Məhkəmə qərarları › İş №e-2(032)-1584/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1584/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1584/2025 20.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı icarə obyektinin təhvil verilməməsi və müqavilə cəriməsinin tətbiqi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə obyektinin təhvil verilməməsi və müqavilə cəriməsinin tətbiqi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib müəyyən etdi ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, mövcud mübahisə üzrə aidiyyət Kommersiya Məhkəməsinə aid olduğu halda, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə verilmişdir. Belə ki, cavabdeh– Cavabdeh, vergi ödəyicisi kimi fərdi sahibkar olaraq Vergilər Nazirliyində qeydiyyatdan keçmişdir. Bu, təqdim olunmuş vergi məlumatlarında açıq şəkildə əksini tapmışdır (VÖEN: **********, fəaliyyət kodu: 47290 – ərzaq məhsullarının pərakəndə satışı) Beləliklə, mübahisənin cavabdeh tərəf sahibkarlıq subyekti sayılır. Mübahisənin predmeti – İddiaçı MMC tərəfindən sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə edilən icarə obyektinin təhvil verilməməsi və müqavilə cəriməsinin tətbiqi tələbinə dair iddiadır. Mübahisə iddiaçının aktiv VÖEN-li sahibkar kimi qeyri-yaşayış obyektində sahibkarlıq fəaliyyəti ilə bağlı yaranıb. Bu isə istehlak hüquq münasibətləri deyil, məhz kommersiya münasibətləri kateqoriyasına aiddir. AR MPM-in 1-ci, 25-ci, 26-cı maddələri və Plenum Qərarının 10–28-ci bəndlərinə əsasən:  Sahibkarlıq fəaliyyəti ilə əlaqəli olan mübahisələr kommersiya məhkəmələrinin baxış predmetinə aiddir;  Tərəflərdən hər ikisi sahibkar olduqda və mübahisə onların sahibkarlıq fəaliyyətindən irəli gəldikdə, iş kommersiya məhkəməsində baxılmalıdır; Beləliklə, təqdim olunmuş sənədlərdən və mübahisənin mahiyyətindən belə nəticə çıxır ki:  İddiaçı – fərdi sahibkarlıq subyekti kimi fəaliyyət göstərir və mübahisə onun bu fəaliyyətindən doğur;  Cavabdeh –sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir.  Mübahisə – icarə obyektinin təhvil verilməməsi və müqavilə cəriməsinin tətbiqi iddiası ilə bağlıdır. Bütün bunlar onu göstərir ki, mübahisənin həm tərəfləri, həm də predmeti və hüquq münasibətinin xarakteri kommersiya mübahisəsi meyarlarına cavab verir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 280 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı icarə obyektinin təhvil verilməməsi və müqavilə cəriməsinin tətbiqi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçı MMC-nə izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəmə aidiyyəti üzrə müraciət edə bilər. Ödənilmiş (mədaxil qəbzi: **********, xx.xx.2025-ci il tarixli) 280 manat dövlət rüsumu İddiaçı MMC-nə dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar