Məhkəmə qərarları › İş №e-2(032)-1719/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1719/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1719/2025 18.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, iddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində Şirvan şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borc tələbi” barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15900 manat məbləğində əsas borcu, 1107 manat 62 qəpik faiz borcu, 47 manat 39 qəpik cərimə olmaqla, cəmi 17055 manat 01 qəpik məbləğində və 141 manat 16 qəpik məbləğində dövlət rüsumunun tutularaq “X2 Azərbaycan” QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx/xx/2024-cü il tarixdə “X2 Azərbaycan” QSC və Cavabdeh Əmirali oğlu arasında 306018 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh Əmirali oğluna istehlak yönümlü 15900 manat məbləğində pul ayrılmışdır. və o, 59 ay müddətində kreditin əsas məbləği və ona illik 16 % faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh Əmirali oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X2 Azərbaycan” QSC-yə olan borcu: əsas məbləğ üzrə: 15900 AZN faiz məbləği üzrə: 1107,62 AZN cərimə məbləği üzrə: 47,39 AZN cəmi borc: 17055,01 AZN məbləğində təşkil edir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı “X2 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və işdə olan sənədləri hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 306018 saylı krediti müqaviləsinə əsasən ona 59 ay müddətinə, illik 16% dərəcəsi ilə 15900 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 306018 saylı kredit müqaviləsi üzrə kreditin qaytarılma qrafikindən görünür ki, Cavabdeh aylıq 197 manat 87 qəpik olmaqla illik 16 faiz məbləğində 31 avqust 2029-cu il tarixədək 15900 manat pul verilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdehnın xx.xx.2025-ci il tarixə “X2 Azərbaycan” QSC-yə xx.xx.2024-cü il tarixli, 306018 saylı kredit müqaviləsinə əsasən 15900 manat məbləğində əsas borcu, 1107 manat 62 qəpik faiz borcu, 47 manat 39 qəpik cərimə olmaqla, cəmi 17055 manat 01 qəpik borcu vardır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, “X2 Azərbaycan” QSC tərəfindən Cavabdeh mövcud borcunu ödəməsi barədə xəbərdarlıq göndərilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı “X2 Azərbaycan” QSC ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 306018 saylı kredit müqaviləsinə əsasən iddiaçı 59 ay müddətinə, illik 16% dərəcəsi ilə 15900 manat məbləğində kredit əldə etmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə alınmış kredit “Borcalan”tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 15000 manat məbləği kredit müqaviləsi üzrə qalıq borcun tam bağlanması üçün istifadə ediləcəkdir. Həmin müqavilənin 7.2.2-ci bəndinə əsasən borcalan alınmış kreditin məbləğini və ondan istifadə edilməsinə görə hesablanmış faizləri müəyyən edilmiş məbləğ və müddətlərdə qaytarmaq, kredit və ona hesablanmış faiz borcunu, eləcə də ödənilməsi gecikdirilmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu qaytarmaq vəzifəsi vardır. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə,bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2024-cü il tarixli, 306018 saylı kredit müqaviləsinə əsasən 15900 manat məbləğində əsas borcu, 1107 manat 62 qəpik faiz borcu, 47 manat 39 qəpik cərimə olmaqla, cəmi 17055 manat 01 qəpik məbləğində pul alınaraq iddiaçı “X2 Azərbaycan” QSC-yə verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki,məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141 manat 16 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 15900 manat əsas, 1107 manat 62 qəpik faiz, 47 manat 39 qəpik cərimə olmaqla cəmi 17055 manat 01 qəpik məbləğində pul alınaraq “X2 Azərbaycan” QSC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 141 manat 16 qəpik məbləğində pul alınaraq iddiaçı “X2 Azərbaycan” QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar