Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-109/2024 28.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 511.32 (beş yüz on bir manat, 32 qəpik) manat əsas, 18.63 (on səkkiz manat, 63 qəpik) manat faiz və 0.45 (sıfır manat, 45 qəpik) manat cərimə borcu olmaqla 530.40 (beş yüz otuz manat, 40 qəpik) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM022000600 saylı restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 511.32 (beş yüz on bir manat, 32 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixli, LM022000600 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 530.40 (beş yüz otuz manat, 40 qəpik) manat təşkil edir. Bundan 511.32 (beş yüz on bir manat, 32 qəpik) manat əsas, 18.63 (on səkkiz manat, 63 qəpik) manat faiz və 0.45 (sıfır manat, 45 qəpik) manat cərimə borcu təşkil edir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbinə dair dəqiqləşdirmə barədə elektron ərizə göndərərək Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etsə də onun adına miras əmlak açılmadığından 511.32 (beş yüz on bir manat, 32 qəpik) manat əsas, 18.63 (on səkkiz manat, 63 qəpik) manat faiz və 0.45 (sıfır manat, 45 qəpik) manat cərimə borcu olmaqla 530.40 (beş yüz otuz manat, 40 qəpik) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun digər Cavabdeh1 tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək bildirdi ki, vəfat etmiş digər cavabdeh onun anasıdır. Onun anası Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM022000600 saylı restrukturizasiya müqaviləsinə əsasən sonuncuya 60 (altmış) ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 511.32 (beş yüz on bir manat, 32 qəpik) manat məbləğində kredit verilmişdir. O, kredit verilərkən xx.xx.2020-ci il tarixli, LM022000600 saylı zaminlik müqaviləsinə əsasən kredit borcunun vaxtında ödənilməsinə dair bank qarşısında borcalan anası Cavabdeh2 ilə birlikdə cavabdehlik daşımasına dair öhdəlik götürmüşdür. Anası Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, 511.32 (beş yüz on bir manat, 32 qəpik) manat əsas, 18.63 (on səkkiz manat, 63 qəpik) manat faiz və 0.45 (sıfır manat, 45 qəpik) manat cərimə olmaqla, cəmi borcu 530.40 (beş yüz otuz manat, 40 qəpik) manat məbləğində banka borcun olmasını qəbul edərək borcun ondan tutulmasına etiraz etmədiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, cavabdehin ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 0029/15 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X2 24 ay müddətinə qaytarmaq şərtilə 2100 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 0029/15 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 İddiaçı ASC ilə X3 arasında bağlanmış kredit müqaviləsi üzrə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, LM022000600 saylı restrukturizasiya müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 60 (altmış) ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 511.32 (beş yüz on bir manat, 32 qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, LM022000600 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM022000600 saylı restrukturizasiya müqaviləsi üzrə ləğv prosesində olan Zaminbank ASC qarşısında borcalan ilə eyni həcmdə öhdəlik daşıyır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə banka 511 manat 32 qəpik əsas, 18 manat 63 qəpik faiz, 0,40 manat cərimə, cəmi 530,40 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərə rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsinin arayışından və Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 adına Şirvan şəhər 1 saylı Notariat ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarında olan doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X1 atası X4, anası Cavabdeh2dır. İş materiallarında olan Cavabdeh1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixli, LM022000600 saylı restrukturizasiya müqaviləsinə əsasən 511.32 (beş yüz on bir manat, 32 qəpik) manat əsas, 18.63 (on səkkiz manat, 63 qəpik) manat faiz və 0.45 (sıfır manat, 45 qəpik) manat cərimə, cəmi 530.40 (beş yüz otuz manat, 40 qəpik) manat borcun ondan tutularaq İddiaçı ASC-yə ödənilməsinə etirazı yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə qaytarmaq şərtilə 2100 manat kredit verilmişdir. Həmçinin kreditin təminatı olaraq Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə üzrə zamin İddiaçı ASC ilə X3 arasında bağlanmış kredit müqaviləsi üzrə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıması ilə bağlı öhdəlik götürmüşdür. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, borclu Cavabdeh1 və zamin X3 arasında 9.02.2020-ci il tarixdə restrukturizasiya müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Həmçinin Cavabdeh2 adına Şirvan şəhər 1 saylı Notariat ofisində vərəsəlik işi açılmamışdır. Hazırda iddiaçı 511.32 (beş yüz on bir manat, 32 qəpik) manat əsas, 18.63 (on səkkiz manat, 63 qəpik) manat faiz və 0.45 (sıfır manat, 45 qəpik) manat cərimə borcu olmaqla 530.40 (beş yüz otuz manat, 40 qəpik) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun digər Cavabdeh1 tutulmasını xahiş edir. Mülki iş üzrə Cavabdeh1 isə xx.xx.2020-ci il tarixli, LM022000600 saylı restrukturizasiya müqaviləsinə əsasən 511.32 (beş yüz on bir manat, 32 qəpik) manat əsas, 18.63 (on səkkiz manat, 63 qəpik) manat faiz və 0.45 (sıfır manat, 45 qəpik) manat cərimə, cəmi 530.40 (beş yüz otuz manat, 40 qəpik) manat borcun ondan tutularaq İddiaçı ASC-yə ödənilməsinə etirazı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “... iqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlılığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.” Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh1 borclu Cavabdeh2 ilə birlikdə İddiaçı ASC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, İddiaçı ASC tələbini öz seçimi ilə zaminə qarşı və ya borcluya qarşı, yaxud onların hər ikisinə qarşı irəli sürmək hüququna malik olmuşdur. Hazırkı halda borclunun sıradan çıxması əsas öhdəliyin xitamına səbəb olmur, nə də ki, zaminliyə xitam verilməsi üçün əsas yaratmır. Belə ki, öhdəliklərə xitam verilməsi əsasları Mülki Məcəllənin 527-ci maddəsində, zaminliyə xitam verilməsi əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində qeyd edilmişdir. Bundan başqa iş üzrə zaminin əsas borclunun hüquqi varisi olduğu da məhkəmə iclasında müəyyən olunmuşdur. Ona görə də, məhkəmə İddiaçı ASC-nin yalnız Cavabdeh1 pulun alınması barədə tələbinin olmasını nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq işə baxmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 477.0.1, 477.0.2, 477.0.3, 477.0.4-cü maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zəminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi mülki qanunvericilikdə borclunun sıradan çıxması əsası ilə öhdəliyə xitam verilməsi və ya zaminliyə xitam verilməsi (əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində razılıq verməmişsə əsası istisna olmaqla) nəzərdə tutulmamışdır. Hazırki iş üzrə də xx.xx.2020-ci il tarixli, LM022000600 saylı restrukturizasiya müqaviləsi üzrə borclu Cavabdeh2 borcun qaytarılması öhdəliyinə xitam verilməmiş, nə də ki, əsas öhdəliyin və zaminliyə xitam verilməsinə qanuni əsaslar mövcud olmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə Cavabdeh1 iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını, habelə əsas öhdəliyin və zaminliyə xitam verilməsinə qanuni əsaslar mövcud olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 511.32 (beş yüz on bir manat, 32 qəpik) manat əsas, 18.63 (on səkkiz manat, 63 qəpik) manat faiz və 0.45 (sıfır manat, 45 qəpik) manat cərimə borcu olmaqla, cəmi 530.40 (beş yüz otuz manat, 40 qəpik) manat pul iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 511.32 (beş yüz on bir manat, 32 qəpik) manat əsas, 18.63 (on səkkiz manat, 63 qəpik) manat faiz borcu və 0.45 (sıfır manat, 45 qəpik) manat cərimə borcu olmaqla, cəmi 530.40 (beş yüz otuz manat, 40 qəpik) manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-109/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-109/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver