Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1841/2024 22.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu, İddiaçı Cavabdeh MMC-yə oğluna qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеh Cavabdeh MMCdən ödənilməmiş 900 manat icarə haqqının, avtomobilə vurulmuş 2320 manat ziyanın, monitor və radiatorla bağlı alınmış 200 manat, avtomobilə DYP-dən gəlmiş radarla bağlı cəriməyə görə 120 manat, ödənilmiş 55,80 manat dövlət rüsumunun аlınаrаq ona vеrilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə pretenziya ilə bağlı məktub ünvanlanması və həmin pretenziyanın cavabdeh tərəfə çatdırılması ilə bağlı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə oğluna qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin ərizə geri qaytarıldığından iddiaçı tərəfindən Şirvan şəhər Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul tam şəkildə ona geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan “AsanPay” vasitəsi ilə ödənilmiş olan ********** nömrəli ödənişdən görünür ki, İddiaçı tərəfindən 30 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçının təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə, həmçinin xatırladır ki, İddiaçı tərəfindən eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1757/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə oğluna qarşı pul tələbinə dair iddia ərizəsi mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh MMC-yə oğluna qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu (qəbzin nömrəsi **********, xx.xx.2024-cü il tarixli) İddiaçı geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1841/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1841/2024
22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver