Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1257/2023 28.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı ASC “Xalq” Bankı-nın Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC “Xalq” Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, VC-18421/1 saylı kredit xətti müqaviləsinə əsasən 182,15 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ASC “Xalq” Bankı-na ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ASC “Xalq” Bankı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2019-cu il tarixli VC- 18421/1 nömrəli kredit xətti müqaviləsi (əmək haqqı kartı vasitəsilə) bağlanaraq cavabdehə 12 (on iki) ay müddətinə, illik 18 % (on səkkiz faiz) ödənilməsi şərtilə, 740 (yeddi yüz qırx) manat məbləğində kredit verilmişdir. Cavabdeh Kredit xətti müqaviləsinin 2.9-cu bəndinə əsasən kredit xətti üzrə mövcud olan əsas borcu 1.1-ci bəndlə müəyyənləşdirilmiş 12 aylıq müddətin sonuncu günündən gec olmayaraq tam olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kredit xəttinin verilməsi müddətinin bitdiyi tarixə, yəni xx.xx.2020-ci il tarixinə kredit xətti üzrə əsas borc məbləğini tam şəkildə banka qaytarmamışdır. Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək olan dövr ərzində borc alan tərəfindən ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində ödəniş həyata keçirilmişdir ki, bunun da 150 (bir yüz əlli) manat məbləğində hissəsi vaxtı keçmiş əsas borc məbləğinin bir hissəsinin qaytarılmasına, 30 (otuz) manat məbləğində hissəsi isə hesablanmış adi faizlər üzrə borc məbləğinin tam şəkildə ödənilməsinə yönəldilmişdir. Bundan sonra borc alanın kreditor qarşısında gecikdirilmiş ümumi borcu 182,15 (bir yüz səksən iki manat 15 qəpik) manat təşkil etmişdir ki, bunun da hamısı vaxtı keçmiş əsas borc məbləğindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf “köçüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli VC-18421/1 nömrəli kredit xətti müqaviləsindən görünür ki, həmin müqavilə “ASC “Xalq” Bankı ilə Cavabdeh arasında cavabdehə 12 (on iki) ay müddətinə, illik 18 % (on səkkiz faiz) ödənilməsi şərtilə, 740 (yeddi yüz qırx) manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli VC-18421/1 nömrəli kredit xətti müqaviləsinə əsasən 182,15 manat əsas borcu vardır. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, “ASC “Xalq” Bankı borclu Cavabdeh borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. İş materialları ilə müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda cavabdeh də hazırki iddia ilə bağlı hər hansı etiraz verməməklə iddia tələbini təkzib edəcək hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhəkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli VC-18421/1 nömrəli kredit xətti müqaviləsinə əsasən 182,15 (bir yüz səksən iki manat on beş qəpik) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “ASC “Xalq” Bankı-na ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1257/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1257/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver