Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-2016/2025 23.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, oğlunun katibliyi ilə, iddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx"ASC-i Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 222 manat 20 qəpik əsas, 33 manat 02 qəpik faiz, 6 manat 98 qəpik məbləğində cərimə olmaqla, cəmi 262 manat 20 qəpik məbləğində borcun və 30 manat 40 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx"ASC-nə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı "xxxx"ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Nümayəndə ərizə göndərərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı iddiaçı "xxxx"ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı "xxxx"ASC-i cavabdeh Nümayəndə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx"ASC -nə qaytarılsın. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :
Məhkəmə qərarları › İş №e-2(032)-2016/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-2016/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver