Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1477/2024 14.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, iddiaçı «Azərbaycan Mikro-kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi” barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbaycan Mikro-kredit Bank Olmayan Kredit Təşkilatı” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi” barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2313 manat 46 qəpik əsas, 184 manat 92 qəpik faiz, 63 manat cərimə olmaqla, cəmi 2561 manat 38 qəpik məbləğində borcun və 45 manat 62 qəpik dövlət rüsumunun «Azərbaycan Mikro-kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2023-cü il tarixli, SV0015274-2023 saylı kredit müqaviləsinə əsasən borcalana (cavabdehə) 24 ay müddətində, illik 32 % ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı,eləcə də kreditə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq digər Cavabdeh2 ilə iddiaçı ASC arasında 30 oktyabr 2023-cü il tarixdə bağlanmış ZM1-SV0015274-2023 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin kimi kredit alanın öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə dair öhdəlik götürmüşdür. Buna baxmayaraq, cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödənilməli olan kreditin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Belə ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC-dən götürdüyü 3000 manat məbləğində kredit borcundan əsas məbləğ üzrə 686.54 manat, faiz borcundan isə 514.88 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Bu səbəbdən də, cavabdehlərin "xxxx" ASC-yə ödənilməmiş 2313 manat 46 qəpik əsas, 184 manat 92 qəpik faiz, 63 manat cərimə borcu qalmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə rəsmi müraciət olunmasına, tərəfilərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişlər. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan zərfdən görünür ki, Cavabdeh1 ünvanına göndərilmiş, lakin həmin ünvanda olmaması səbəbindən bildiriş geri qaytarılmışdır. İş materiallarında olan zərf və poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh2 faktiki yaşayış ünvanına göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış, qeydiyyat ünvanına göndərilmiş məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Həmin gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazla məhkəməyə müraciət etməmişlər. Məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddia qarşı etirazının olmamasını, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan «Azərbaycan Mikro-kredit Bank Olmayan Kredit Təşkilatı” ASC ilə Cavabdeh1 arasında bağlanmış SV0015274-2023 saylı 30 oktyabr 2023-cü il tarixli Kredit müqaviləsinə əsasən ona illik 32 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış ZM1- SV0015274-2023 saylı 30 oktyabr 2023-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, Zamin Borclunun Kreditorla bağladığı 30 oktyabr 2023-cü il tarixli SV0015274-2023 saylı Kredit müqaviləsinə əsasən götürdüyü 3000 manat məbləğində kredit borcunun və ona hesablanmış kredit faizlərinin vaxtında qaytarılmasına təminat verir. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, plastik kart və ona məxsus məxfi ŞEN kod Cavabdeh1 təhvil verilmişdir. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli müştəri ilə hesablaşma aktından görünür ki, Cavabdeh1 150 manat komisyon haqq tutulmuş, 2850 manat məbləğində pul onun kartına köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, SV0015274-2023 saylı Kredit müqaviləsinə əsasən 686 manat 54 qəpik əsas, 514 manat 88 qəpik faiz borcu olmaqla cəmi 1201 manat 42 qəpik ödəniş etmiş, 2313 manat 46 qəpik əsas, 184 manat 92 qəpik faiz, 63 manat cərimə olmaqla, cəmi 2561 manat 38 qəpik borcu qalmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2023-cü il tarixli, SV0015274-2023 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 32% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər Cavabdeh2 arasında 30 oktyabr 2023-cü il tarixli, ZM1-SV0015274-2023 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə dair öhdəlik götürmüşdür. Buna baxmayaraq, cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödənilməli olan kreditin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə ,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh2 Cavabdeh1 ilə birlikdə iddiaçı "xxxx" ASC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2313 manat 46 qəpik əsas, 184 manat 92 qəpik faiz, 63 manat cərimə olmaqla, cəmi 2561 manat 38 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə qaytarılmalı, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki,məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 45 manat 62 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-6.1, 284- 6.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2313 manat 46 qəpik əsas, 184 manat 92 qəpik faiz, 63 manat cərimə olmaqla, cəmi 2561 manat 38 qəpik borc "xxxx" ASC-nin xeyrinə tutulsun. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 45 manat 62 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №e-2(032)-1477/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1477/2024
14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver