Məhkəmə qərarları › İş №e-2(032)-1393/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1393/2025

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1393/2025 16.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı QSC cavabdehlər Cavabdeh1 Abduləli qızına və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 10837 manat 65 qəpik məbləğində kredit borcu, 1841 manat 16 qəpik məbləğində faiz borcu və 273 manat 12 qəpik məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12951 manat 93 qəpik məbləğində borcun və ödənilmiş 128.86 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi X11 şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X7 aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 19400 (on doqquz min dörd yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 8562.35 manat ödəniş etmiş və onun iddiaçıya 10837.65 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 385 gün üçün hesablanmış faiz borcu 1841.16 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 385 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 273.12 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınmış arayışdan cavabde X3 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı, Bakı şəhəri 8 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 516 saylı cavab məktubu ilə vərəsəlik işinin açıldığı və xx.xx.2024-cü il tarixdə 2V-243 reyestr nömrə ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi məlum olmuşdur. Nəticədə Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsələr olmaqla yanaşı, həmçinin miras əmlaklarını qəbuletdiklərindən onlar X3 həm də faktiki vərəsələri hesab edilir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairə tərəfindən verilən xx.xx.2025-ci il tarixli 521-3-30/2-13006/**********713006 saylıcavab məktubundan məlum olur ki X3 adına hazırda qeydiyyatdan keçmiş və mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massiv ev 63H və evin yerləşdiyi 0,0122 ha torpaq sahəsi mövcuddur. HəmçininAR DİN BDYPİ tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 3-13-16/2- 46631/2025 saylı məktubdan X3 adında nəqliyyat vasitəsinin olmadığı məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin iddiaçının nümayəndəsi X10 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 Abduləli qızı iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, mərhum oğlu Qüdrət tərəfindən ödənişlər edilib, hazırda tələb edilən borc məbləğindən faiz borcu ilə razı deyil, məbləğ çoxdur və onu ödəmək imkanları da yoxdur. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, tələb edilən faiz borcu ilə razı deyil. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə işdə olan sənədləri hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2019-cu il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlərdən görünür ki, müqavilənin predmetini müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya overdraft), ödəniş kartlarının verilməsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər təşkil edir. “Bank Xidmətlərinin Göstərilməsi X11 Şərtləri”nin 5.9-cu maddəsinə əsasən Overdraft və ya Chargeback nəticəsində borc yarandıqda Bank Müştəriyə bu barədə məlumat verir və Müştəri həmin borcun 3 (üç) iş günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir. “Bank Xidmətlərinin Göstərilməsi X11 Şərtləri”nin 5.10-cu maddəsinə əsasən Overdraft və ya Chargeback nəticəsində yaranmış borc Ümumi Şərtlərin 5.9-cu bəndində nəzərdə tutulmuş müddətdə Banka qaytarılmadıqda, yaranmış borc üzrə Bank Müştəriyə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə faizlər hesablaya bilər. Bu halda Müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən geci 30 (otuz) təqvim günü ərzində banka ödəməlidir. Faizlərin hesablanması borc tam ödənilən günə qədər davam edir. “Bank Xidmətlərinin Göstərilməsi X11 Şərtləri”nin 7.6-cı maddəsinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bur Şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. X8 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılıq ərizəsindən görünür ki, X1 internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığı öz imzası ilə təsdiq etmişdir. Bankdan kredit liminitinin ayrılmasını və həmin kredit limitləri üzrə kreditin verilməsini xahiş etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 1496 № ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 8 saylı notariat ofisinin Xüsusi notariusu X6 şəhadətnamədə miras əmlakın – xx.xx.2024-cü il tarixdə vəfat etmiş – X4 vərəsələri : ünvan 1 ünvanda qeydiyyatda olan atası Cavabdeh2 və anası Cavabdeh1 və onların hər biri miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azneft İB N.Nərimanov adına NQÇİ-nin xx.xx.2024-cü il tarixli 14-2-1-4/2-283/2024 nömrəli məktubuna əsasən mərhum X3 vərəsələrinə ödənilməli olan (son haqq-hesab və maddi yardım) 12959.14 manat pul vəsaitindən ibarətdir. Qeyd : 3/5 hissə pay açıq saxlanılmışdır. xx.xx.2022-ci il tarixli ərizənin (müştəri kodu **********) surətindən görünür ki, cavabdeh X3 "xxxx" QSC-yə təqdim etdiyi ərizəyə əsasən 20 faiz dərəcəsi olmaqla 48 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 19400 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2022-ci il tarixli 027A********** saylı kredit razılaşmasına əsasən xx.xx.2025-ci il tarixə 10837 manat 65 qəpik məbləğində əsas borcu, 1841 manat 16 qəpik məbləğində faiz borcu, cərimə borcu 273 manat 12 qəpik, cərimə hesablanmış gecikdirilən günlərin sayı 385 gün, cəmi borc 12951 manat 93 qəpik məbləğində borcu vardır. "xxxx" QSC-nin X5 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdalığın surətindən müəyyən olunur ki, cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən 12951,93 manat məbləğin (10837,65 manat təşkil edən əsas məbləğ, 1841,16 manat faiz məbləği və 273,12 manat cərimə məbləği) , həmçinin xx.xx.2025-ci il tarixdən hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 128 manat 86 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4707 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 027A********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X3 xx.xx.2024-cü il tarixə banka olan əsas borc üzrə 11294 manat 39 qəpik, faiz borcu üzrə 163 manat 14 qəpik,ümumilikdə 11457 manat 53 qəpik . İşin araşdırılmış hallarından müəyyən olunur ki, "xxxx" QSC ilə borcalan X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027A********** nömrəli kredit razılaşmasına əsasən borcluya 48 ay müddətinə, illik 20 % dərəcəsi ilə 19400 (on doqquz min ) manat məbləğində kredit verilmişdir. X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Azneft İB N.Nərimanov adına NQÇİ-nin xx.xx.2024-cü il tarixli 14-2-1-4/2-283/2024 nömrəli məktubuna əsasən mərhum X3 vərəsələrinə ödənilməli olan (son haqq-hesab və maddi yardım) 12959.14 manat pul vəsaitindən ibarət miras aktivi və iddiaçı ilə bağladığı müqavilə üzrə icra etmədiyi öhdəlikləri miras passivi olaraq miras qalmışdır. Cavabdeh ondan qalmış miras aktivini qəbul etmiş və bu barədə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1244-cü maddəsinə görə, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.4-ci maddəsinə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 aprel 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit sazişi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit sazişi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" QSC-i ilə X7 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, borc alan kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən əsas borc məbləği iddia tələbi, faiz borcu isə Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4707 saylı rəyi nəzərə alınmaqla müəyyən olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2022-ci il tarixli 027A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 163 manat 14 qəpik faiz borcu tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 xx.xx.2022-ci il tarixli 027A********** saylı kredit sazişi üzrə banka olan əsas borcu iddia ərizəsində göstərildiyi kimi 10837 manat 65 qəpik, faiz borcu isə ekspert rəyində göstərildiyi kimi 163 manat 14 qəpik məbləğində müəyyən olunmalıdır. Bununla yanaşı məhkəmə, iddia tələbinin 273 manat 12 qəpik məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsini, işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 273 manat 12 qəpik deyil, 20 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir . Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixli 027A********** saylı kredit sazişinə əsasən 10837 (on min səkkiz yüz otuz yeddi) manat 65 (altmış beş) qəpik əsas borc, 163 (bir yüz altmış üç) manat 14 (on dörd) faiz , 20 manat cərimə borcu olmaqla cəmi 11020 (on bir min iyirmi) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb iddiaçı "xxxx" QSC-yə verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Belə ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlundan qalmış miras aktivini qəbul etdiklərinə və bu barədə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyinə görə Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli və 19 aprel 2023-cü il tarixli Qərarına əsasən kredit müqaviləsi üzrə borclunun öhdəlikləri miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir və mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlərin hüquqi varis kimi oğlunun borclarını ödəmə qabiliyyətində olmaması iddia tələbinin rədd edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat 86 (səksən altı) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dövlət rüsumu üçün ödənilmiş (bir yüz iyirmi səkkiz) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə, 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri isə alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada 10837 (on min səkkiz yüz otuz yeddi) manat 65 (altmış beş) qəpik əsas borc, 163 (yüz altmış üç) manat 14 (on dörd) qəpik faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla cəmi 11020 (on bir min iyirmi) manat 79 (yetmiş doqquz) qəpik pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin . Cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan dövlət rüsumu üçün ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin, 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertiza Mərkəzi, X2 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar