Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-311/2025 03.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə , İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon Məhkəməsinin 2(056)-2150/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin tutulması hissəsində dəyişdirilərək artırılması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 246 (iki yüz qırx altı) manat, ümumilikdə 492 manat sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödənilmiş rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin 23 fevral 2011-ci il tarixli, 2(032)-137/2011 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh Mirzəliyeva (Hüseynli) Gülanə Rasim qızı arasında xx.xx.2015-ci il tarixdə Sabirabad rayon Çölbeşdəli kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 03 nömrəli nikah qeydi pozulmuş, tərəflər arasında nikah pozulduqdan sonra birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 anası Mirzəliyeva (Hüseynli) Gülanə Rasim qızının yanında qalması müəyyən edilmiş, iddiaçı Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Mirzəliyeva (Hüseynli) Gülanə Rasim qızına verilməsi, alimentin bu qaydada tutulması xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmamış və uşaqların saxlanması üçün aliment məbləğindən kənar ona heç bir zəruri maddi yardım göstərməmişdir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqların atasına qarşı ehtiyac və tələbatı artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Sabirabad rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment məbləği uşaqların tələbatı üçün bu günkü həyat şəraiti, uşaqların saxlanılması, müalicə, qidalanması, geyim və ləvazimatlarının alınması və s. ilə uyğunlaşmır. Ona görə də uşaqların saxlanılmasında maddi çətinlik çəkir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə İddiaçı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə icasına gəlməmişdir . Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə icasına gəlməmişdir . Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki , iş materaillarında olan: Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-2150/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh Mirzəliyeva (Hüseynli) Gülanə Rasimi qızı arasında xx.xx.2015-ci il tarixdə Sabirabad rayon Çölbeşdəli kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 03 nömrəli nikah qeydi pozulması, tərəflər arasında nikah pozulduqdan sonra onların birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-c il təvəllüdlü X5 anası Mirzəliyeva (Hüseynli) Gülanə Rasim qızının yanında qalmasının müəyyən edilməsi, iddiaçı Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh Mirzəliyeva (Hüseynli) Gülanə Rasınf qızına verilməsi, alimentin bu qaydada tutulması xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X1 atası X6, anası İddiaçıdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Sabirabad rayonu Qaragüney kəndində anadan olmuş X3 atası X6, anası İddiaçıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına yeni əlavə edilmiş 8.4-1-ci yarımbəndə əsasən “Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 8.4-3-ci bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Plenum qərarından da göründüyü kimi, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin (AM) 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Hazırki iddia ərizəsindən də görünür ki, iddia tələbi Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğuna deyil, yaşayış minumumunun və uşaqların xərclərinin artımına əsaslanır, yəni, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Bu məsələ isə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 261.0.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada icra icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-311/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-311/2025
03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver