faiz borcu, 618.66 (altı yüz on səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,785.67 (altı min yeddi yüz səksən beş manat altmış yeddi qəpik) manat təşkil edir, gecikmə günün sayı – 252 - 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5.51 (beş manat əlli bir qəpik) manat əsas borc, 0.97 (doxsan yeddi) manat cərimə borcu olmaqla, cəmi 6.48 (altı manat qırx səkkiz qəpik) manat təşkil edir, gecikmə günün sayı – 252. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh banka olan borcunun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,263.58 (beş min iki yüz altmış üç manat əlli səkkiz qəpik) manat əsas borc, 1.003.15 (bir min üç manat on beş qəpik) manat faiz borcu, 75.49 (yetmiş beş manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.342.22 (altı min üç yüz qırx iki manat iyirmi iki qəpik) manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5.51 (beş manat əlli bir qəpik) manat əsas borc, 1.10 (bir manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.61 (altı manat altımış bir qəpik) manat məbləğində tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,263.58 (beş min iki yüz altmış üç manat əlli səkkiz qəpik) manat əsas borc, 1.003.15 (bir min üç manat on beş qəpik) manat faiz borcu, 75.49 (yetmiş beş manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.342.22 (altı min üç yüz qırx iki manat iyirmi iki qəpik) manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5.51 (beş manat əlli bir qəpik) manat əsas borc, 1.10 (bir manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.61 (altı manat altımış bir qəpik) manat məbləğində tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İlqar Cabbarov