Məhkəmə qərarları › İş №e-2(032)-15/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-15/2025

11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-15/2025 11.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin Katibliyinin rəisi polis polkovnik-leytenantı Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərə görə 22062.20 manat (iyirmi iki min altmış iki manat iyirmi qəpik) məbləğində pulun tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ki, Cavabdeh 20 fevral 2024-cü il tarixdə, saat 11:00 radələrində “VAZ 21154” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobili gözləməli olduğu halda gözləmədən onun qarşısına çıxmış, bu zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. İnzibati xəta hadisəsinin olması 20 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh izahat verərək bildirmişdir ki, 2013-cü ildən bəri “VAZ 21015” markalı avtomobili ümumi etibarnamə əsasında idarə edirdi. Avtomobilin sahibi Bakı şəhər sakini X1r. 2020-ci ildə adına yazılan inzibati protokolları ödəmədiyinə görə sürücülük hüququndan məhrum edilmişdir. Bununla bağlı heç vaxt heç bir orqandan rəsmi olaraq məlumat almamışdır. Avtomobilinin sığorta müddəti bitdiyinə görə avtomobilin sığortası yoxdur. 31 dekabr 2023cü il tarixində, saat 11 radələrində Şirvan şəhərində yerləşən “Elit” Ticarət Mərkəzindən yaşadığı ev istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomobildə tək olmuşdur. Hərəkət sürəti isə təxminən 40 km/saat təşkil edirdi. Qarşıda hərəkət edən “Opel” markalı avtomobilə ona yol verməsi üçün işarələr vermişdir. Lakin həmin avtomobil ona məhəl qoymamışdır. Bu zaman piyada keçidində olan piyadanın keçməsini görmüş, həmin vaxt avtomobili əks tərəfə çəkən zaman qarşıdan gələn polis əməkdaşlarının idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Daha sona avtomobili saxlamışdır. Hadisə onun günahı ucbatından baş vermişdir. Əməlindən peşmandır, lakin maddi ziyanı ödəməyə imkanı yoxdur. Qeyd edilməlidir ki, hadisə ilə bağlı olaraq Şirvan Şəhər Məhkəməsinin 3(032)- 178/2024 xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Cavabdeh tərəfindən törədilmiş inzibati xəta nəticəsində “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 22062.20 manat (iyirmi iki min altmış iki manat iyirmi qəpik) təşkil edir. Bu Azərbaycan Automobiles QSC tərəfindən verilmiş qüsur aktı ilə öz təsdiqini tapır. İddiaçı Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin Katibliyinin rəisi polis polkovnik-leytenantı Nümayəndə2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, ekspertiza rəylərini nəzərdən keçirib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 22062.20 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 3(032)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Həmçinin qərardan görünür ki, Cavabdeh 20 fevral 2024-cü il tarixdə, saat 11:00 radələrində “VAZ 21154” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobili gözləməli olduğu halda gözləmədən onun qarşısına çıxmış, bu zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-678/2024 saylı, 12 iyun 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5504 saylı rəyindən görünür ki, tədqiq edilən 2013-cü il buraxılışlı “Volksvvagen Polo” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 20 %-ni təşkil edir. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 13400,00 manat olmuş 2013-cü il buraxılışlı “Volksvvagen Polo” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 10700,00 (13400-20%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. İddiaçının nümayəndəsi şifahi vəsatətinə əsasən Şirvan şəhər Məhkəməsinin 2(032)- 678/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəməəmtəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2025-ci il tarixli 9/9247 saylı rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda qeyd edilən 2013-cü il buraxılışlı "Volksvagen Polo" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəriqaydada təxminən 13000,00 manat ((12400,00+13600,00): 2) müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəl orta bazar qiyməti 13000.00 manat olmuş avtomobilin təmirinə 22062.20 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. İş materiallarında olan "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 20 %-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 13000,00 manat olmuş 2013-cü il buraxılışlı “Volksvvagen Polo” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 10400,00 (13000,00-20 %) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin səyərində dəyişiklik olması istisna edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 20 fevral 2024-cü il tarixdə idarə etdiyi «VAZ 21154» markalı, ** NR *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə iddiaçının mülkiyyətində olan “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, hadisənin törədliməsi nəticədə cavabdeh barəsində Şirvan şəhər Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar 20 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Şirvan şəhər Məhkəməsinin 3(032)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Həmçinin baş vermiş olan yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə zərər dəymişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 22062.20 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5504 saylı rəyinə əsasən tədqiq edilən 2013-cü il buraxılışlı “Volksvvagen Polo” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 20 %-ni təşkil edir. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 13400,00 manat olmuş 2013-cü il buraxılışlı “Volksvvagen Polo” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 10700,00 (13400-20%) manat müəyyən edilir. İş üzrə təyin edilmiş əlavə ekspertiza tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2025-ci il tarixli 9/9247 saylı rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda qeyd edilən 2013-cü il buraxılışlı "Volksvagen Polo" markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəriqaydada təxminən 13000,00 manat ((12400,00+13600,00) :2) müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəl orta bazar qiyməti 13000.00 manat olmuş avtomobilin təmirinə 22062.20 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. İş materiallarında olan "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 20 %-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 13000,00 manat olmuş 2013-cü il buraxılışlı “Volksvvagen Polo” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 10400,00 (13000,00-20 %) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin səyərində dəyişiklik olması istisna edilmir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Volksvvagen Polo” markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobilə zərər dəyməsi və həmin zərərin Cavabdeh tərəfindən vurulması işin mübahisəsiz halıdır. İş üzrə aparılmış olan ekspertiza tədqiqatlarının nəticəsi olaraq "xxxx" QSC tərəfindən tərtib edilmiş qüsur aktı və ekspert rəyləri əsasında “Volksvvagen Polo” markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər müəyyənləşdirilmişdir. Məhkəmə, "xxxx" QSC tərəfindən verilmiş olan qüsur aktı əsasında “Volksvvagen Polo” markalı, **-AB-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci olaraq müəyyən edilmiş 22062.20 manat pula münasibətdə hesab edir ki, qeyd edilən qüsur aktı əsasında cavabdehdən pulun tutulması əsaslı hesab edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5504 saylı ekspert rəyini hazırki mübahisədə ona görə mötəbər sübut kimi qəbul edir və iddiaçının tələbini ona görə qismən əsaslı hesab edir ki, əvvəla zərər vurulan nəqliyyat vasitəsinin dəyişilməli olan ehtiyat hissələrinə aşınma tətbiq edilmədən qiymət müəyyən edilməsi, tələbin məhz "xxxx" QSC-nin qiymətlərinə mütənasib olaraq əsaslandırılması vicdanlılıq prinsipinə uyğun deyildir. Çünki iddiaçının mübahisəyə qədər nə vaxtsa nəqliyyat vasitəsini "xxxx" QSC mərkəzində təmir elətdirmiş olması, həmin rəsmi mağazadan ehtiyat hissəsi alması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Bundan başqa məlumdur ki, rəsmi servis qiymətləri digərləri ilə müqayisədə daha yüksəkdir. Yəni bu aspektdən yanaşdıqda iddiaçının məhz qüsur aktını "xxxx" QSC-dən alması, həmin müəyyən edilmiş məbləği də cavabdehdən tələb etməsi qeyd edilən prinsipə uyğun hesab edilə bilməz. Belə ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün ilk növbədə şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui istifadə edilibedilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığınıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Ədalətlilik bütövlükdə yaranacaq nəticə ilə bağlı tələbdir və hər iki tərəfin mənafelərinin qorunmasına xidmət edir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərərin həcmi ekspert rəyinə uyğun olaraq 10400 manat həcmində müəyyən edilməli və həmin vəsait delikt törətmiş şəxsdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Həmçinin, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanmaqla dövlət rüsumu ödənilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin edilmiş hissəyə münasibətdə, yəni 10400 manata münasibətdə dövlət rüsumu tutulmalıdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərə görə 10400 manat (on min dörd yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ödənilsin. Dövlət rüsumu olaraq 121.20 (yüz iyirmi bir manat 20 qəpik) manat Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza xərci olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar