Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-162/2024 14.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ X18 Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə , İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqularına xitam verilməsini, onların mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsini tələb etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(032)-2427/2017 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, X4, X1, X5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 28919.86 ABŞ Dollarının manat hesabı ilə tutulması, borcun ödənilməsi ipoteka ilə yüklü olan X6 mülkiyyətində olan Şirvan şəhəri, Mübariz İbrahimov küçəsindəki 0.0225 ha torpaq sahəsində yerləşən 93 nömrəli fərdi yaşayış evi açıq hərracda satılaraq borcun ödənilməsinə yönəldilməsi və s. qət edilmişdir. Qətnamədən Cavabdeh1 və digər borclular apelyasiya şikayəti vermişlər, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(106)-40/2017 saylı qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(032)-2427/2017 saylı qətnaməsi əsas və cərimə borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişdirilmişdir. Hazırda Şirvan şəhəri, Mübariz İbrahimov küçəsindəki 0.0225 ha torpaq sahəsində yerləşən 93 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş, xx.xx.2018-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın **********04-10301 reyestr nömrəli çıxarış alınmışdır. “Elektron notariat” informasiya sistemi vasitəsi ilə qeydiyyatda olan şəxslərə dair çıxarışdan görünür ki, Şirvan şəhəri, Mübariz İbrahimov küçəsindəki 0.0225 ha torpaq sahəsində yerləşən 93 nömrəli fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X11, Cavabdeh3. X12, X14 qeydiyyatda olmaqla yaşayır. Bundan sonra, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Şirvan şəhəri, Mübariz İbrahimov küçəsindəki 0.0225 ha torpaq sahəsində yerləşən 93 nömrəli fərdi yaşayış evinin 10 (on) gün ərzində könüllü olaraq boşaltması və Banka təhvil verilməsi barədə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlərə verilmiş müddətin başa çatmasına baxmayaraq mənzili könüllü olaraq boşaldıb banka təhvil verməmişlər. Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 qeyd olunan əmlakda yaşadığından, İddiaçı QSCnin mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı mülki qanunvericiliyinin əmlakın qanunsuz sahiblikdən geri alınması müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinin üç dispozisiya şərti var ki,bunlar da ayrı-ayrılıqda yoxlanılmalıdır: 1) iddiaçı əmlakın mülkiyyətçisi olmalı, 2) əmlak cavabdehin faktiki sahibliyində olmalı və 3) cavabdehin əmlaka sahiblik hüququ olmamalıdır. İş materiallarında olan : İddiaçı QSC-nin filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 avqust 2014-cü il tarixli,37L000003233 saylı kredit razılaşmasından görünür ki, bank borc alana aylıq faiz dərəcəsi 1,8333% olmaqla 36 ay müddətinə 30000 ABŞ dolları kredit verməyi, borc alan isə vaxtı-vaxtında təqdim edilmiş cədvəl üzrə borcu və faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı QSC-nin filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 avqust 2014-cü il tarixli 37R000003233 saylı kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı məqsədi ilə tərəflərin qarşılıqlı razılaşmalarına əsasən 28238,40 manat qiymətləndirilmiş Şirvan şəhəri M.İbrahimov küçəsindəki 93 ünvanda yerləşən fərdi yaşayış evi 26 avqust 2014-cü il tarixli 37M000000146 saylı müqavilə ilə ipoteka qoyulmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1032/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X4, X1, X5 müştərək qaydada 25306,28 (iyirmi beş min üç yüz altı dolları iyirmi səkkiz sent) ABŞ dolları məbləğində əsas borcun, 2613,58 (iki min altı yüz on üç dolları əlli səkkiz sent) ABŞ dolları faiz borcun və 1000 (bir min) ABŞ dolları penya olmaqla cəmi 28919,86 (iyirmi səkkiz min doqquz yüz on doqquz dolları səksən altı sent) ABŞ dolları manat hesabı ilə müştərək qaydada tutularaq İddiaçı QSC -yə verilməsi, ipoteka ilə yüklü olan X6 mülkiyyətində olan Şirvan şəhəri Mübariz İbrahimov küçəsindəki 0,0225 ha torpaq sahəsində yerləşən 93 nömrəli fərdi yaşayış evin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda ilkin satış qiymətinin 28238,40 manat (iyirmi səkkiz min iki yüz otuz səkkiz manat qırx qəpik) manat müəyyən edilməsinin təmin edilməsi, iddiaçının Cavabdeh1, X6,Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(106)-40/2017 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Şirvan şəhər məhkəməsinin 15 mart 2016-cı il tarixli, 2(032)-1032/2016 saylı qətnaməsi əsas və cərimə cuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, X4, X1 və X5 müştərək qaydada tutulan əsas borc məbləği dəyişdirilərək 25281,20 ABŞ dolları, penya (cərimə ) məbləği isə 500 (beş yüz) ABŞ dolları müəyyən olunmuş, calabdehlər Cavabdeh1, X4, X1 və X5 müştərək qaydada 25281,20 ABŞ dolları məbləğində əsas borc, 261358 ABŞ dolları məbləğində faiz borcu və 500 (beş yüz) ABŞ dolları cərimə məbləği olmaqla, 28394,78 ABŞ dollarının qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası manatına məzənnəsi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi , borcun ödənilməsi üçün ipoteka ilə yüklü edilmiş cavabdeh X6 mülkiyyətində olan Şirvan şəhəri, Mübariz İbrahimov küçəsindəki 0,0225 ha torpaq sahəsində yerləşən 93 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 33700 (otuz üç min yeddi yüz) manat müəyyən olunması,iş üzrə Şirvan şəhər Məhkəməsinin 15 mart 2016-cı il tarixli, 2(032)- 1032/2016 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən qalan hissələrdə dəyişdirilməməsi qət edilmişdir. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin xx.xx.2018-ci il tarixli Y-260 nömrəli “Hərracın nəticələri haqqında yekun protokol”un surətindən görünür ki, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı QSC əmlakı 18002 (on səkkiz min iki) manata almış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan İddiaçı QSC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 5-8-1/2-65/2024 saylı arayışdan görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan məlumata əsasən X3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyesrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda,daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi tədbirindən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinin üç dispozisiya şərti mövcud olmuşdur : 1) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti həmin fərdi yaşayış evinin mülkiyyətçisi olmuş, 2) həmin fərdi yaşayış evi faktiki olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 sahibliyində olmuş və 3) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin əmlak üzərində sahiblik hüququ olmamışdır . «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzili ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2023 saylı , 22 iyun 2023-cü il qərardadına əsasən 1. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. 2. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ipoteka qoyulmuş ünvan 3 saylı fərdi yaşayış evinə tutma yönəldiyindən və o satıldığından, ipoteka qoyan cavabdeh X11 həmin fərdi yaşayış evinə mülkiyyət hüququnu, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə evdən istifadə hüquqlarını itirmişlər. Həmçinin məhkəmə 26 avqust 2014-cü il tarixli 37M000000146 saylı ipoteka müqaviləsinin 2018-ci il 28 dekabr tarixinədək bağlandığını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 100 manat cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 14, 77, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Şirvan şəhəri, M.İbrahimov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evindən çıxarılsınlar. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-162/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-162/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver