Məhkəmə qərarları › İş №e-2(031)-934/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-934/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-934/2023 12.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı "borc" tələbinə dair iddiası üzrə mülki iş üzrə"xxxx" Kommersiya Bankı ASC-nin ərizəsinə baxaraq, müəyyənetdim: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 586,01 AZN əsas məbləğ üzrə, 21,08 AZN faiz üzrə, 2,07 AZN cərimə, cəmi 609,16 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş baxılması üçün təyin edilmiş, iş üzrə iddiaçı "xxxx" Kommersiya Bankı ASCnin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı "borc" tələbinə mülki iş baxılması üçün Şabran Rayon Məhkəməsinin icraatındadır. Tərəflər arasındakı mübahisənin məhkəmə qaydasında həllinə zərurətin hələlik aradan qalxdığını nəzərə alaraq, həmin iş üzrə ərizəni və əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152., 263-264-cü maddələrin rəhbər tutaraq QƏRARA ALDİM : İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan on gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar