Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1795/2025 16.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10130.77 manat əsas kredit borcu, 1182.48 manat kreditdən istifadəyə görə faiz borc, 185.24 manat cərimə borc olmaqla, cəmi 11498.49 manat borcunun, həmçinin 124.5 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cəfərova Gülara Həsənxan qızı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 21280***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən Cəfərova Gülara Həsənxan qızına 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin açılmasına dair razılaşma üzrə xx.xx.2024-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cəfərova Gülara Həsənxan qızına 36 ay müddətinə illik 15.5 % dərəcəsi ilə (aylıq ödəniş 419.58 manat olmaqla hər ayın 1-dək ödənilmək şərti ilə) 12000 manat məbləğində kredit verilmişdir. X4 Həsənxan qızı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Şirvan şəhəri 1 saylı Notariat ofisinin məktubundan və ona əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Şirvan şəhəri 1 saylı Notariat ofisinə Cavabdeh mərhumun vərəsəsi olduğu, ondan qalan pul vəsaitinin, digər daşınar və daşınmaz əmlakların, ondan irs qalmış mirası qəbul etdiyi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə müraciət etmiş, Şirvan şəhəri 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh dəfələrlə şifahi və rəsmi (pretenziya) müraciət edilməsinə baxmayaraq, kreditin öhdəliklər lazımi qaydada icra edilməmişdir. xx.xx.2024-cü il tarixə Banka olan borcun məbləği əsas borc üzrə 10130.77 manat, faizlər üzrə 1182.48 manat cərimə üzrə 185.24 manat olmaqla, cəmi 11498.49 manat təşkil edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin İddiaçı ASC-nin nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndənin iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21280***-*******01L saylı, xx.xx.2024-cü il tarixli əsas kredit razılaşmasından görünür ki, İddiaçıSC tərəfindən Cəfərova Gülara Həsənxan qızına 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə bağlanmış 21280***-*******01L saylı, xx.xx.2024-cü il tarixli əsas kredit razılaşmasına əsasən cavabdeh Cəfərova Gülara Həsənxan qızına 36 ay müddətinə illik 15.5 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 12000 məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cəfərova Gülara Həsənxan 21280***-*******01L saylı, xx.xx.2024-cü il tarixli kredit limitinin açılmasına dair razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdə verilmiş kredit üzrə İddiaçı ASC-yə 10130.77 manat əsas, 1182.48 manat faiz borcu, 185.24 manat cərimə borcu, cəmi 11498.49 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı ASC tərəfindən Cəfərova Gülara Həsənxan qızının vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə yaranmış öhdəliyini 3 (üç) gün müddətində tam yerinə yetirməsi xahiş olunmuş, əks halda borcun qaytarılması məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 452028 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərova Gülara Həsənxan qızı xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən ünvan 1 ünvanlanmış **********577 nömrəli ərizəsində qeyd edilmişdir ki, xx.xx.2024-cü il onun Şirvan şəəri, S.Zeynalov küçəsi, 6 saylı evin, 54 saylı mənzilində yaşayan arvadı Cəfərova Gülara Həsənxan qızı ölmüşdür. “Azərsilah” X3” QSC "xxxx" X1 İdarəetmə şöbəsində olan 2553.92 (iki min beş yüz əlli üç manat doxsan iki qəpik) manat vəsaitə və digər daşınan və daşınmaz əmlaklar ondan irs qalmış mirası qəbul edir. Mirasın tərkibinə daxil olan “Azərsilah” X3” QSC "xxxx" X1 İdarəetmə şöbəsində olan 2553.92 (iki min beş yüz əlli üç manat doxsan iki qəpik) manat vəsaitə ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. İş materiallarında olan Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Cəfərova Gülara Həsən qızının vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə mərhum Cəfərova Gülara Həsən qızı arasında 21280***-*******01L saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq bank tərəfindən Cəfərova Gülara Həsən qızına kredit verilmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cəfərova Gülara Həsən qızının 21280***-*******01L saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 10130.77 manat əsas, 1182.48 manat faiz, 185.24 manat cərimə borcu, ümumilikdə 11498.49 manat borcu qalmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cəfərova Gülara Həsənxan qızı xx.xx.2024-cü il tarixdə vəfat etmiş və sonuncunun adına xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri 1 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə mərumun vərəsəsi olaraq Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda bank kredit müqaviləsi üzrə borcun borclunun vərəsəsi olan Cavabdeh tutulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin olaraq bankla cavabdeh arasında bağlanmış olan kredit müqaviləsi üzrə münasibətə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının kredit müqaviləs üzrə pul tələbi əsaslıdır. Belə ki, işin faktiki hallarından göründür ki, müqavilə üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cəfərova Gülara Həsənxan qızına borc (kredit) verməyi, cavabdeh Cəfərova Gülara Həsənxan qızı isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi müqavilə üzrə bank tərəfindən üzərinə götürülmüş olan öhdəliklər icra edilsə də, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş olan öhdəlikləri tam olaraq icra edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir (maddə 739.1, 739.2, 739.3 ). Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarının 1ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. İşin faktiki hallarından görünür ki, mərhum Cəfərova Gülara Həsənxan qızı ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borclu vəfat etdiyindən öhdəlik tam icra edilməmişdir. Mərhumun miras əmlakı vərəsəsi Cavabdeh tərəfindən qəbul edilmiş və adına vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ASC həmin vərəsədən mərhum tərəfindən ödənilməmiş borcun ödənilməsini tələb etmək hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə payına mütənasib surətdə məsuliyyət daşıyır. Məsuliyyətin paya mütənasibliyi məsuliyyətin ədalətliliyini təmin edir, yəni vərəsə miras qoyanın hesabına hansı həddə zənginləşibsə həmin həddə məsuliyyət daşıyır. Hazırda iddiaçı Cavabdeh 10130.77 (bir on min yüz otuz manat yetmiş yeddi qəpik) manat əsas, 1182.48 bir min yüz səksən iki manat qırx səkkiz qəpik) faiz borcunun tutulmasını xahiş edir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddiaçının iddia tələbinin Cavabdeh 10130.77 (bir on min yüz otuz manat yetmiş yeddi qəpik) manat əsas, 1182.48 bir min yüz səksən iki manat qırx səkkiz qəpik) faiz borcunun tutulması hissəsinə münasibətdə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 185.24 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 185.24 manat deyil, 18 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 124.5 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10130.77 manat əsas, 1182.48 manat faiz borcu, 18 manat cərimə borcu olmaqla, cəmi 11331.25 manat və ödənilmiş dövlət rüsumuna görə 124.5 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1795/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1795/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver