Məhkəmə qərarları › İş №e-2(032)-1341/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1341/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1341/2023 30.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı «Rabitəbank” ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5889 manat 56 qəpik əsas borc, 147 manat 56 qəpik faiz borcu, 101 manat 26 qəpik faiz borcu cəmi 6138 manat 38 qəpik borc və iş üzrə ödənilmiş 81 manat 39 qəpik dövlət rüsumunun tutularaq «Rabitəbank” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı «Rabitəbank” ASC ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli, SVNPU-04844 saylı kredit müqaviləsinə əsasən illik 14 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 8500 manat məbləğində ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi iddiaçı «Rabitəbank” ASC-nin hüquqi ünvanına göndərilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin qeyd hissəsində işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh çatdırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan «Rabitəbank” ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli, SVNPU-04844 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 8500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 aprel 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 8500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh 27 aprel 2022-ci il tarixli, SVNPU-04844 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 14 faiz dərəcəsi ilə ödəniş etməlidir. İş materiallarında olan pretenziya məktubuna əsasən cavabdehə borcun ödənilməsi təklif edilsədə, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İş materiallarında olan arayışından görünür ki, Cavabdehnun xx.xx.2023-cü il tarixə kredit üzrə 5889 manat 56 qəpik əsas borc, 147 manat 56 qəpik faiz borcu, 101 manat 26 qəpik faiz borcu cəmi 6138 manat 38 qəpik təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı «Rabitəbank” ASC ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli, SVNPU-04844 saylı kredit müqaviləsinə əsasən illik 14 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 8500 manat məbləğində ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «Rabitəbank” ASC-i ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh kredit müqaviləsi ilə aldıqlarını iddiaçı «Rabitəbank” ASC-nə qaytarmalıdır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 27 aprel 2022-ci il tarixli, SVNPU-04844 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 5889 manat 56 qəpik əsas borc, 147 manat 56 qəpik faiz borcu, 101 manat 26 qəpik faiz borcu cəmi 6138 manat 38 qəpik borc tutulmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarında olan qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 81 manat 39 qəpik məbləğində pul iddiaçı «Rabitəbank” ASC-i tərəfindən ödənilmişdir. Bu hissədə toplanmış sənədlərdən müəyyən olunur ki, məhkəmə xərcləri 81 manat 39 qəpik məbləğində ödənilmiş dövlət rüsumundan ibarətdir Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 81 manat 39 qəpik məbləğində pul Cavabdeh alınaraq iddiaçı «Rabitəbank” ASC-nə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5889 manat 56 qəpik əsas borc, 147 manat 56 qəpik faiz borcu, 101 manat 26 qəpik faiz borcu cəmi 6138 manat 38 qəpik məbləğində pul alınıb iddiaçı «Rabitəbank” ASC-nə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 81 manat 39 qəpik məbləğində pul alınaraq iddiaçı «Rabitəbank” ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar