Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1522/2023 21.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 11 sentyabr 2020-ci il tarixli, BPM**********27 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş nəğd kredit üzrə (referens: 251PBLL2********) 3353,49 manat əsas, 30,18 manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 3383,67 manat, kart krediti üzrə (referens: ********************) 500 manat əsas, 65,59 manat faiz olmaqla, cəmi 565,59 manat, ümumilikdə 3949,26 (üç min doqquz yüz qırx doqquz manat 26 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 59,5 (əlli doqquz manat 50 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şirvan” filialı ilə X5 arasında bağlanmış 11 sentyabr 2020-ci il tarixli, BPM**********27 nömrəli Tamkart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 5510 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kart krediti verilmişdir. X1 29 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Şirvan şəhəri 1 saylı Notariat ofisi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli, 926 nömrəli məktub və 07 oktyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Şirvan” filialı tərəfindən təqdim edilmiş 12 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş nəğd kredit üzrə (referens: 251PBLL2********) 3353,49 manat əsas, 30,18 manat cərimə borcu (dəbbə pulu) olmaqla, cəmi 3383,67 manat, kart krediti üzrə (referens: ********************) 500 manat əsas, 65,59 manat faiz olmaqla, cəmi 565,59 manat, ümumilikdə 3949,26 (üç min doqquz yüz qırx doqquz manat 26 qəpik) manat borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf “köçüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan BPM**********27 nömrəli, 11 sentyabr 2020-ci il tarixli Tamkart çərçivə müqaviləsindən görünür ki, Bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 5510 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kart krediti verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh BPM**********27 nömrəli, 11 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3353,49 manat, kart krediti üzrə 500 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC borclu Cavabdeh borc barədə xəbərdar etmiş və müqavilə üzrə borcun 3 iş günü müddətində ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X4 qanun üzrə vərəsəsidir. İş materialları ilə müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda cavabdeh də hazırki iddia ilə bağlı hər hansı etiraz verməməklə iddia tələbini təkzib edəcək hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739, 1243.2 və 1306.1-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 59,50 manat dövlət rüsumu ödənilmişdir. Məhəkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11 sentyabr 2020-ci il tarixli, BPM**********27 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş nəğd kredit üzrə (referens: 251PBLL2********) 3353,49 manat əsas, 30,18 manat cərimə borcu olmaqla, cəmi 3383,67 manat, kart krediti üzrə (referens: ********************) 500 manat əsas, 65,59 manat faiz borcu olmaqla, cəmi 565,59 manat, ümumilikdə 3949,26 (üç min doqquz yüz qırx doqquz manat 26 qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 59,5 (əlli doqquz manat 50 qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1522/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1522/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver