Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-197/2024 04.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə , İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və əmlakın iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, Şirvan şəhəri Nəsimi küçəsi ümumi sahəsi 256 m2 olan 35 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsini tələb etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Şirvan şəhəri Nəsimi küçəsində ümumi sahəsi 256 m olan 35 saylı fərdi yaşayış evini alıcı Cavabdeh2 12000 manat (on ikimin) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh2 ilkin olaraq 2000 manat məbləğisatıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh2 qalan 10000 manat məbləği 36 ay müddətinə yəni xx.xx.2025-ci il tarixədək hər 3 ayda bir dəfə 833.34 manat (səkkiz yüz otuz üç manat otuz dörd qəpik) olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən xx.xx.2023-cü il tarixinədək müqavilə üzrə ödənilməsi nəzərdə tutulan məbləğ tam şəkildə ödənilməmişdir. Cavabdeh2 nisyə alğısatqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh2nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 19cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh2 xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmicavab verilməsi,əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Həmçinin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 da həmin evdə qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan : İddiaçı QSC-nin filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli,22L000000251 saylı kredit razılaşmasından görünür ki, bank borc alana aylıq faiz dərəcəsi 1,6667% olmaqla 36 ay müddətinə 25000 ABŞ dolları kredit verməyi, borc alan isə vaxtı-vaxtında təqdim edilmiş cədvəl üzrə borcu və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, X4 və X2 müştərək qaydada xx.xx.2011-ci il tarixli -37R000000853 saylı kredit müqaviləsi üzrə 42281,51 (qırx iki min iki yüz səksən bir dollar əlli bir sent) ABŞ dolları məbləğində əsas borcun,7966,55 (yeddi min doqquz yüz altımış altı dolları əlli beş sent)ABŞ dolları faiz borcun və 1000 (bir min) ABŞ dolları cərimə olmaqla cəmi 51248,06 (əlli bir min iki yüz qırx səkkiz dolları altı sent) ABŞ dolları manat hesabı ilə, xx.xx.2014-cü il tarixli -37R000002659 saylı kredit müqaviləsi üzrə 20687,41 (iyirmi nim altı yüz səksən yeddi dolları qırx bir sent) ABŞ dolları məbləğində əsas borcun,3666,27 (üç min altı yüz altımış altı dolları iyirmi yeddi sent) ABŞ dolları faiz borcun və 1000 (bir min) ABŞ dolları cərimə olmaqla cəmi 25353,68 (iyirmi beş min üç yüz əlli üç dolları altımış səkkiz sent) ABŞ dolları manat hesabı ilə, xx.xx.2013-cü il tarixli - 01KK000000005 saylı kredit müqaviləsi üzrə 802,66 (səkkiz yüz iki dolları altımış altı sent) ABŞ dolları məbləğində əsas borcun və 1933,79 (bir min doqquz yüz otuz üç dolları yetmiş doqquz sent) ABŞ dolları cərimə olmaqla cəmi 2736,45 (iki min yeddi yüz otuz altı dolları qırx beş sent) ABŞ dolları olmaqla cəmi 79338,19 (yetmiş doqquz min üç yüz otuz səkkiz dolları on doqquz sent) ABŞ dolları manat hesabı ilə müştərək qaydada tutularaq İddiaçı QSC -yə verilməsi, ipoteka ilə yüklü olan Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi, X5 xüsusi mülkiyyətində olan Şirvan şəhəri 28 may küçəsindəki 1 saylı evinin 57 saylı mənzil, X3 xüsusi mülkiyyətində olan Şirvan şəhəri Ş.Qurbanov küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 3 N nömrəli fərdi yaşayış evi və Cavabdeh1 xüsusi mülkiyyətində olan Şirvan şəhəri L-nt.İbrahimov küçəsindəki 6 T ünvanda yerləşən icarəsində olan 0,0009 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 7,2 kv.m və xüsusi mülkiyyətində olan qeyri-yaşayış binası açıq açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi açıq hərracda ilkin satış qiyməti 17464,74 manat (on yeddi min dörd yüz altımış dörd manat yetmiş dörd qəpik) manat müəyyən edilməsi, ipoteka predmeti olan Şirvan şəhəri 28 may küçəsindəki 1 saylı evinin 57 saylı mənzil açıq hərracda ilkin satış qiyməti 17415,90 manat (on yeddi min dörd yüz on beş manat doxsan qəpik) manat müəyyən edilməsi, ipoteka predmeti olan Şirvan şəhəri Ş.Qurbanov küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 3 N nömrəli fərdi yaşayış evi açıq hərracda ilkin satış qiyməti 28234,80 manat (iyirmi səkkiz min iki yüz otuz dörd manat səksən qəpik) manat müəyyən edilməsi, ipoteka predmeti olan Şirvan şəhəri L-nt.İbrahimov küçəsindəki 6 T ünvanda yerləşən icarəsində olan 0,0009 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,ümumi sahəsi 7,2 kv.m və xüsusi mülkiyyətində olan qeyri-yaşayış binası açıq hərracda ilkin satış qiyməti 6276 manat (altı min iki yüz yetmiş altı ) manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Nəsimi küçəsi ev 35 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli AN-İ №0913677 saylı Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ünvan 4anında yerləşən iki otaqlı ümumi sahəsi 256 kv/m olan yaşayış evini alıcı Cavabdeh2 12000 manat qiymətinə satmışdır. Müqavilənin 2-ci bəndinə əsasən satılan daşınmaz əmlak ƏMDK-nın yanında DƏDRX-nin Şirvan Ərazi Dairəsi tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin verilmiş **********93-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ,256 kv/m satıcıya məxsusdur; Müqavilənin 3-cü bəndinə əsasən real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********TO79201 olan arayışa əsasən müqavilə bağlanan anda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi yüklüdür; Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh2 ilkin olaraq 2000 manat məbləğisatıcıİddiaçı QSC-yə notariusun dövlət rüsumunun ödənilməsi haqqında məlumat bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh2 qalan 10000 manat məbləği 36 ay müddətinə yəni xx.xx.2025-ci il tarixədək hər 3 ayda bir dəfə 833.34 manat (səkkiz yüz otuz üç manat otuz dörd qəpik) olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür ; Müqavilənin 6-cı bəndinə əsasən müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan , sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyat tarixindən əmələ gəlir ; Müqavilənin 16-cı bəndinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur; Müqavilənin 18-ci bəndinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə , belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. xx.xx.2023-cü il tarixli 018714 saylı İddiaçı QSC tərəfindən Cavabdeh2 ünvanlanmış müqavilənin ləğvinə dair təklifin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ 46 ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsini təklif edilmiş, bu təklifə 10 (on) gün muddətində rəsmi şəkildə cavab verilməsi xahiş olunmuş, əks təqdirdə muqavilənin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər ; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 606.4-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. 646.1-cü maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı nisyə alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulduğundan, müqavilə hissə-hissə ödəmə şərtilə nisyə satılması haqqında olmuşdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti-i ilə Cavabdeh2 arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqaviləsi bağlandığından, əşyanı təhvil almış alıcı Cavabdeh2 xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, eyni zamanda müqavilə üzrə mübahisənin həlli üçün tərəflər aralarında razılığa gəlmədiklərindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və əmlakın iddiaçıya təhvil verilməsini tələb etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinin üç dispozisiya şərti var ki, bunlar da ayrı-ayrılıqda yoxlanılmalıdır: 1) iddiaçı əmlakın mülkiyyətçisi olmalı, 2) əmlak cavabdehin faktiki sahibliyində olmalı və 3) cavabdehin əmlaka sahiblik hüququ olmamalıdır. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinin üç dispozisiya şərti mövcud olmuşdur : 1) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti həmin fərdi yaşayış evinin mülkiyyətçisi olmuş, 2) həmin fərdi yaşayış evi faktiki olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 sahibliyində olmuş və 3) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin əmlak üzərində sahiblik hüququ olmamışdır . Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən iddia əsaslı olduğuna görə təmin olunmalı, ünvan 4anında yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməli, Şirvan şəhəri Nəsimi küçəsi ümumi sahəsi 256 m2 olan 35 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 çıxarılmalı, əmlak boşaldılmalı və mülkiyyətçi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 100 manat cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 14, 77, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış ünvan 4anında yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məxsus əmlaklar boşaldılaraq cavabdehlər ünvan 4anında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. ünvan 4anında yerləşən fərdi yaşayış evi mülkiyyətçi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-197/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-197/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver