Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-314/2024 08.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 iyun 2023-cü il tarixli, SVLMB-07621 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1214,25 manat, faiz borcuna görə 209,58 manat, cərimə borcuna görə 172,58 manat, cəmi 1596,41 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 35,97 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş kolye+qolbaq (qırıq) 1 ədəd çəkisi 23.1 qram, əyarı 750, qızıl-zinət əşyasının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 02 iyun 2023-cü il tarixli, SVLMB- 07621 saylı kredit müqaviləsi üzrə cəmi 1596,41 manat pul və dövlət rüsumu kimi ödənilmiş 35,97 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 02 iyun 2023-cü il tarixli, SVLMB-07621 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2023-cü il tarixli, SVLMB-07621 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 1770 manat məbləğində cavabdehə kredit verilmişdir. 02 İyun 2023-cü il tarixli, SVLMB-07621 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, periya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11, 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh İham oğlu öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayşına əsasən Cavabdeh 02 iyun 2023-cü il tarixli, SVLMB 07621 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1214,25 manat, faiz borcuna görə 209,58 manat, cərimə borcuna görə 172,58 manat, cəmi 1596,41 manat təşkil edir. 2 iyun 2023-cü il tarixli, SVLMB-07621 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 02 iyun 2023-cü il tarixli, SV LMB-07621 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızılzinət əşyaları 2 iyun 2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Şirvan” filialına saxlanca verilmişdir. Əşyalar kolye + qolbaq (qırıq) - 1 ədəd, əyarı 750, çəkisi 23,1 qramdır. Tərəflər arasında bağlanmış 2 iyun 2023-cü il tarixli, SVLMB-07621 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər.” Daha sonra İddiaçı ASC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh 2 iyun 2023-cü il tarixli, SVLMB-07621 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1041,26 manat, faiz borcuna görə 232,36 manat, dəbbə borcuna görə 184,72 manat, cəmi 1458,34 manat pul və dövlət rüsumu kimi ödənilmiş 35,97 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus girov qoyulmuş çəkisi 23,1 qram, əyyarı 750 olan 1 ədəd kolye qolbaq (qırıq) yönəldilməsi, bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 2 iyun 2023-cü il tarixli, SVLMB-07621 saylı kredit müqaviləsi üzrə cəmi 1458,34 manat pul və dövlət rüsumu kimi ödənilmiş 35,97 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan 2 iyun 2023-cü il tarixli, SVLMB-07621 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-314/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, mülki iş üzrə iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qismən qəbul edir, bankdan girov qoymaqla kredit götürdüyünü etiraf edir. O, kredit müqaviləsi üzrə ödənişləri vaxtlı-vaxtından ödəmişdir. Lakin sonradan gecikmələri olmuş, həmin ödəmədiyi günlər üçün hesablanmış cərimə məbləğlərini də ödəmiş, hal-hazırda qızılların hərracda satılmaması üçün ödənişlərini vaxtlı-vaxtında ödəyir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 02 iyun 2023-cü il tarixli, SVLMB-07621 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 24 ay müddətinə, illik 28 % hesabı ilə 1770 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli SVLMB-07621 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, girov saxlayan İddiaçı ASC-nin Şirvan filialı ilə girov qoyan Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən 02 iyun 2023-cü il tarixli, SVLMB-07621 saylı kredit müqaviləsinin təminatı olaraq dəyəri 2772,23 manat təşkil edən qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, əyarı 750, çəkisi 23.1 qram olan kolye+qolbaqdan (qırıq) qızıl-zinət əşayalarının dəyəri 1871.1 manat, bazar dəyəri 2772.73 manat hesablanmış və kassaya təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-nin Şirvan filialına ünvanladığı xx.xx.2023cü il tarixli razılıq ərizəsindən görünür ki, Cavabdeh 02 iyun 2023-cü il tarixli, SVLMB- 07621 saylı kredit müqaviləsinin təminatı olan İddiaçı ASC-nin Şirvan filialında girov saxlanılan qızıl-zinət əşyalarının tərəfindən kredit müqaviləsinə əsasən gecikdirmə olarsa, yaxud kredit müqaviləsinin müddəti bitərsə banka (filiala) gəlmədiyi halda girov qoyduğu qızıl-zinət əşyalarının bank (filial) tərəfindən yenidən bank daxili qiymətləndirmə apararaq bankdaxili satılmasına etirazı yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh 1770 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 25 dekabr 2023-cü il tarixə 1214.25 manat əsas, 209.58 manat faiz, 172.58 manat cərimə borcu, cəmi 1596.41 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli RB-02/PK-682 nömrəli arayışdan görünür ki, Cavabdeh 2 iyun 2023-cü il tarixli SVLMB-07621 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 1041,26 manat əsas, 232,36 manat faiz, 184,72 manat cərimə borcu olmaqla, ümumilkdə 1458,34 manat borcu vardır. İş materiallarından görünür ki, cavabdehə banka olan borc barədə xəbərdarlıq bildirişləri göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün 35.97 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizi iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1041,26 manat məbləğində əsas borc, 232,36 manat məbləğində faiz borcu və iddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 35.97 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbinin 184,72 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia cərimə borcunun tutulması hissəsində də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 184,72 manat deyil, 18 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş çəkisi 23.1 qram olan 750 əyarlı, kolye+qolbaqdan (qırıq) ibarət qızıl-zinət əşyasına yönəldilməsi, həmin əmlakın hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 02 iyun 2023-cü il tarixli, SVLMB-07621 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1041,26 manat, faiz borcuna görə 232,36 manat, dəbbə pulu olaraq 18 manat və dövlət rüsumu üçün ödənilmiş 35.97 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tələb Cavabdeh məxsus girov qoyulmuş qızıl əşyalara yönəldilməli və həmin əşyalar açıq hərracdan satılaraq realizə edilmiş əşyaların dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın girov predmetlərinin açıq hərracdan satılmasından əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin də tutulmasına dair hissəsi isə təmin edilməməlidir. Belə ki, həmin tələb qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 02 iyun 2023-cü il tarixli, SVLMB-07621 saylı kredit müqaviləsi üzrə 1041,26 manat əsas, 232,36 manat faiz borcu, 18 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 35.97 manat olmaqla, ümumilkdə 1327,59 manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh məxsus 02 iyun 2023-cü il tarixli, SVLMB-07621 girov müqaviləsinə əsasən girov qoyulmuş çəkisi 23.1 qram olan 750 əyarlı, kolye+qolbaqdan (qırıq) ibarət qızıl əşyasına yönəldilsin və həmin əşya açıq hərracdan satılsın, realizə edilmiş əşyanın dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh 02 iyun 2023-cü il tarixli, SVLMB- 07621 saylı saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-314/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-314/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver