Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1633/2023 22.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" Kommersiya Bankı ASCnin xeyrinə 6804 manat məbləğində əsas borc, 731 manat 62 qəpik məbləğində faiz borcu, 26 manat 25 qəpik məbləğində cərimə borcu, cəmi 7561 manat 87 qəpik məbləğində borcun və ödənilmiş 96 manat 02 qəpik məbləğində dövlət rüsumunun tutulmasını tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 35nkSTB2/23 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün xx.xx.2018-ci il tarixədək, illik 18 faiz olmaq şərtilə ilə 6804 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 19 oktyabr 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 6804 manat məbləğində əsas borc, 731 manat 62 qəpik məbləğində faiz borcu, 26 manat 25 qəpik məbləğində cərimə borcu, cəmi 7561 manat 87 qəpik məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmş mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danşıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" KB ASCnin nümayəndəsi məhkəməyə gəlməmiş, "xxxx" KB ASC-nin nümayəndəsi Rahim Seyfullayev elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş, cavabdeh həmin ünvandan köçməsi səbəbindən bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 35nkSTB2/23 nömrəli kredit müqaviləsindən kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, kreditor borcluya verilmiş 6804 manat məbləğini illik maksimum 18 faiz olmaqla, maksimum xx.xx.2028-ci il tarixinədək borcun bağlanması şərti ilə kredit verilmişdir. Unibank KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixli 35nkSTB2/23 saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən xx.xx.2023-cü il tarixinə əsas kredit borcu üzrə 6804 manat, faiz borcu üzrə 538 manat 57 qəpik , cərimə borcu üzrə 14 manat 04 qəpik, cəmi 7356 manat 61 qəpik məbləğində borcun ödənilməsi 3 (üç) iş günü ərzində təmin edilməsi, əks təqdirdə Bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli, BANK/PİKMD/1140578 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 35nkSTB2/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə borcu 6804 manat əsas, 731 manat 62 qəpik faiz borcu, 26 manat 25 qəpik cərimə olmaqla, cəmi 7561 manat 87 qəpik təşkil edir. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün 96 manat 02 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 35nkSTB2/23 saylı kredit müqaviləsi əsasında kreditor borcluya verilmiş 6804 manat məbləğini illik 18 faiz olmaqla, 60 ay müddətində xx.xx.2028-ci il tarixinədək borcun bağlanması şərti ilə kredit verilmişdir. Kredit məbləği bank qarşısındakı xx.xx.2023-cü il tarixli 35nkSTB2/23 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönələcək. Borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixli 35nkSTB2/23 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərdən yayınmışdır. Nəticədə Cavabdeh 6804 manat əsas, 731 manat 62 qəpik faiz borcu, 26 manat 25 qəpik cərimə olmaqla cəmi 7561 manat 87 qəpik kredit borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi əsas borc hissəsində 6804 manat borcun tutulması, faiz borcu hissəsində 731 manat 62 qəpik tutulması və ağlabatan həcmdə hesablanmış 26 manat 25 qəpik cərimə borcunun tutulması hissəsində tam təmin edilməli və Cavabdeh tutularaq iddiaçıya ödəməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun və xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, yaranmış əsas və cərimə borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Bu hissədə toplanmış sənədlərdən müəyyən olunur ki, məhkəmə xərcləri 95 manat 62 qəpik məbləğində ödənilmiş dövlət rüsumundan və xidmət haqqı kimi 0,40 manat məbləğində ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb,hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 95 manat 62 qəpik və xidmət haqqı kimi 0,40 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6804 (altı min səkkiz yüz dörd) manat əsas, 731 manat 62 qəpik (yeddi yüz otuz bir manat altmış iki qəpik) faiz borcu, 26 manat 25 qəpik (iyirmi altı manat iyirmi beş qəpik) cərimə olmaqla cəmi 7561 manat 87 qəpik (yeddi min beş yüz altmış bir manat səksən yeddi qəpik) məbləğində borc və 96 manat 02 qəpik (doxsan altı manat iki qəpik) məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində nortkelE˝ məhkəmə˝ informasiya sistemində yaradılan elektron kabinetindən Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-1633/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1633/2023
22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver