Məhkəmə qərarları › İş №e-2(032)-1373/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1373/2024

09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1373/2024 09.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə , İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pulun alınıb verilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh tanışı Şahid vasitəsi ilə tanımışdır. Cavabdeh 2021-ci ilin yay aylarında ona müraciət edərək avtomobil almaq istədiyini və pulunun çatmadığı üçün borc pul lazım olduğunu bildirmişdir. İlk əvvəl pulunun olmamasını bildirdikdən sonra Elçinə inanıb 2500 (iki min beş yüz) manat pulu qısa müddətdə qaytaracağı şərti ilə vermişdir. Cavabdeh yaşadığı yerin yaxınlığında duran Şirvan şəhərində 3 nömrəli marşrut xətti ilə sürücü kimi çalışdığından dəfələrlə ünsiyyətdə olduğundan etibarını qazanmışdır. Bir neçə müddət sonra cavabdeh ona müraciət edərək atasının doğum günü keçirilməsi məqsədi ilə 1000 (bir min) mamant pulu borc şəklində ondan istəmişdir. Cavabdehin onu inandırması nəticəsində o daha 1000 manat pulu ona borc şəklində vermişdir. Bir neçə dəfə Elçin ona borclu olduğu pulları ödəyəcəyi barədə vədlər vermişdir. Bunlardan əlavə Cavabdeh həyat yoldaşının səhhəti ilə əlaqədar müalicəsinə 500 manat pulunun çatmadığını çətin vəziyyətə düşdüyünü bildirməklə ondan əlavə olaraq 500 manat borc pul almışdır. Cavabdeh borclu olduğu 4000 manat məbləğdən cəmi 200 manat pulu ödəmişdir. Hazırda cavabdehin ona 3800 manat borcu qalmışdır. Bu borcu dəfələrlə ondan geri istəsə də o, müxtəlif bəhanələr gətirərək, həmin pulu geri qaytarmaqdan yayınmışdır. Ona görə də, o, aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir . Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Cavabdeh yaşadığı yerin yaxınlığında duran Şirvan şəhərində 3 nömrəli marşrut xətti ilə sürücü kimi çalışdığından dəfələrlə ünsiyyətdə olduğundan etibarını qazanmışdır. Bir neçə müddət sonra cavabdeh ona müraciət edərək atasının doğum günü keçirilməsi məqsədi ilə 1000 (bir min) manat pulu borc şəklində ondan istəmişdir. Cavabdehin onu inandırması nəticəsində o daha 1000 manat pulu ona borc şəklində vermişdir. Bir neçə dəfə Elçin ona borclu olduğu pulları ödəyəcəyi barədə vədlər vermişdir. Bunlardan əlavə Cavabdeh həyat yoldaşının səhhəti ilə əlaqədar müalicəsinə 500 manat pulunun çatmadığını çətin vəziyyətə düşdüyünü bildirməklə ondan əlavə olaraq 500 manat borc pul almışdır. Cavabdeh borclu olduğu 4000 manat məbləğdən cəmi 200 manat pulu ödəmişdir. Hazırda cavabdehin ona 3800 manat borcu qalmışdır. İddianın əsaslı olmasını nəzərə alıb təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, o iddiaçıdan hissə-hissə olmaqla, ümumilikdə 2500 manat faizə pul almışdır. Həmin borcdan 400 manatını qaytarmış, lakin iddiaçı həmin borcun 200 manat faizə, qalan yarısını isə əsas borca çıxmışdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh çatdırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid bildirdi ki, İddiaçı cavabdehi ona görə tanımışdır. Cavabdeh pul lazım olmuş, onun vasitəsi ilə ilkin olaraq 2500 manat, sonradan isə 1000 manat pul vermişdir. Bundan başqa onların arasında baş verənlər barəsində məlumatı yoxdur. Məhkəmə iddiaçının, onun nümayəndəsinin izahatlarını, şahidin ifadəsini, vəkilin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə bir qənaətə gəlir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-in 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-in 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında 3800 manat məbləğində borcun verilməsinə dair yazılı formada müqavilənin bağlanması müəyyən edilmədiyindən İddiaçı 3800 manat məbləğində borcun verilməsinə dair istinad etdiyi halı sübut edə bilməmişdir . Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş şahidin ifadəsini tədqiq edərək lazımi hüquqi qiymət verərək qeyd edir ki, şahid cavabdehin məhz mübahisə edilən məbləğdə pul vəsaitinin iddiaçıya borclu olması barədə dəqiq və dolğun məlumatlar vermədiyindən, habelə verdiyi informasiya digər mötəbər sübutlarla təsdiq edilmədiyindən onun məhkəmə üçün sübutetmə qüvvəsi yoxdur. İş materiallarında olan Şirvan şəhər Polis Şöbəsində Cavabdeh yazılı izahatından görünür ki, 2021-ci ilin ortalarında faizlə pul verən şəxs olaraq tanıdığı Sevinc adlı qadından ümumilikdə 2500 manat pulu faizlə birlikdə borc almışdır. Həmin vaxtdan indiyədək ümumulikdə borcu olan şəxsə 400 manat pul ödəmişdir. Hal-hazırda bir sıra maddi sıxıntıları, işsizliyi və ailə vəziyyəti ilə əlaqədar olaraq borcu qaldığı 2100 manat pulu gündəlik 5 manat pul verməklə ödəməyinə söz vermişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ona 3800 manat məbləğində pulun borclu olmasını təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən və bununla da istinad etdiyi halı sübut edə bilmədiyindən, iddia cavabdeh tərəfindən etiraf olunmuş hissədə təmin olunmalıdır. Belə ki, Cavabdeh ilə İddiaçı arasında 2500 manat borcun olması Şirvan şəhər polis şöbəsində cavabdehin yazılı izahatı ilə təsdiq olunmuşdur. Lakin Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında həmin borcun faizlə götürməsini və 400 manat pulun, yəni borcun qismən iddiaçıya qaytarmasını bildirsə də məhkəməyə bu barədə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə borcun qaytarılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alıb, hesab edir ki, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 58 (əlli səkkiz) manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki , iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinin 66 faizi cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2500 ( iki min beş yüz ) manat məbləğində pul alınaraq İddiaçı verilsin . Cavabdeh ödənilmiş dövlət rüsumu kimi ödənilmiş 58 (əlli səkkiz) manat pulun 66 faizi - 38 (otuz səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar