Məhkəmə qərarları › İş №e-2(032)-1031/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1031/2024

30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1031/2024 30.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma formasının və miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(032)-1198/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında hər ay sabit pul məbləğində 20 manat, iki uşağa görə 40 manat aliment tutulması hissəsində dəyişdirilərək artırılması, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və həm də hər ay sabit pul məbləğində (ümumilikdə 470 manat) alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2014-cü il tarixdən qeydiyyat orqanlarında nikahını qeyd etdirmədən ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə qurmuşlar. Onların birgə yaşadığı müddətdə xx.xx.2015-ci il tarixdə X4 və xx.xx.2016-cı il tarixdə X3 adlı iki övladı anadan olmuşdur. Uşaqların atalığı müəyyən edilməmişdir. Aralarında olan nikah münasibətləri pozulmuş 2019-cu ildən etibarən o övladları ilə birlikdə valideyinlərinin himayəsinə qayıtmışdır. Ayrıldığı vaxtdan valideynlərinin himayəsindədir. Bu müddət ərzində cavabdeh övladları ilə qətiyyən maraqlanmamış, maddi və mənəvi köməklik etməmişdir. Zərurətdən irəli gələrək Şirvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək uşaqların atalığı müəyyən edilməsi və onların saxlanması üçün aliment məbləğinin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmənin 25 sentyabr 2019-cu il tarixli 2-(032)-1198/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı atalıq faktının müəyyən edilməsi və aliment tələbi barədə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il tarixli X1 atalarının Cavabdeh olması faktı müəyyən edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il tarixli X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 22 iyul 2019-cu ildən hesablanmaqla xx.xx.1987-ci ildə Sabirabad rayonu Qaratuğay kəndində anadan olmuş və qeydiyyatda olan Cavabdeh qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və hər ay sabit pul məbləğində bir uşağa 20 manat, iki uşağa görə 40 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bu müddət ərzində cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmamış və uşaqların saxlanması üçün aliment məbləğindən əlavə heç bir zəruri maddi yardım göstərməmişdir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqlar da atalarına qarşı ehtiyac və tələbatları artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Dəfələrlə uşaqların ataları ilə ünsiyyətdə olmasına şərait yaradılması üçün cəhdləri uğursuz olmuşdur. Belə ki, bir neçə dəfə cavabdeh uşaqlara gəzməyə aparacaqlarına söz verməsinə baxmayaraq, vəd verdiyi vaxtda gəlməmiş, uşaqların ümidləri puç olmuşdur. Təyin edilmiş aliment miqdarı bu günki həyat şəraiti, uşaqların saxlanılması, qidalanması, geyim və ləvazimatlarının alınması və s. ilə uyğunlaşmır. Uşaqlara qulluq etməklə özü heç bir yerdə işləyə bilmir və başqa gəlir yeri yoxdur. Ona görə də uşaqların saxlanılmasında maddi çətinlik çəkir. Sonradan İddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək, Şirvan Şəhər Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(032)-1198/2019 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il rixli X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 22 iyul 2019-cu ildən hesablanmaqla Cavabdeh qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və hər ay sabit pul məbləğində bir uşağa 20 (iyirmi) manat, iki uşağa görə 40 (qırx) manat aliment tutulması hissəsində dəyişdirilərək artırılması, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il tarixli X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.1987-ci ildə Sabirabad rayonu Qaratuğay kəndində anadan olmuş və qeydiyyatda olan Cavabdeh hər ay hər birinə 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi, əlavə olaraq izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh 2014-cü ildə nikaha daxil olmuş və birgə nikahdan 2 (iki) uşaqları anadan olmuşdur. 2019-cu ildə məhkəmə qətnaməsi ilə atalıq müəyyən olunmuş, uşaqların ananın yanında saxlanması və aliment müəyyən olunmuşdur. Həmin dövrdən bəri cavabdeh uşaqları ilə maraqlanmamış və qeyd olunan aliment məbləğindən əlavə uşaqların saxlanılmasında heç bir zəruri maddi yardım göstərməmişdir. Uşaqların saxlanılması iddiaçının üzərinə düşür və bu səbəbdən də iddiaçı işləyə bilmir. Eyni zamanda iddiaçı valideyinlərinin himayəsində yaşayır. 2021-ci ildə bir dəfə alimentin artırılıması ilə bağlı məhkəməyə müraciət etmişlər, lakin iddia təmin olunmamışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, 2012ci ildən Daxili İşlər Nazirliyinin Şirvan şəhər Polis Şöbəsində işləyir. Hazırda Sabirabad rayonu Qaratuğay kəndində yaşayır. Hazıda maddi imkanı çox aşağıdır. İddiaçı tərəf vurğulayır ki, uşaqların digər zəruri xərclərində iştirak etmir, lakin dəfələrlə uşaqlara geyim almaq və başqa köməkliklər göstərməyə çalışmış, lakin iddiaçı tərəf qəbul etməmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatnı, vəkilin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan : Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-1198/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 atalarının Cavabdeh olması faktı müəyyən edilmiş, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında hər ay sabit pul məbləğində 20 manat, iki uşağa görə 40 manat aliment tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-986/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli ,2 (032)-1198/2019 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında hər ay sabit pul məbləğində 20 manat, iki uşağa görə 40 manat aliment tutulması hissəsində dəyişdirilərək artırılması, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və həm də hər ay sabit pul məbləğində (ümumilikdə 350 manat) alimentin tutulması barədə iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Bu arayış Mediasiya Şurası tərəfindən təyin edilmiş mediator X5 tərəfindən İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsinə uyğun olaraq verilmişdir. Şirvan şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdə Şirvan şəhərində anadan olmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. Şirvan şəhər qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. Cavabdeh etiraz ərizəsindən görünür ki, İddiaçı tərəfindən ona qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi tamamilə qanunsuz və əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. Halhazırda o, təxminən 300 manat civarında aliment ödəyir. Məhkəmə qətnaməsinə əsasən onun hər ay həm əmək haqqının 1/3 hissəsi, həm də hər uşağa hər ay 20 manat, ümumilikdə 40 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı bir neçə dəfə alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etsə də, iddia tələbi təmin edilməmişdir. Belə ki, o polis əməkdaşıdır, hər dəfə əmək haqqında əgər artım olursa bu da avtomatik olaraq alimentin artırılmasına səbəb olur. Bu səbəbdən də iddiaçının iddia ərizəsində qeyd etdikləri tamamilə əsassızdır. Hal-hazırda iddiaçı da işləyir və ailə qanunverciliyinə əsasən uşaqları saxlamaq hər iki valideynin borcudur. İddiaçı ünvanlı sosial yardım alır. İddiaçının iddia ərizəsi verməkdə məqsədi yalnız qərəzli xarakter daşıyır. Belə ki, o hər dəfə uşaqlarla ünsiyyət saxlamaq istəyərkən iddiaçı oxşar iddia tələbi ilə məhkəməyə müraciət edir. xx.xx.2023-xx.xx.2024-cü illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, X7 hesabına Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-1198/2019 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Cavabdeh tərəfindən 254 manat 98 qəpik məbləğində pul köçürülmüşdür. Sabirabad rayon İcra və Probasiya Şöbəsindən sorğu əsasında məhkəməyə daxil olmuş Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-1198/2019 saylı icra sənədi üzrə başlanmış 156774/2019 saylı icra işinə əlavə edilmiş məlumatdan görünür ki, icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədi üzrə alimentin tutulması Cavabdeh əmək haqqına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi ailə qanunvericiliyinin tələbinə görə aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, alimentin miqdarı sabit pul məbləğində müəyyən edilə bilər. Eyni zamanda sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini nəzərə alıb, hesab edir ki, bu hal iddiaçı X7 maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Ona görə də, məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-1198/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin qaydası və miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (360-255=105 manat, 105 x 12 = 1260 manat, 1260-1000=260; 260 x 1%= 2,6; 30+2,6=32,6), cavabdehdən 32 manat 60 qəpik dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq Qətetdi: İddia qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-1198/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulma qaydası və miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 (yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh dövlət rüsumu üçün 32 (otuz iki) manat 60 (altmış) qəpik məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar