Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-303/2024 08.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə İddiaçı «Oba Market « MMC-in nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-in Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Oba Market« MMC-i iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh maddi zərərin əvəzi olaraq 14178 manat 82 qəpik məbləğində və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğində, dövlət rüsumu üçün ödənilmiş 83 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən “administrator” vəzifəsinə keçirilmiş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 677 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki,İddiaçı MMC-nin – OBA mağazasında çalışdığı zaman, xx.xx.2022-ci il, xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərində aparılmış inventarizasiyalar nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 5,373 manat 96 qəpik, 3,621 manat 65 qəpik və 9,871 manat 65 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlarda da yekun ziyan məbləğlər özəksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyanın müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 14,178 manat 82 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-in nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin olunmasını xahiş etmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin ərizəsini təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan “X3” MMC-nə Cavabdeh 07 dekabr 2017-ci il tarixli ərizəsindən görünür ki, 07 dekabr 2017-ci il tarixindən etibarən cəmiyyətə administrator vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, “X3” MMC-nin direktoru X1 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanılaraq satış şöbəsi-administrator vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi 07 dekabr 2017-ci il tarixdə elektron sistemdə yerləşdirilmişdir. İş materiallarında olan 07 dekabr 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh tam maddi məsul vəzifəyə qəbul olunmuşdur. İş materiallarında olan Cavabdeh “X3” MMC-nə xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o xx.xx.2022-ci il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 677 saylı əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ) xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə bağlanmış 07 dekabr 2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verimişdir. İş materiallarında olan aktivlər üzrə invertarizasiya nəticələrinə dair yekun aktlardan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim nəticəsi olaraq hesabında 05 aprel 2022-ci il tarixdə 5373 manat 96 qəpik, 07 sentyabr 2022-ci il tarixdə 3621 manat 65 qəpik, 16 noyabr 2022-ci il tarixdə 9871 manat 65 qəpik çatışmazlıq müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin İnvertarizasiya komissiyasına iltizamnamələrindən görünür ki, maddi məsul şəxs kimi Cavabdeh tərəfindən yoxlama işçi qrupu tərəfindən aparılmış sayımlara heç bir etirazı olmamışdır. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli imtina aktlarından görünür ki, “X3” MMC-nin ünvan 1 ünvanında yerləşən ”Oba-Şirvan5”( 841) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə 07 sentyabr 2022-ci il tarixi və xx.xx.2022-ci tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli arayışda göstərilmişdir ki, 05 aprel 2022-ci il tarixdə 5373 manat 96 qəpik, 07 sentyabr 2022-ci il tarixdə 3621 manat 65 qəpik, 16 noyabr 2022-ci il tarixdə 9871 manat 65 qəpik çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh cəmiyyət tərəfindən güzəşt edilmişdir. Yekun olaraq Cavabdeh İddiaçı MMC-yə 14178 manat 82 qəpik borcu qalmışdır. İş materiallarında olan Bakı 4 saylı Mediasiya Təşkilatının 01 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış “Mediasiya haqqında”Azərbaycan Respublikası Qanununun 21.8-ci maddəsinə verilmişdir. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, “OBA Market" MMC-də dövrdə müxtəlif tarixlərdə fəaliyyət yoxlanılmış və 14178 manat 82 qəpik əskikgəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də, "xxxx" MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. Üç gün ərzində borcun ödənilməsini xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh iddia tələbi üzrə iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, əmək mübahisələrinə dair məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş müddət nəzərdə tutulmuşdur. İddiaçı öz tələbi ilə etiraf edir ki, cavabdeh (05 aprel 2022-ci il tarixdə, 07 sentyabr 2022-ci il tarixdə və 16 noyabr 2022-ci il tarixdə) Oba-Şirvan-5 mağazasında işlədiyi zaman inventarizaiya keçirilmiş və çatışmamazlıqlar müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin a bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan normaların məzmunundan göründüyü ki, işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, işçinin əməli qanuna zidd olmalı, habelə işçinin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları; ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı bəndinə görə bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən iddia müddətinin axımı tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə dayandırılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-i hüququnun pozulmasının aşkar edildiyi gündən 05 aprel 2022-ci il tarixli və 07 sentyabr 2022-ci il tarixli aktlar üzrə tarixdən- 1 il keçəndən sonra Cavabdeh maddi zərərin əvəzi olaraq pulun alınmasını mübahisələndirdiyindən, əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddəti ötürmüşdür. Göstərilən müddətin bərpa edilməsi üçün əmək qanunvericiliyi ilə üzürlü səbəb hesab edilən hallar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia bu səbəbdən iki akt üzrə (05 aprel 2022-ci il tarixli və 07 sentyabr 2022-ci il tarixli) təmin olunmamalıdır. Bundan başqa İddiaçı MMC-i 16 noyabr 2022-ci il tarixli akt üzrə də hüququnun pozulmasının aşkar edildiyi gündən 1 il keçəndən sonra 09 yanvar 2024-cü il tarixdə məhkəməyə müraciət etsə də, məhkəmə iddiaçı tərəfindən yaranmış mübahisə üzrə mediasiya prosesindən keçmək üçün 12 iyun 2023-cü il tarixdə müraciət etməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh 16 noyabr 2022-ci il tarixli akt üzrə maddi zərərin əvəzi olaraq 9871 manat 65 qəpik məbləğində pulun alınması hissədə iddia təmin edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İşdə olan sənədlərə görə məhkəmə xərcləri 60 manat məbləğində ödənilmiş mediasiya xərcindən və 83 manat dövlət rüsumundan ibarətdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərclərinin 64 faizi cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh qarşı maddi zərərin əvəzi olaraq 9871 manat 65 qəpik məbləğində pul alınaraq İddiaçı MMC-nə verilsin. Cavabdeh ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 83 manat pulun 64 faizi - 53 manat alınaraq məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-303/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-303/2024
08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver