Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-133/2025 27.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Ruas oğluna qarşı “subroqasiya qaydasında pul” tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ruas oğlundan 2100 manat məbləğində əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 41 manat məbləğində vəsaitin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində saat 14:30 radələrində Bakı şəhəri, R.Rüstəmov küçəsi ərazisində Cavabdeh idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Sonic” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlıavtomobil ilə toqquşmuş, nəticədə sonunculara maddi zərər vurmuşdur. DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP4568572 saylı qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 2707№-li Qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz” markalı, **-NJ-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 750,00 (yeddi yüzəlli) manat təşkil edir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 0910-01/21№-li Qüsur aktında göstərilmişdir ki,“Chevrolet Sonic” markalı, **-XZ-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1350,00 (bir min üç yüzəlli) manat təşkil edir. Hadisə ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA93484 və PXA93484 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 2100,00 (iki min yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" ASC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, "xxxx" ASCnin nümayəndəsi Nümayəndə ərizə yazaraq iddianı müdafiə edib, məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Ruas oğluna lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, sığorta növü Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sığortaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ( Vöen ; **********), sığorta vasitəçisi "xxxx" MMC-i, sığortalı X2, avtonəqliyyat vasitəsi “Opel Astra ” **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil. PAT********** saylı şəhadətnamə xx.xx.2022-ci il tarixdə qüvvəyə minir, xx.xx.2023-cü il tarixdə qüvvədən düşür. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 14:30 radələrində, Bakı şəhərində “Mercedes Benz ” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Chevrolet Sonic” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər arasında yol nəqliyyat hadisəsi baş vermişdir. X3 məxsus “Mercedes Benz ” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman Cavabdeh tərəfindən idarə olunduğu müəyyən olunmuşdur. “Mercedes Benz ” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən Cavabdeh xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri BPİ-nin DYPİ-nə vermiş olduğu izahatından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 14.30-daidarə etdiyi “Mercedes Benz ” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ramiz Qurbanov küçəsi ilə gəlib R.rüstəmov küçəsi ilə kəsişməsində sağdan gələn “Chevrolet Sonic” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərbədən sonra qarşısında olan “Mercedes Benz” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan dəymişdir. Hadisədə bədən xəsarəti alan olmayıb. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin PXA93485 saylı sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz ” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobilin “Chevrolet Sonic” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşması nəticəsində “Mercedes benz ” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən 1350 manat məbləğində zərər dəymişdir. Eyni zamanda sığorta aktına əsasən, “Mercedes benz ” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari qaydada sığortalı olması görünür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin PXA93484 saylı sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz ” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobilin “Chevrolet Sonic” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşması nəticəsində “Mercedes benz ” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən 750 manat məbləğində zərər dəymişdir. Eyni zamanda sığorta aktına əsasən, “Mercedes benz ” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari qaydada sığortalı olması görünür. İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) inzibati xətanı törətməyə görə barəsində 40 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xx/xx-1560 saylı pretenziya məktubundan görünür ki, ona, “Mercedes Benz” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Sonic” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonunculara maddi zərər vurmuşdur. Dəymiş zərərə görə 2100 manat sığorta ödənişi məbləğini 7 (yeddi) iş gün ərzində "xxxx" ASC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növü ilə sığortalanmış X1 mülkiyyətində olan və Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə saat 14.30-da Bakı şəhəri R.Rüstəmov küçəsində X5 mülkiyyətində olan və X7 idarə etdiyi “Chevrolet Sonic” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə və X6 mülkiyyətində olan və X4 idarə etdiyi “Mercedes Benz” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin nəqliyyat vasitələrinə zərər vurmuş, bundan sonra Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarına əsasən Cavabdeh İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuş, nəticədə dəymiş ziyanın 1350 manat və 750 manat olmaqla, ümumi məbləği 2100 manat müəyyən edilərək "xxxx" ASC tərəfindən müvafiq qaydada zərərçəkmiş şəxslər ödənilmişdir. Daha sonra "xxxx" ASC tərəfindən 2100 manat məbləğində dəymiş ziyan cavabdehdən tələb edilsə də, qeyd edilən məbləğ Cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də, "xxxx" ASC Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsi icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edir. İddiaçı həmin normada sadalanan əsaslardan birinin konkret hazırkı hala uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas - hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququ olmaması halıdır. Həmin normada deyilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (25.1.3-cü maddə). Cavabdehin avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də, sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Nəzərə alınmalıdır ki, sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə tamamilə fərqli anlayışlarıdır. Belə ki, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də, etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də, İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilmişdir. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin yaxud digər qanuni sahibin avtomobildə olubolmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni mülki hüquqa görə avtomobil əşyadır. Bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər və buna dair qanunvericilikdə qadağanedici norma yoxdur. Hazırkı işdə də qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə cavabdeh tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Məhkəmə hesab edir ki, sığorta şirkətinin hazırkı halda avtomaşını idarə edən şəxsdən və avtomobilin mülkiyyətçisindən ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. MPM-in 76.1-ci və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, prosessual hüquq norması sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir . Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh Ruas oğluna qarşı 2100 (iki min yüz) manat məbləğində əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 41 (qırx bir) manat məbləğində vəsaitin tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-133/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-133/2025
27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver