Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1404/2023 20.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Ağayev Kabus Məhərrəm oğluna qarşı “borc” tələbi barədə iddia ərizəsinə əsasən mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Ağayev Kabus Məhərrəm oğluna qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Ağayev Kabus Məhərrəm oğlundan müştərək qaydada 2394 manat 08 qəpik əsas borc, 1002 manat 17 qəpik faiz borcu, cəmi 3396 manat 25 qəpik borcun və 53 manat 96 qəpik dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkuilatının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçıQSC Bank Olmayan Kredit Təşkilatına (bundan sonra İddiaçıQSC) keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 17 oktyabr 2017-ci il tarixli S- FK-SİR-106 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə cəmi 3396 manat 25 qəpik məbləğində borcu olmuşdur. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2014-cü il tarixli 2744-xx.xx.2014-SM25 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik 22%-lə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 15 avqust 2014cü il tarixli 2744-xx.xx.2014-SM25 saylı zaminlik müqaviləsinə əsasən Ağayev Kabus Məhərrəm oğlu zamin durmuşdur. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daçıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh1 tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlər gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh1 İddiaçı QSC-nə 2394 manat 08 qəpik əsas borc, 1002 manat 17 qəpik faiz borcu olmaqla cəmi 3396 manat 25 qəpik təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlər cavabdehlər Cavabdeh1 və Ağayev Kabus Məhərrəm oğluna dəfələrlə müraciət olunması, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə cavabdehlər Cavabdeh1 və Ağayev Kabus Məhərrəm oğlu məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehər Cavabdeh1 və Ağayev Kabus Məhərrəm oğlunun iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh1 ərizə göndərərək iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin ərizəsini iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan 15 avqust 2014-cü il tarixli 2744-xx.xx.2014-SM25 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı Cavabdeh1 18 ay müddətinə qaytarılması şərtilə illik 22% olmaqla, cəmi 3000 manat kredit verilmişdir. İş materiallarında olan 15 avqust 2014-cü il tarixli 2744-xx.xx.2014-SM25 saylı zaminlik müqavilələrinə əsasən cavabdeh Ağayev Kabus Məhərrəm oğlu 15 avqust 2014-cü il tarixli 2744-xx.xx.2014-SM25 saylı kredit müqaviləsinə əsasən 3000 manat məbləğində 18 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı “Şirvan”filialının 15 avqust 2014cü il tarixli 2744-xx.xx.2014-SM25 saylı kredit müqaviləsinə əlavə 1-dən görünür ki, Azərbaycan Beynəlxalq Bankı Cavabdeh1 18 ay müddətinə hər ay 197 manat 20 qəpik qaytarılması şərtilə illik 22 % olmaqla, cəmi 3000 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına 2394 manat 08 qəpik əsas borc, 1002 manat 17 qəpik faiz borcu, cəmi 3396 manat 25 qəpik borcu vardır. İş materiallarında olan bildirişlərdən görünür ki, cavabdehlər Cavabdeh1 və Ağayev Kabus Məhərrəm oğlu kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında icra etmək barədə İddiaçı QSC-i Bank olmayan Kredit Təşkilatı tərəfindən xəbərdar olunmuşdur. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, 15 avqust 2014-cü il tarixli 2744-xx.xx.2014-SM25 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankının Şirvan filialı Cavabdeh1 18 ay müddətinə qaytarılması şərtilə illik 22 % olmaqla, cəmi 3000 manat kredit verilmişdir.15 avqust 2014-cü il tarixli 2744-xx.xx.2014-SM25 saylı zaminlik müqavilələrinə əsasən cavabdeh Ağayev Kabus Məhərrəm oğlu 15 avqust 2014-cü il tarixli 2744-xx.xx.2014-SM25 saylı kredit müqaviləsi və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçıQSC Bank Olmayan Kredit Təşkilatına (bundan sonra İddiaçıQSC) keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 17 oktyabr 2017-ci il tarixli S- FK-SİR-106 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə cəmi 3396 manat 25 qəpik məbləğində borcu olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013- cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. Lakin iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, 15 avqust 2014-cü il tarixli 2744-xx.xx.2014-SM25 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı Cavabdeh1 18 ay müddətinə qaytarılması şərtilə illik 22 % olmaqla, cəmi 3000 manat kredit verilmiş, kreditin müddəti xx.xx.2016-cı il tarixdə başa çatmasına baxmayaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı 4 ildən artıq müddət keçdikdən sonra, yəni iddia müddətinin xx.xx.2019-cu ildə bitməsindən sonra 19 sentyabr 2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hüququn müdafiəsi üçün 19 sentyabr 2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla iddia müddəti keçdiyindən iddia müddətinin tətbiqinə qanuni əsaslar yaranmışdır. Məhkəmə tərəflər borc münasibətlərinin 15 avqust 2014-cü il tarixdə yaranmasını, iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizə verməsini nəzərə alıb, hesab edir ki, 3 illik iddia müddəti tətbiq olunmaqla 2394 manat 08 qəpik əsas borc, 1002 manat 17 qəpik faiz borcu, cəmi 3396 manat 25 qəpik məbləğində pulun alınması tələbinə dair iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Ağayev Kabus Məhərrəm oğlu borclu Cavabdeh1 ilə birlikdə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tələbini öz seçimi ilə zaminə qarşı və ya borcluya qarşı, yaxud onların hər ikisinə qarşı irəli sürmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.1,477.0.2,477.0.3,477.0.4-cü maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə,habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda,əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə,zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə,kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə,zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir ilərzində kreditorun zaminə qarşı irəli sürmədiyi halda xitamverilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki iş üzrə 15 avqust 2014-cü il tarixli 2744-xx.xx.2014-SM25 saylı kredit müqaviləsi üzrə Ağayev Kabus Məhərrəm oğlunun zaminliyinə xitam verilməsinə qanuni əsaslar müəyyən olunmuşdur. Belə ki, 15 avqust 2014-cü il tarixli 2744-xx.xx.2014-SM25 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 18 ay müəyyən edildiyi və kredit sazişinin xx.xx.2016-cı il bitmə tarixindən iki il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malik olduğu halda, həmin müddət keçdikdən təxminən 4 il sonra İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdeh zamin Ağayev Kabus Məhərrəm oğluna qarşı iddia irəli sürmüşdür. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malikdir. Həmin müddət ərzində kreditorun zaminə qarşı iddiası irəli sürülmədiyindən məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 53 manat 96 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı QSC-İ Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Ağayev Kabus Məhərrəm oğluna qarşı 2394 manat 08 qəpik əsas borc, 1002 manat 17 qəpik faiz borcu, ümumilikdə 3396 manat 25 qəpik məbləğində pulun və ödənilmiş 53 manat 96 qəpik dövlət rüsumunun alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №e-2(032)-1404/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1404/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver