Məhkəmə qərarları › İş №e-2(031)-973/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-973/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-973/2023 21.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; Cavabdeh iştirakı ilə, İddiaçı "X1" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit borcu" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ : "xxxx" Kommersiya Bankı ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 5905,21 manat əsas məbləğ üzrə, 1357,48 manat faiz üzrə, 108,25 manat cərimə, cəmi 7370,94 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 94,11 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2022-ci il tarixində illik 28% olmaqla istehlak məqsədləri üçün 6200 manat nağd kredit (komissiya 191 manat, aylıq ödəniş hər ayın 16-ı 257 manat) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit № 9094nkSTB2b/22). Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası Hesabdan Çıxarışda əks olunmuşdur. Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən Müştəri“ kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Xahiş edir, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 5905,21 manat əsas məbləğ üzrə, 1357,48 manat faiz üzrə, 108,25 manat cərimə, cəmi 7370,94 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 94,11 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, "xxxx" Kommersiya Bankı ASC-nin məhkəmədə ona qarşı qaldırdığı iddia tələbini qəbul edir. O, bankdan 6200 manat məbləğində kredit götürmüşdür, lakin maddi imkanı olmadığı üçün kredit borcunu vaxtlı-vaxtında ödəyə bilməmişdir. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən və Hesabdan Çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2022-ci il tarixində illik 28% olmaqla istehlak məqsədləri üçün 6200 manat nağd kredit (komissiya 191 manat, aylıq ödəniş hər ayın 16-ı 257 manat) məbləği Cavabdeh ödəniş kartına köçürülmüşdür (Kredit № 9094nkSTB2b/22). Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası Hesabdan Çıxarışda əks olunmuşdur. İşə əlavə edilmiş 26 may 2023-cü il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh banka olan borcunun ödənilməsi barədə "xxxx" KB ASC tərəfindən xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş 12 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 9094nkSTB2b/22kredit müqaviləsi üzrə borcu aşağıdakı kimidir: 5905.21 manat əsas məbləğ üzrə, 1357.48 manat faiz üzrə, 108.25 manat cərimə, cəmi 7370.94 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "X1" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5905,21 (beş min doqquz yüz beş manat iyirmi bir qəpik) manat əsas məbləğ üzrə, 1357,48 (bir min üç yüz əlli yeddi manat qırx səkkiz qəpik) manat faiz üzrə, 108,25 (yüz səkkiz manat iyirmi beş qəpik) manat cərimə, cəmi 7370,94 (yeddi min üç yüz yetmiş manat doxsan dörd qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 94,11 (doxsan dörd manat on bir qəpik) məbləğində vəsait tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "X1" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5905,21 (beş min doqquz yüz beş manat iyirmi bir qəpik) manat əsas məbləğ üzrə, 1357,48 (bir min üç yüz əlli yeddi manat qırx səkkiz qəpik) manat faiz üzrə, 108,25 (yüz səkkiz manat iyirmi beş qəpik) manat cərimə, cəmi 7370,94 (yeddi min üç yüz yetmiş manat doxsan dörd qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 94,11 (doxsan dörd manat on bir qəpik) məbləğində vəsait tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar