Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1045/2023 15.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Sabirabad rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(056)1688/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş “aliment miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə anadan olmuş X8, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər biri üçün 220 manat olmaqla, cəmi 880 manat sabit pul məbləğində aliment məbləğinin alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı işə Şirvan şəhər Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddiaçı hal-hazırda Şirvan şəhərində uşaqları ilə birlikdə yaşadığından işə Şirvan şəhər Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə bildiriş Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə mobil telefon nömrəsinə SMS-lə çatdırılmış, lakin o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, işə ərazi aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsində baxılmalıdır . Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə sistemi”nin şəxsiyyəti təsdiq edən sənəd məlumatlarından görünür ki, Baxışlı X2 rayonu Güdəcühür ərazi dairəsi Axtaçı Muğan kəndində qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə sistemi”nin şəxsiyyəti təsdiq edən sənəd məlumatlarından görünür ki, Mirzəyev X6 rayonu Quruzma ərazi dairəsi Qaraqaşlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Sabirabad rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(056)1688/2018 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2012-ci il tarixdə anadan olmuş X8, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 80 manat cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin bu qaydada tutulması 02 oktyabr 2018-ci il tarixdən hesablanması, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 30 manat dövlət rüsumu alınıb dövlət nəfinə verilməsi qət edilmişdir. İş materiallarında olan 26 may 2023-cü il tarixli Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışından görünür ki, İddiaçı övladları xx.xx.2012-ci il tarixdə anadan olmuş X8, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5, xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 ilə ünvan 1-də müvəqqəti kirayə yaşayırlar. İş materiallarında olan 26 may 2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, kirayə verən X1 İddiaçı ünvan 1 kirayə verərək aylıq 200 manat kirayə haqqı alır. Kirayə müddəti 26 may 2026-cı il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İşin faktiki hallarından görünür ki, iş üzrə tərəflər Şirvan şəhərində qeydiyyatda deyildir, tərəflərin hər ikisi Sabirabad rayon inzibati ərazi vahidliyində qeydiyyatdadır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, İddiaçı yaşayış yerini təsdiq edən sənədə əsasən Sabirabad rayonu Güdəcühür ərazi dairəsi Axtaçı Muğan kəndində qeydiyyatda olmasına baxmayaraq ünvan 1 ünvanına dair 26 may 2023cü il tarixdə kirayə müqaviləsi bağlayaraq Şirvan şəhərində yaşamasını əsas gətirərək iddia ərizəsini Şirvan şəhər Məhkəməsinə vermişdir. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yeri onun şəxsiyyət vəsiqəsinə əsasən müəyyən edilir. Bundan başqa məhkəmə İddiaçı istinad etdiyi ünvan 1 ünvanına dair kirayə müqaviləsinə dair qeyd edir ki, sonuncu kirayə müqaviləsini iddia ərizəsi məhkəməyə daxil olduqdan (25 iyun 2023-cü il tarixdən) bir ay əvvəl bağlamış,onun uzun müddət və daimi həmin mənzildə yaşaması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı mərhələsində İddiaçı Sabirabad rayonu Güdəcühür ərazi dairəsi Axtaçı Muğan kəndində qeydiyyatda olması müəyyən edildiyindən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 44, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №e-2(032)-1045/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1045/2023
15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver