Məhkəmə qərarları › İş №e-2(032)-348/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-348/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-348/2025 10.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Cavabdeh5 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əbdüləli qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı kredit borcunun vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Həşimov Qüdrət İsfəndiyar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 21754.8 manat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat borcun, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borca görə 272.72 manat olmaqla, cəmi 272.72 manat borcun, ümumilikdə 22297.71 manat borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 156.98 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Həşimov Qüdrət İsfəndiyar oğlu arasında bağlanmış BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Həşimov Qüdrət İsfəndiyar oğluna illik 20 faizlə 59 ay müddətinə 23500 (iyirmi üç min beş yüz manat) manat kredit verilmişdir. Eyni zamanda "xxxx" ASC ilə Həşimov Qüdrət İsfəndiyar oğlu arasında bağlanmış BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən Həşimov Qüdrət İsfəndiyar oğluna illik 24 faizlə 36 ay müddətinə 300 (üç yüz manat) manat kredit verilmişdir. AZ-İİ № 412486 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Həşimov Qüdrət İsfəndiyar oğlu xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 1116 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən Cavabdeh2 və Cavabdeh1 Həşimov İsfəndiyar Qüdrət oğlunun qanun üzrə vərəsələri olduğu müəyyən edilmişdir. Yuxarıda adı çəkilən BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borca görə 21754.8 manat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat borcu, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən cavabdehin əsas borca görə 272.72 manat olmaqla, cəmi 272.72 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 156.98 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixində 6-2-22/2-41703/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Qudrət oğlu və Cavabdeh5 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 21754.8 manat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat borcun, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borca görə 272.72 manat olmaqla, cəmi 272.72 manat borcun, ümumilikdə 22297.71 manat borcun, iddia ərizəsi üçün ödənilmiş 156.98 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ünvanlanmış vəsatət əsasında məhkəmə tərəfindən ünvan 1 ünvanlanmış və sorğu əsasında Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 da Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri olduğu müəyyən edilmişdir. Əldə edilən vərəsəlik işinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 hərəsi 1/5 hissədə miras payı qəbul etmişdir. Vərəsəlik işi məlumatlarına əsasən 3/5 hissədə miras payı Cavabdeh3 Qudrət oğlu, Cavabdeh4 və Cavabdeh5 qəbul etmişdir, Cavabdeh5 Qudrət oğlunun qanuni nümayəndəsi qismində Qanuni nümayəndə çıxış edir. Vərəsəlik işi materiallarında Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 miras əmlakdan imtina etməsi ilə bağlı hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsində qeyd edilir: Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər, üzrü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Notariat qaydasında rəsmiləşdirilmiş mirasdan imtina sənədi mövcud deyildirsə, miras qəbul edilmiş hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əbdüləli qızı, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh5 qanuni nümayəndəsi Qanuni nümayəndə bildirdi ki, mərhumun ailə üvzləri ilə münasibətləri yoxdur, həmçinin mərhumun kredit götürməsindən məlumatı olmamışdır. Qeyd edilənlərə əsasən mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmənin 08 aprel 2025-ci il tarixli iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Əbdüləli qızı hər biri ayrı-ayrılıqda bildirdilər ki, Həşimov Qüdrət İsfəndiyar oğlu onların oğludur. Oğlu vəfat etdikdən sonra notarius tərəfindən vərəsəlik işi açılmış və onlar vərəsə olaraq qanun üzrə vərəsə olaraq tanınmışdırlar. Mərhum oğlunun bir kredit müqaviləsi üzrə borcunun olduğunu bilirdilər. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə borclu Həşimov Qüdrət İsfəndiyar oğlu arasında bağlanmış BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli Tam Kart müqaviləsinə və maliyyə arayışına əsasən ona 36 ay müddətinə illik 24 faiz dərəcəsi olmaqla, 300 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Həşimov Qüdrət İsfəndiyar oğlunun "xxxx" ASCyə BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 272.72 manat əsas borcu vardır. BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Həşimov Qüdrət İsfəndiyar oğluna illik 20 faizlə 59 ay müddətinə 23500 (iyirmi üç min beş yüz manat) manat kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Həşimov Qüdrət İsfəndiyar oğlunun xx.xx.2021-ci il tarixə "xxxx" ASC-yə BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 21754.8 manat əsas borcu, 270.19 manat faiz borcu vardır. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2017ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Həşimov Qüdrət İsfəndiyar oğlu ilə X2 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 21 may 2014-cü il tarixdə 89 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həşimov Qüdrət İsfəndiyar oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 Əbdüləli qızına kredit müqaviləsi üzrə banka olan borcunu ödəməsi barədə rəsmi xəbərdarlıq edilmişdir. Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü ildə vəfat etmiş Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1/5 hissədə pay almaqla 3/5 hissədə pay açıq saxlanılmışdır. Cavabdeh2 və Cavabdeh1 Əbdüləli qızının Bakı şəhəri 8 saylı Notariat Ofisinə vermiş olduqları **********605 nömrəli ərizədə qeyd edilmişdir ki, oğlu Həşimov Qüdrət İsfəndiyar oğlunun qanunvericiliklə hər hansı banka və ya fiziki şəxsə borcu olduğu təqdirdə vərəsə olaraq ödəməyi öz öhdələrinə götürmüşlər. “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, mərhum Həşimov Qüdrət İsfəndiyar oğlunun ailə üzvləri Cavabdeh2, Cavabdeh1 Əbdüləli qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Həşimova (Cəlilova) Gülər Lətif qızıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum Həşimov Qüdrət İsfəndiyar oğlu arasında BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli Tam Kart və BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqavilələri bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq bank tərəfindən Həşimov Qüdrət İsfəndiyar oğluna kredit verilmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən Həşimov Qüdrət İsfəndiyar oğlunun BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 21754.8 manat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat borcu, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borca görə 272.72 manat borcu qalmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Həşimov Qüdrət İsfəndiyar oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmiş və sonuncunun adına xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən vərəslik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə mərumun vərəsləri olaraq Cavabdeh2 və Cavabdeh1 hər birinə 1/5 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin “Elektron notariat” X1 vasitəsilə mərhum Həşimov Qüdrət İsfəndiyar oğlunun ailə üzvləri Cavabdeh2, Cavabdeh1 Əbdüləli qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Həşimova (Cəlilova) Gülər Lətif qızı olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Qudrət oğlu və Cavabdeh5 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 21754.8 manat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat borcun, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borca görə 272.72 manat olmaqla, ümumilikdə 22297.71 manat borcun tutulmalı olduğunu iddia edir. Məhkəmə ilkin olaraq bankla cavabdeh arasında bağlanmış olan kredit müqavilələri üzrə münasibətlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının kredit müqavilələri üzrə pul tələbi əsaslıdır. Belə ki, işin faktiki hallarından göründür ki, müqavilə üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Həşimov Qüdrət İsfəndiyar oğluna borc (kredit) verməyi, cavabdeh Həşimov Qüdrət İsfəndiyar oğlu isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi müqavilə üzrə bank tərəfindən üzərinə götürülmüş olan öhdəliklər icra edilsə də, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş olan öhdəlikləri tam olaraq icra edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin kredit müqaviləsi pulun tutulması hissəsinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddia tələbinin kredit müqaviləsi üzrə borcun Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələrindən tutulması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin faktiki hallarından göründüyü kimi mərhum Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələrinin dairəsi notarius tərəfindən müəyyən edilmiş və vərəsələr Cavabdeh2 və Cavabdeh1 hər biri 1/5 payçı olmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, miras əmlak 3/5 hissədə açıq saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhrum Həşimov Qüdrət İsfəndiyar oğlu ilə bank arasında bağlanmış kredit müqavilələri üzrə borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin digər cavabdehlər olan Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanuni nümayəndəsi Həşimova (Cəlilova) Gülər Lətif qızından kredit müqavilələri üzrə borcun tutulması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mərhum Həşimov Qüdrət İsfəndiyar oğlunun övladlarıdır. Qeyd edilən şəxslərin mərhum Həşimov Qüdrət İsfəndiyar oğlundan miras qalmış əmlakdan imtinası halı isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.” Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “... Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.” “... Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanuni nümayəndəsi Həşimova (Cəlilova) Gülər Lətif qızından kredit müqaviləsi üzrə pul tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Qudrət oğlu və Cavabdeh5 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 21754.8 manat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borca görə 272.72 manat, ümumilikdə 22297.71 manat pul tutulmalıdır. İddia tələbinin ödənilmiş 156.98 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli “AsanPay” ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 156.98 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.1, 119.2). İşin faktiki hallarından göründüyü kimi iddia tələbi təmin edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 156.98 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Həşimov Qüdrət İsfəndiyar oğlunun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Qudrət oğlu və Cavabdeh5 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) müştərək qaydada BPM**********87 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 21754.8 manat, faiz borcuna görə 270.19 manat olmaqla, cəmi 22024.99 manat borc, BPM**********68 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən əsas borca görə 272.72 manat, ümumilikdə 22297.71 (iyirmi iki min iki yüz doxsan yeddi manat 71 qəpik) manat, 156.98 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar