Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1149/2025 04.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər X2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada 208 manat 31 qəpik məbləğində sıöorta ödənişi, 1 manat xidmət haqqı və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 mülkiyyətində olmuş, Cavabdeh2 tərəfindən idarə etdilən və "xxxx" ASC-də (Ləğv prosesindədir (bundan sonra ASC)) “icbari sığorta” qaydasında sığortalanmış ** OL *** dövlət qeydiyyat nişanlı “Toyota Prius minik” markalı avtomobil və X3 idarə etdiyi, ** FT *** dövlət nömrə nişanlı "xxxx" markalıavtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cımaddələri ilə inzibatiməsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, ** OL *** dövlət qeydiyyat nişanlı “Toyota Prius minik” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt ** OL *** dövlət qeydiyyat nişanlı “Toyota Prius minik” markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. İddia ərizəsinə əlavə edilmiş “İcbari Sığorta Bürosu” nun informasiya sistemindən çıxarışdan göründüyü kimi, hadisə nəticəsində zərərçəkən ** FT *** dövlət nömrə nişanlı "xxxx" markalıavtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC -nin zərər aktından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində ** FT *** dövlət nömrə nişanlı "xxxx" markalı avtomobilə 170 (bir yüz yetmiş) manat məbləğində ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC -nin sığorta aktından və ödəniş tapşırığından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində ** FT *** dövlət nömrə nişanlı "xxxx" markalı avtomobilə dəymiş zərərlə bağlı 170 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən ** FT *** dövlət nömrə nişanlı "xxxx" markalı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün ASC-nin hesabından həmin avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari qaydada” sığortalamış "xxxx" ASC-nin xeyrinə 208 manat 31 qəpik məbləğində vəsait tutulmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, BS-S-25/0258 saylı pretenziya məktubundan müəyyən olunur ki, cavabdehlərə mübahisənin nizama salınması üçün ASC tərəfindən pretenziya məktubu göndərilmişdir. Lakin cavabdehlər tərəfindən iddiaçının hesabına heç bir ödəniş edilməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən Cavabdeh2 bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş Cavabdeh2 elektron kabinetinə yerləşdirilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən Cavabdeh1 bu barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində “Toyota Prius” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Kia Pride” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arasında yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh1 məxsus “Toyota Prius” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman Cavabdeh2 tərəfindən idarə olunmuş, lakin sürücü hadisə yerindən qaçmışdır. xx.xx.2024-cü il tarixli Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş TP ******* saylı qərarının surətindən görünür ki, Rzayev X5 Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən (001XOH**********) görünür ki "xxxx" ASC tərəfindən 170 manat sığorta ödənişi məbləği X4 ödənilmişdir. "xxxx" tərəfindən tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinə dair hesabata əsasən “Kia Pride” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 170 manat məbləğində ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli iştirakçının subriqasiya tələbinin reyestrə əsasən xx.xx.2025ci il tarixdə kollektiv sazişə uyğun olaraq ləğv prosesində olan "xxxx" ASC-dən "xxxx" ASC-ə 208 manat 31 qəpik ödənilməli məbləğ göstərilməlidir. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərə 208 manat 31 qəpik sığorta ödənişi məbləğini 5 gün ərzində ləğv prosesində olan "xxxx" ASC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Mədaxil qəbzinin (№**********) surətindən görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş TP ******* saylı qərarının surətindən görünür ki, Rzayev X5 Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Beləliklə işin tədqiq edilmiş sübutlarından və faktiki hallarından müəyyən olunur ki, ləğv prosesində olan "xxxx" ASC-i tərəfindən xx.xx.2024-cü il tarixində sığortalanmış "Toyota Prius” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 xx.xx.2024-cü il tarixdə idarə edərək yol hərəkəti qaydalarını pozması nəticəsində sığorta hadisəsi baş vermiş və "Kia Pride" markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Cavabdeh2 əməli törətməkdə Azərbaycan Respublikası İXM-in 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinərək cərimə olunmuşdur. Hadisə zamanı "Kia Pride" markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan sığortaçı "xxxx" ASC tərəfindən hesablanmış və 170 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixli iştirakçının subriqasiya tələbinin reyestrə əsasən xx.xx.2025-ci il tarixdə kollektiv sazişə uyğun olaraq "xxxx" ASC-dən "xxxx" ASC-ə 208 manat 31 qəpik ödənilməli məbləğ göstərilməlidir. Bununla da zərərvuran Cavabdeh2 qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, zərərvuran Cavabdeh2 törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini, yəni iddia tələbinin predmeti olan 208 manat 31 qəpik sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Bu isə o deməkdir ki, hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs Cavabdeh2dur. Buna baxmayaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC iddia tələbini həmçinin digər Cavabdeh1 qarşı da irəli sürmüşdür. Halbuki iş üzrə tədqiq edilmiş sübutlardan digər Cavabdeh1 Cavabdeh2 ilə nə birgə (solidar), nə də ki, əlavə (subsidiar) məsuliyyətinin olması müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərərvuran Cavabdeh2 üzərinə qoyulmalı, bununla da iddia ona qarşı irəli sürülmüş hissədə təmin edilməlidir. Digər Cavabdeh1 qarşı yönəldilmiş tələb məhkəmə hesab edir ki, təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 220.5-ci maddəsində əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh2 aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 208 (iki yüz səkkiz) manat 31 (otuz bir) qəpik sığorta ödənişi, 1 (bir) manat xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödəniləlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 208 (iki yüz səkkiz) manat 31 (otuz bir) qəpik sığorta ödənişi, 1 (bir) manat xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx"ASC-yə ödənilsin. Cavabdeh1 qarşı olan iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-1149/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1149/2025
04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver