Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-909/2025 07.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Cəfərov Məmmədsafa Əhmədsafa oğlunun iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı "pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30186,28 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 1040,75 manat borcun və ödənilmiş dövlət rüsumu 30,40 manat iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuş, ərizənin və ona əlavə olunmuş sənədlərin surəti Cavabdeh təqdim edilmişdir. xx.xx.2025ci il tarixdə cavabdehin kiçik iddia ərizəsinə etirazı məhkəməyə daxil olmuşdur. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı "pul tələbinə dair” sadələşdirilmiş icraat üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 11:15-ə təyin edilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "X2" QSC arasında bağlanmış 07 mart 2023-cü il tarixli 290318 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, illik 14 faiz olmaqla, 34000 manat məbləğində kredit vermişdir. “X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X2 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər Sizin tərəfinizdən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Şabran Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 28152,94 manat əsas, 1849,43 manat faiz, 3 manat cərimə, cəmi 30005,37 manat borc və 180,91 manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdeh(lər)in 17 oktyabr 2024-cü il tarixə borc üzrə 30186.28 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) 17 oktyabr 2024-cü ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyisəbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiztələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 1040,75 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdeh(lər)in Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 88 gün – 368,94 manat, 2) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 29 gün – 120,39 manat, 3) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 30 gün – 122.47 manat, 4) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 43 gün – 172,55 manat, 5) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 39 gün – 153,79 manat, 6) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 2 gün – 7.77 manat, 7) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı– 25 gün – 94,83 manat olmaqla ümumilikdə cəmi 1040,75 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi Cəfərov Məmmədsafa Əhmədsafa oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra Şabran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qətnamənin icrası üçün oğlunun iş yerinə məktub göndərilmişdir. Həmin vaxtdan da oğlunun əmək haqqından tutmalar apırılır. Qətnamənin icrasının gecikdirilməsi oğlunun təqsiri üzündən olmamışdır. Bu səbəbdən də iddianı əsassız hesab edir, xahiş edir iddia təmin edilməsin. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarına əsasən; - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, Şabran Rayon Məhkəməsinin 2(031)-824/2024 saylı, xx.xx.2024cü il tarixli məhkəmə qətnaməsinə əsasən, Cavabdeh 28152 (iyirmi səkkiz min yüz əlli iki) manat 94 (doxsan dörd) qəpik əsas, 1849 (min səkkiz yüz qırx doqquz) manat 43 (qırx üç) qəpik faiz, 3 (üç) manat cərimə, cəmi 30005 (otuz min beş) manat 37 (otuz yeddi) qəpik borc və 180 (yüz səksən) manat 91 (doxsan bir) qəpik ödənilmiş dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Hazırda qəbul olunmuş məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra olunması üçün cavabdehin iş yeri olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 25 aprel 2025-ci il tarixdə məktub göndərilmişdir. Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 15 may 2025-ci il tarixli məktubdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar hər ay Cavabdeh əmək haqqından 50% tutmalar aparılır. Belə olan halda, qətnamənin icrasının gecikməsi cavabdehin təqsiri ucbatından olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(031)-909/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-909/2025
07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver