Məhkəmə qərarları › İş №e-2(032)-1621/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1621/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1621/2023 28.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə , İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında işə baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli GTKR3821971A181 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1529 manat 91 qəpik əsas borc, 350 manat 01 qəpik faiz borcu, ümumilikdə 1879 manat 92 qəpik məbləğində pulun tutulmasını və ödənilmiş 38 manat 80 qəpik məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Mustafa oğlu tərəfindən iş üzrə iddia ərizəsinin baxılmadan geri qaytarılmasına dair ərizə göndərildiyindən Şirvan şəhər Məhkəməsinin 28 noyabr 2023-ci il tarixli qərardadı ilə material iddia icraatına keçmişdir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə İddiaçı ASC-nin yerləşdiyi hüquqi ünvana bildiriş göndərilməsinə baxmayaraq nümayəndə məhkəmə icasına gəlməmiş, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Mustafa oğlu tərəfindən ərizə verilərək Cavabdeh tərəfindən banka olan borc və məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu tam bağlandığından ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması xahiş edilmişdir . Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə Cavabdeh bildiriş göndərilməsinə baxmayaraq o, məhkəmə hazırlıq iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı ASC-nin nümayəndəsi cavabdeh tərəfindən banka olan borc və məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun qaytarılması ilə əlaqədar iddia ərizəsinin geri qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-cü ,264-cü ,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar