Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-155/2024 27.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı QSC -nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin əmlakdan çıxarılması, əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ №1007063 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, banka təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində AN-İ №1007063 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsindən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 195.3 kv.m olan fərdi yaşayış ev alıcı Cavabdeh 34.000 manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixində AN-İ №1007063 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin 5-ci bəndində əsasən alıcı Cavabdeh ilkin olaraq 5000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsi ilə ödəyir. Qalan 29.000 manat məbləği isə xx.xx.2025-ci il tarixinədək 36 ay müddətinə hər 6 aydan bir dəfə 3000 manat olmaqla, 5000 manat ödəniş və sonuncu ödəniş 14.000 manat olmaqla ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilənin şərtləri pozulmuşdur. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək banka borcunun olmasını etiraf etdi, lakin evdən çıxarılmasına möhlət verilməsini xahiş etdi, borcundan aylıq ödənişlər edəcəyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3, yeni qaydalarla AZ 1800, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı QSC Şirvan şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 16 ünvanında yerləşən ümumi sahəsi 195.3 kv.m olan fərdi yaşayış evini Cavabdeh satmışdır. Sözügedən müqaviləyə əsasən tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixində AN-İ №1007063 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin 5-ci bəndində əsasən alıcı Cavabdeh ilkin olaraq 5000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsi ilə ödəyir. Qalan 29.000 manat məbləği isə xx.xx.2025-ci il tarixinədək 36 ay müddətinə hər 6 aydan bir dəfə 3000 manat olmaqla, 5000 manat ödəniş və sonuncu ödəniş 14.000 manat olmaqla ödəməyi öhdəsinə götürür Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunanan hüququdur. Sahiblik hüququ əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhrə, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqərrətanı təyin etğməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ əmlakın hüquqi müqərrətını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırda işin hallarından da müəyyən olunur ki, tərəflər arasında daşınmaz əmlakın alqısatqısına dair müqavilə bağlanmış, cavabdeh müqavilə ilə əmlakın müəyyən olunmuş qiymətini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, öhdəliyinin müəyyən qədərini icra etsə də tam icranı həyata keçirməmiş, nəticədə də bank müqavilənin ləğvini, qanuni mülkiyyətində olan əmlakının isə geri istəməsinə dair tələbində haqlıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 100 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ №1007063 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh ünvan 3 ünvanda yerləşən 195.3 kv.m olan fərdi yaşayış evindən çıxarılmaqla əmlak boşaldılsın və banka təhvil verilsin. Dövlət rüsumu üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pul cavabdehdən alınaraq İddiaçı QSC-yə verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(032)-155/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-155/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver