Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-240/2024 22.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Əsgərli Əfsanə Əmrah qızının katibliyi İddiaçı ASC-nin Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2023-cü il tarixdə borcun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh həyat yoldaşı X1 məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh xx.xx.2020-ci il tarixdə xəstəliyi səbəbindən vəfat etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 07 ayının 17 günündə qeyd edilmişdir. İddiaçı ASC məhkəməyə vəsatətlə müraciət edərək mülki işin icraatını cavabdehin hüquqi varisləri müəyyən edilənədək dayandırılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Hazırki tələbə və iddia ərizəsinə nəzər saldıqda müəyyən edilir ki, iddia ərizəsi xx.xx.2023-cü il tarxidə məhkəmənin icraatına daxil olmuş, tələbi üzrə cavabdeh qismində qoyulmuş Cavabdeh isə xx.xx.2020-ci il tarixdə xəstəliyi səbəbindən vəfat etmişdir. Göründüyü kimi iddia tələbi qanunvericiliklə cavabdeh ola bilməyən - ölmüş şəxsə qarşı qaldırılmışdır. Bu hal isə mülki işə hazırki əsaslarla məhkəmə qaydasında baxılmasını istisna edir. Həmçinin məhkəmə iddiaçıya yeni əsaslarla, ölmüş şəxsin vərəsələri müəyyən edildikdən sonra onların mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları göstərilməklə və tələbi artıq həmin cavabdehlərə yönəlməklə təkrar məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 262-264, 269-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(032)-240/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-240/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver