Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-914/2023 14.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Fərzəli-zadə Fuad Teymur oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilə üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdı̇ : "xxxx" ASC məhkəmədə iddia qaldıraraq "xxxx" ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İK-049357/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 4798.50 AZN (dörd min yeddi yüz doxsan səkkiz manat əlli qəpik) əsas, 384.88 AZN (üç yüz səksən dörd manat səksən səkkiz qəpik) faiz, 447.16 AZN (dörd yüz qırx yeddi manat on altı qəpik) cərimə borcu olmaqla, cəmi borcu 5630.54 AZN (beş min altı yüz otuz manat əlli dörd qəpik)məbləğində borcun və tərəfimizdən ödənilmiş 76.31 AZN (yetmiş altı manat otuz bir qəpik)məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh2, zamin – Cavabdeh1) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, TuranBank ASC-nin “Xaçmaz” filialıilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İK-049357/23 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 22.5% olmaqla, 30 ay müddətinə 5 055 AZN (beş min əlli beş manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, TuranBank ASC, Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, İK-049357/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 4 798.50 AZN (dörd min yeddi yüz doxsan səkkiz manat əlli qəpik) əsas, 384.88 AZN (üç yüz səksən dörd manat səksən səkkiz qəpik) faiz, 447.16 AZN (dörd yüz qırx yeddi manat on altı qəpik) cərimə borcu olmaqla, cəmi borcu 5 630.54 AZN (beş min altı yüz otuz manat əlli dörd qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borclarıcavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İK-049357/23 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsas borcun qalığına əlavə illik 22.5 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. Xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır, Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalanın Bank qarşısında öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. 2.7-ci bəndə əsasən Zamin Borcalan tərəfindən öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmaması ilə əlaqədar borcun məcburi qaydada alınmasını nəzərdə tutan məhkəmə qərarı/qətnaməsi tam icra olunub başa çatanədək hesablanan faiz borcunun Banka ödənilməsini təmin etməlidir. Xahiş edir, TuranBank ASC-nin “Xaçmaz” filialıilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İK-049357/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 4 798.50 AZN (dörd min yeddi yüz doxsan səkkiz manat əlli qəpik) əsas, 384.88 AZN (üç yüz səksən dörd manat səksən səkkiz qəpik) faiz, 447.16 AZN (dörd yüz qırx yeddi manat on altı qəpik) cərimə borcu olmaqla, cəmi borcu 5 630.54 AZN (beş min altı yüz otuz manat əlli dörd qəpik)məbləğində borcun və tərəfimizdən ödənilmiş 76.31 AZN (yetmiş altı manat otuz bir qəpik)məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh2, zamin – Cavabdeh1) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Fərzəli-zadə Fuad Teymur oğlu məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş "xxxx" ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İK-049357/23 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 22.5% olmaqla, 30 ay müddətinə 5 055 AZN (beş min əlli beş manat) məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, İK-049357/23 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 4 798.50 AZN (dörd min yeddi yüz doxsan səkkiz manat əlli qəpik) əsas, 384.88 AZN (üç yüz səksən dörd manat səksən səkkiz qəpik) faiz, 447.16 AZN (dörd yüz qırx yeddi manat on altı qəpik) cərimə borcu olmaqla, cəmi borcu 5 630.54 AZN (beş min altı yüz otuz manat əlli dörd qəpik) təşkil edir. İşə əlavə edilmiş xx.xx.2023-cy il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə "xxxx" ASC-nin Xaçmaz filialı tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməsini dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərini hər bir təqsirli pozntusu hərəkət və hərəkətsizlik üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İK-049357/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 4798.50 AZN (dörd min yeddi yüz doxsan səkkiz manat əlli qəpik) əsas, 384.88 AZN (üç yüz səksən dörd manat səksən səkkiz qəpik) faiz, 447.16 AZN (dörd yüz qırx yeddi manat on altı qəpik) cərimə borcu olmaqla, cəmi borcu 5630.54 AZN (beş min altı yüz otuz manat əlli dörd qəpik)məbləğində borc və ödənilmiş 76.31 AZN (yetmiş altı manat otuz bir qəpik) məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "TuranBank Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdı̇ : İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İK-049357/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 4798,50 (dörd min yeddi yüz doxsan səkkiz manat əlli qəpik) manat əsas, 384,88 (üç yüz səksən dörd manat səksən səkkiz qəpik) manat faiz, 447,16 (dörd yüz qırx yeddi manat on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 5630,54 (beş min altı yüz otuz manat əlli dörd qəpik) manat məbləğində borc və ödənilmiş 76,31 (yetmiş altı manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(031)-914/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-914/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver