Məhkəmə qərarları › İş №e-2(032)-1080/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1080/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1080/2023 15.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 32180***-*******02L saylı əsas kredit razılaşmasına əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2032-ci il tarixədək 50000.00 AZN məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh həmin əsas kredit razılaşması çərçivəsində bankdan xx.xx.2024-cü il tarixədək qaytarmaq və illik 15.5 % ödəmək şərti ilə aldığı 5000.00 AZN krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 18-dək ayda 243.17 AZN ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3626 manat 0.44 qəpik əsas, 115 manat 36 qəpik faiz borcu, 3 manat 0.39 qəpik cərimə borcu olmaqla cəmi 3745 manat 0.16 qəpik borcun və iddianın verilməsi üçün ödənilmiş 57 manat 0.46 qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 32180***-*******02L saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə ayıq faiz məbləğini ödəməli idi. Lakin 32180***-*******02L saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixinə 3626.44 AZN əsas kredit borcu, 115.36 AZN kreditdən istifadəyə görə faiz borcu, 3.39 manat cərimə borcu olmaqla, cəmi 3745.16 AZN borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh qeydiyyatda olduğu ünvana iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırılmış, bildiriş rəsmi qaydada alındığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq işə baxmağa haqlı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli, 32180***-*******02L nömrəli əsas kredit limiti razılaşmasına görə İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2032-ci il tarixədək 50000.00 AZN məbləğində kredit limiti ayrılmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh 18 iyul 2022-ci il tarixli, 32180***-*******02 nömrəli krediti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 3626 manat 0.44 qəpik əsas borc, 115 manat 0.36 qəpik faiz borcu, 3 manat 39 qəpik cərimə borcu, cəmi 3745 manat 19 qəpik borcu vardır. Bankın cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən kredit müqaviləsinə uyğun ödəniş aparmadıqları üçün vaxtı keçmiş borcunun yaranmışdır. Əks təqdirdə İddiaçı ASC borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görəcəyi barədə məlumatlandırılmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətlərinin olmasına baxmayaraq cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, müqavilə ilə aldıqlarını iddiaçıya qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni 3626 manat 0.44 qəpik əsas borc, 115 manat 0.36 qəpik faiz borcu, 3 manat 39 qəpik cərimə borcu, cəmi 3745 manat 0.16 qəpik borcu İddiaçı ASC-nə verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 57 manat 0.46 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki,iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284- 6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 3626 (üç min altı yüz iyirmi altı) manat 44 (qırx dörd) qəpik əsas, 115 (bir yüz on beş) manat 0.36 (otuz altı) qəpik faiz, 3 (üç) manat 39 (otuz doqquz) qəpik cərimə, cəmi 3745 (üç min yeddi yüz qırx beş) manat 0.16 (on altı) qəpik pul, həmçinin dövlət rüsumu üçün ödənilmiş 57 (əlli yeddi) manat 0.46 (qırx altı) qəpik alınaraq İddiaçı ASC-nə verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar