Məhkəmə qərarları › İş №e-2(032)-1236/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1236/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1236/2023 22.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 658,35 manat əsas, 45,46 manat faiz borcu, 4,06 manat cərimə borcu olmaqla, cəmi 707,87 manat və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" lizinq şirkəti MMC ilə borclu X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli FC14-0001501 saylı daxili lizinq müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 1055 manat məbləğində kredit verilmişdir. "xxxx" KB ASC ilə "xxxx" lizinq şirkəti MMC arasında bağlanan “Faktorinq Müqaviləsi”nə əsasən "xxxx" MMC lizinq müqavilələrindən irəli gələn pul tələbini “Faktor”a ("xxxx" KB ASC-yə) güzəşt etmiş və bu barədə "xxxx" lizinq şirkəti MMC tərəfindən "xxxx" KB ASC-yə “Tələb hüququnun keçməsi barədə” arayış verilmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" KB ASC-yə keçməsi barədə lizinq alana müvafiq bildiriş göndərilmişdir. Tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 2.1-ci maddəsinə görə bu müqaviləyə görə lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürüblər. Lakin borclu müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Borcalan xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Şirvan Şəhər 1 Saylı Notariat Ofisinin məlumatına əsasən cavabdehlər Cavabdeh və X2 mərhumun vərəsələri olduğu müəyyən edilmişdir. Bu isə cavabdehlərin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Daha sonra "xxxx" KB ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən iddiaçınınn xeyrinə 658,35 manat əsas, 45,46 manat faiz, 4,06 manat cərimə, cəmi 707,87 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X10 arasında xx.xx.2014-cü il tarixli, 14-0001501 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1055 manat Toshiba markalı soyuducu X9 nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 14-0001501 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, cavabdeh X10 24 ay müddətinə ayda 58 manat olmaqla (sonuncu ay 55,78 manat olmaqla), cəmi 1389,78 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli tələb hüququnun keçməsi haqqında arayışdan görünür ki, "xxxx" MMC ilə "xxxx" KB ASC arasında imzalanmış (Faktorinq Müqaviləsinə) Tələbin güzəşt edilməsi haqqında Müqaviləyə əsasən aşağıda qeyd edilən haqqlar (vəsait) "xxxx" KB ASC tərəfindən "xxxx" MMC-yə tam olaraq ödənildiyi üçün bu arayışda qeyd edilmiş lizinq müqaviləsi üzrə tələb hüquqları tam olaraq "xxxx" MMC tərəfindən "xxxx" KB ASC-yə keçmişdir. Tələb hüququ keçdiyi ana "xxxx" KB ASC tərəfindən ödənilmiş məbləğ 955,50 manat təşkil edir. Tələb hüququ tam keçdiyi üçün "xxxx" KB ASC qeyd edilən lizinq müqaviləsi üzrə bütün hüquqlara (əsas borcu, faiz borcunu, mükafatı, dəbbə pulunu (cərimə, penya) və s. tələb etmək) malik olmaqla borcludan öhdəliyin icrasını tam tələb edə bilər. İş materiallarında olan maliyyə arayışından görünür ki, X7 xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 658,35 manat əsas, 45,46 manat faiz borcu, 4,06 manat cərimə borcu olmaqla, cəmi 707,87 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC Cavabdeh, X8 və X3 borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun 5 iş günü müddətində ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 08 iyun 2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şirvan şəhər 2 Saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2016-cl il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X1 Qiyas Səfər oğlunun qanun üzrə vərəsələridir. İş materiallarında olan xx.xx.2014 -cü il tarixli FC14-0001501 saylı daxili lizinq müqaviləsindən görünür ki, X9 24 ay müddətinə, illik 28 % ödəmək şərtilə 1055 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respubliasının Mülki Məcəlləsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. Faktorinq müqaviləsi yazılı formada bağlanır. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər (maddə 655). Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun (maddə 657.4). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab edilir (maddə 445.2.1) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə X10 arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Həmçinin məhkəmə müəyyən etdi ki, "xxxx" KB ASC ilə "xxxx" MMC arasında Faktorinq müqaviləsi bağlanmışdır və tələb hüququ "xxxx" KB ASC-yə keçmişdir. Eyni zamanda məhkəmə müəyyən etdi ki, X11 xx.xx.2015-ci ildə ölmüşdür və onun vərəsələri Cavabdeh və X4r. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, müqaviləyə əsasən, 658,35 manat əsas borc, 45,46 manat faiz borcu, 4,06 manat cərimə borcu cavabdehdən tutulması tələbinə dair iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmçinin iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ödənilməmiş 658,35 manat əsas, 45,46 manat faiz, 4,06 manat cərimə borcu, cəmi 707,87 manat məbləğində borc və ödənilmiş 30,40 manat dövlət rüsumu, ümumilikdə 738,27 (yeddi yüz otuz səkkiz manat iyirmi yeddi qəpik) manat tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar