Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1235/2023 17.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X15 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(032)257/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş “aliment miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 yanvar 2016-ci il tarixdə anadan olmuş X2 və 04 yanvar 2019-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər birinə 220 manat olmaqla, 440 manat sabit pul məbləğində aliment məbləğinin alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X11 ilə 03 10 2010-cu İl tarixində rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 14 yanvar 2016-cı il təvəllüdlü X3, 04 yanvar 2019-cu il təvəllüdlü X12 adlı övladları doğulmuşdur. Şirvan şəhər Məhkəməsinin 12 may 2020-cı İl tarixli, 2(032)257/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqlar onun himayəsində saxlanılması, birgə nikahdan 14 yanvar 2016-cı il təvəllüdlü X7 və 04 yanvar 2019-cu il təvəllüdlü X1 üçün Cavabdehdan hər uşağa hər ay 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edillərkən övladımın yaşı az olduğundan həmin vaxt onların geyimə, yeməyə olan tələbatı da halhazırkı tələbatından olduqca aşağı olmuşdur. Çünki uşaqlar böyüdükcə onun geyməyə, yeməyə və qayğıya olan təlabatı da artmışdır. Bu hal uşaqların maddi təminatının artırılmasını zəruri edir. Hər iki övladının səhhətində problemlər vardır. O heç bir yerdə işləmir, əlavə qazancı yoxdur. Belə bir vəziyyətdə cavabdeh uşağın saxlanılması və əlavə xərclərlə bağlı heç bir maddi yardım göstərmir. Belə olan halda uşağın saxlanılmasını təkbaşına həyata keçirən ana olaraq onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaq və digər ehtiyaclarını ödəməkdə ciddi çətinliklə üzləşir. Cavabdehin bu günki gün maddi durumu normal vəziyyətdədir. Bu səbəbdən də onun maddi durumu uşağın saxlanılması üçün hər uşağa 220 manat ahment ödəməyə imkan verir. O aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müracrət etmək məchburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, etiraz ərizəsi göndərmişdir. Etiraz ərizəsinə görə iddia tələbini qəbul etmir, belə ki, X10 ilə 10 sentyabr 2020-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Maddi çətinliyi olduğundan İddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşalarına çatanadək saxlanmaları üçün hər ay müəyyən edilmiş aliment məbləğinin ödənilməsi və hazırki ailəmin saxlanması üçün xx.xx.2022-ci il tarixdə 15000 manat və xx.xx.2022-ci il tarixdə 4000 manat məbləğində kredit götürmüşdür. Əlavə olaraq hazırda “Kapital Bank"ASC-də çalışmaqla 940 manat əmək haqqı alır. Göründüyü kimi gəlirlərində heç bir artım olmamış, əksinə xərclərin qarşılanması üçün müəyyən borcları yaranmışdır. Onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, cavabdehin etiraz ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 14 yanvar 2016-ci il tarixdə anadan olmuş X2 və 04 yanvar 2019-cu il tarixdə anadan olmuş X6 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)- 257/2020 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh İddiaçı ilə Şirvan şəhər Qeydiyyat şöbəsində 03 oktyabr 2012-ci il tarixdə 500 № ilə qeyd edilmiş nikahı pozulması, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, birgə nikahdan 14 yanvar 2016-ci il tarixdə anadan olmuş X2 və 04 yanvar 2019-cu il tarixdə anadan olmuş X6 cavabdeh İddiaçı yanında qalmaları müəyyən edilməsi, iddiaçı Cavabdeh 08 yanvar 2020-cu il tarixdən başlayaraq 14 yanvar 2016-ci il tarixdə anadan olmuş X2 və 04 yanvar 2019-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 170 manat,cəmi 340 manat sabit pul məbləğində alimentin alınaraq cavabdeh İddiaçı verilməsi, qalan hissədə qarşılıqlı iddia ərizəsi təmin edilməməsi, alimentin müvəqqəti tutulmasına dair Şirvan şəhər Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qərardadının ləğv edilməsi, alimentin tutulması hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə əsasən araış verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah xx.xx.2020-ci ildə Şirvan şəhər qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 200 № ilə qeyd edilmişdir. İş materiallarında olan vətəndaşın iş yeri haqqında elektron arayışın surətindən görünür ki, Cavabdeh "xxxx"ASC-də aparıcı mütəxəssis vəzifəsində işləyir, aylıq əmək haqqı 1100 manatdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx"ASC-dən 4000 manat məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini İddiaçı maddi vəziyyətində, Cavabdeh isə ikinci dəfə ailə qurması ailə vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(032)257/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 14 yanvar 2016-ci il tarixdə anadan olmuş X2 və 04 yanvar 2019-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər birinə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(032)257/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh 14 yanvar 2016-ci il tarixdə anadan olmuş X2 və 04 yanvar 2019-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 200 manat olmaqla, 400 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 68 manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №e-2(032)-1235/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1235/2023
17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver