Məhkəmə qərarları › İş №e-2(031)-985/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-985/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-985/2023 21.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasındabaxaraq MÜƏYYƏN ETDİ : İddiaçı ASC məhkəmədə iddia qaldıraraq TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1650/F-21 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 7708.34 manat (yeddi min yeddi yüz səkkiz manat otuz dörd qəpik) əsas, 839.74 manat (səkkiz yüz otuz doqquz manat yetmiş dörd qəpik) faiz, 3608.99 manat (üç min altı yüz səkkiz manat doxsan doqquz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 12157.07 AZN (on iki min yüz əlli yeddi manat yeddi qəpik) məbləğində borcun və tərəflərindən ödənilmiş 126,47 manat (yüz iyirmi altı manat qırx yeddi qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1650/F-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21,2 % olmaqla 36 ay müddətinə 14000 manat (on dörd min manat) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 7708.34 manat (yeddi min yeddi yüz səkkiz manat otuz dörd qəpik) əsas, 839.74 manat (səkkiz yüz otuz doqquz manat yetmiş dörd qəpik) faiz, 3608.99 manat (üç min altı yüz səkkiz manat doxsan doqquz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 12157.07 manat (on iki min yüz əlli yeddi manat yeddi qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Xahiş edir, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1650/F-21 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə TuranBank ASCyə 7708.34 manat (yeddi min yeddi yüz səkkiz manat otuz dörd qəpik) əsas, 839.74 manat (səkkiz yüz otuz doqquz manat yetmiş dörd qəpik) faiz, 3608.99 manat (üç min altı yüz səkkiz manat doxsan doqquz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 12157.07 manat (on iki min yüz əlli yeddi manat yeddi qəpik) məbləğində borcun və tərəflərindən ödənilmiş 126,47 manat (yüz iyirmi altı manat qırx yeddi qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılsın. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1650/F-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21,2 % olmaqla 36 ay müddətinə 14000 manat (on dörd min manat) məbləğində kredit verilmişdir. Onun maddi imkanı olmadığı üçün banka olan borcunu vaxtlı-vaxtında ödəyə bilməmişdir. İddianın təmin olunmasına etirazı yoxdur, lakin maddi imkanı olmadığı üçün cərimə borcunun azaldılmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1650/F-21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 21,2 % olmaqla 36 ay müddətinə 14000 manat (on dörd min manat) məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə İddiaçı ASC-nin Xaçmaz filialı tərəfindən xəbərdarlıq edilmişdir. Pretenziya məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-ə 7708.34 AZN əsas, 839.74 AZN faiz, 3608.99 AZN cərimə borcu olmaqla, cəmi 12157.07 AZN borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməsini dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərini hər bir təqsirli pozntusu hərəkət və hərəkətsizlik üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu öz üzərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin kreditor qarşısında borclu ilə birgə, eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitinən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1650/F-21 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 7708 (yeddi min yeddi yüz səkkiz) manat 34 (otuz dörd) qəpik əsas, 839 səkkiz yüz otuz doqquz) manat 74 (yetmiş dörd) qəpik faiz və 360 (üç yüz altmış) manat olmaqla, ümumilikdə 8 908 (səkkiz min doqquz yüz səkkiz) manat 08 (səkkiz) qəpik məbləğində borc və ödənilmiş 126 (yüz iyirmi altı) manat 47 (qırx yeddi) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 1650/F-21 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 7708 (yeddi min yeddi yüz səkkiz) manat 34 (otuz dörd) qəpik əsas, 839 səkkiz yüz otuz doqquz) manat 74 (yetmiş dörd) qəpik faiz və 360 (üç yüz altmış) manat olmaqla, ümumilikdə 8 908 (səkkiz min doqquz yüz səkkiz) manat 08 (səkkiz) qəpik məbləğində borc və ödənilmiş 126 (yüz iyirmi altı) manat 47 (qırx yeddi) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar