Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-2170/2025 10.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Məmmədova Pərvin Şaiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 noyabr 2014-cü il tarixli, DK0489326/14 saylı müqaviləyə əsasən 100 manat əsas borc, 4 manat faiz borcu olmaqla cəmi 104 manat, 29 noyabr 2014-cü il tarixli, CP/92282/46/26 saylı müqaviləyə əsasən 704.11 ABŞ dolları əsas borc, 15.11 ABŞ dolları faiz borcu olmaqla, cəmi 719.22 ABŞ dolları məbləğlərində borcun və 33 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış 29 noyabr 2014-cü il tarixli, DK0489326/14 saylı müqaviləyə əsasən 100 manat və 29 noyabr 2014cü il tarixli, CP/92282/46/26 saylı müqaviləyə əsasən 1515 ABŞ dolları məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 104 manat və 719.22 ABŞ dolları Banka borcu vardır. X3 23 fevral 2015-ci il tarixdə vəfat etmişdir. Şirvan şəhəri 2 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu X1 vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-2170/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X3 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 29 noyabr 2014-cü il tarixli “Dostlar klubu kartının alınması üçün Ərizə–Anket”dən görünür ki, X3 60 ay müddətinə plastik kart vasitəsilə 100 manat məbləğində kredit xətti və kart üzrə hesablaşmaları aparmaq üçün AZN valyutasında açılmış xüsusi kart hesabını onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. X3 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 29 noyabr 2014-cü il tarixli “İstehlak kreditinin alınması üçün Ərizə–Anket”dən görünür ki, X3 ona 60 ay müddətinə Nağd kreditin alınması üçün 1515 ABŞ dolları məbləğində kredit ayrılmasını xahiş etmişdir. 29 noyabr 2014-cü il tarixli, DK0489326/14 saylı Kredit Sazişindən görünür ki, İddiaçı ASC tərəfindən X2 36 ay müddətinə, illik 12 faiz olmaqla 100 manat məbləğində kredit xətti açılmışdır. 29 noyabr 2014-cü il tarixli, DK0489326/26 saylı Kredit Sazişindən görünür ki, İddiaçı ASC tərəfindən X2 36 ay müddətinə, illik 32 faiz olmaqla 1515 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. “Balansdankənar məxaric orderi”ndən görünür ki, X3 tərəfindən 1 ədəd “Dostlar klubu Gumush” növlü kart qəbul edilmişdir; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış 29 noyabr 2014-cü il tarixli, DK0489326/14 saylı müqaviləyə əsasən banka 100 manat əsas borc, 4 manat faiz borcu və 29 noyabr 2014-cü il tarixli, DK0489326/26 saylı müqaviləyə əsasən 704.11 ABŞ dolları əsas borc, 15.11 ABŞ dolları faiz borcu vardır. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Şirvan şəhər 2 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş X1 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə mərhum Cəfərova Gülara Həsən qızı arasında 29 noyabr 2014-cü il tarixli, DK0489326/14 saylı və 29 noyabr 2014-cü il tarixli, DK0489326/26 saylı kredit müqavilələri bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq bank tərəfindən Cəfərova Gülara Həsən qızına kredit verilmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cəfərova Gülara Həsən qızının 29 noyabr 2014-cü il tarixli, DK0489326/14 saylı müqaviləyə əsasən banka 100 manat əsas borc, 4 manat faiz borcu və 29 noyabr 2014-cü il tarixli, DK0489326/26 saylı müqaviləyə əsasən 704.11 ABŞ dolları əsas borc, 15.11 ABŞ dolları faiz borcu qalmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cəfərova Gülara Həsənxan qızı xx.xx.2015-ci il tarixdə vəfat etmiş və sonuncunun adına xx.xx.2015-ci il tarixdə Şirvan şəhəri 2 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə mərumun vərəsəsi olaraq Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda bank kredit müqaviləsi üzrə borcun borclunun vərəsəsi olan Cavabdeh tutulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin olaraq bankla cavabdeh arasında bağlanmış olan kredit müqaviləsi üzrə münasibətə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə pul tələbi əsaslıdır. Belə ki, işin faktiki hallarından göründür ki, müqavilə üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cəfərova Gülara Həsənxan qızına borc (kredit) verməyi, cavabdeh Cəfərova Gülara Həsənxan qızı isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi müqavilə üzrə bank tərəfindən üzərinə götürülmüş olan öhdəliklər icra edilsə də, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş olan öhdəlikləri tam olaraq icra edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarının 1ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. İşin faktiki hallarından görünür ki, mərhum Cəfərova Gülara Həsənxan qızı ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borclu vəfat etdiyindən öhdəlik tam icra edilməmişdir. Mərhumun miras əmlakı vərəsəsi Cavabdeh tərəfindən qəbul edilmiş və adına vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ASC həmin vərəsədən mərhum tərəfindən ödənilməmiş borcun ödənilməsini tələb etmək hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə payına mütənasib surətdə məsuliyyət daşıyır. Məsuliyyətin paya mütənasibliyi məsuliyyətin ədalətliliyini təmin edir, yəni vərəsə miras qoyanın hesabına hansı həddə zənginləşibsə həmin həddə məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 29 noyabr 2014-cü il tarixli, DK0489326/14 saylı müqaviləyə əsasən 100 manat əsas borc, 4 manat faiz borcu olmaqla cəmi 104 manat, 29 noyabr 2014-cü il tarixli, CP/92282/46/26 saylı müqaviləyə əsasən 704.11 ABŞ dolları əsas borc, 15.11 ABŞ dolları faiz borcu olmaqla cəmi 719.22 ABŞ dolları (ABŞ dolları ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə) məbləğlərində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 33 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 29 noyabr 2014-cü il tarixli, DK0489326/14 saylı müqaviləyə əsasən 100 manat əsas borc, 4 manat faiz borcu olmaqla, cəmi 104 manat, 29 noyabr 2014-cü il tarixli, CP/92282/46/26 saylı müqaviləyə əsasən 704.11 ABŞ dolları əsas borc, 15.11 ABŞ dolları faiz borcu olmaqla, cəmi 719.22 ABŞ dolları (ABŞ dolları ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə) məbləğlərində borc və 33 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-2170/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-2170/2025
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver